İran-Türkiyə sərhədində məhdudiyyət .....                        ABŞ İrana qarşı əməliyyatları dərinləşdirir .....                        Samir Nuriyev nazirləri topladı - Məruzələri dinlədi .....                        Daha bir icra hakimiyyətində ixtisarlar - 36 əməkdaş .....                        Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi .....                        Sumqayıtda silahlı insdent - 64 yaşlı kişi güllələndi .....                        İranı əslində o idarə edir .....                        Bir gecədə dörd evdən oğurluq edən şəxs saxlanıldı .....                        Hakan Fidan Abbas Əraqçıyə etiraz etdi .....                       
6-02-2026, 23:30
Ekrem İmamoğlunun qaynı həbs edilib


Ekrem İmamoğlunun qaynı həbs edilib

Türkiyədə hüquq-mühafizə orqanlarının məşhurlara qarşı keçirdiyi antinarkotik əməliyyatlar çərçivəsində İstanbul bələdiyyəsinin həbsdə olan sabiq rəhbəri Ekrem İmamoğlunun qaynı Ali Kaya həbs edilib.
İstanbul Baş Prokurorluğunun keçirdiyi əməliyyat zamanı saxlanılan daha 14 nəfər də həbs olunub.
Qeyd edək ki, Ali Kaya Ekrem İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlunun qardaşıdır.
6-02-2026, 22:56
Yolumuzu gözləyən var...


Yolumuzu gözləyən var...

Bəzən düşünürdüm ki, bu dünyada heç sevənim olmadı. Amma indi anlayıram ki, yanılmışam. Dərd məni çox sevirmiş. Ömrüm uzandıqca dərd sevgim də çoxalır, üst- üstə qalaqlanır. 1988-ci ildən bəri yurd həsrəti, sonra Qarabağ dərdi, 20 yanvar qırğınları, müharibələr, məcburi köçkün dalğaları, şəhid məzarlıqları, dəmir vaqonlarda, çadır düşərgələrdə zillət çəkənlərin ah-naləsi ruhumu, cismimi qarsalaya-qarsalaya mənə bir qərinə yaşatdı. Yaşım artdıqca dərddaşlarım da artdı. İllər uzunu Şəhid analarının oğul dərdilə qolboyun gəzdim.
Daşkəsəndə Simuzər Abdullayeva elə şəstlə dedi ki, bala səni Azərimin yerinə qoydum. Bu səsdən, bu şərəfləndirici ifadədən bədənim ürpəşdi. Dedim İlahi, - bu nə sınaqdı?! Bu nə yükdür mənə yüklədin? Bu torpaq üçün gözünü qırpmadan canını fəda edən bir oğulu böyüdüb, muradını görmədən, Vətənə qurban verən Anaya oğul olmaq məsuliyyətini mən necə daşıyaram?! Çəkə bilərəmmi bu ağırlıqda şələni? Dalınca Milli Qəhrəman Məzahir Rüstəmovun anası Rəfiqə xala, sonra gədəbəyli Əziz dayı... İllərlə mənə sarılıb balamın ətrin səndən alıram dedi...
Bu halımla bir tərəfdən şərəflənir, digər yandan yanıb yaxılırdım. Belə-belə bir-birimizin yaralarına söz məlhəmi qoya-qoya 44 günlük Vətən Müharibəsinə qədər yaşaya bildik. Qələbədən sonra qamətimiz düzəldi, qürurumuz bərpa olundu, igid əsgərlərimiz şərəfimizi özümüzə qaytardı. İşğal günlərimiz zəfər günləri ilə əvəz olundu. Elə bu dəfə də “8 Noyabr-Zəfər Günü” idi. Kəndimizin qazilərinin şərəfinə təşkil etdiyim tədbirə tələsirdim. Öz hesablamama görə yarım saat tez çatmalı idim ki, qonaqlarımı qarşılayım. Tərslikdən avtobus gəlmir, tədbirə gecikirdim. Elə bu heydə Mehdiabad qəbiristanlığından çıxan avtomobil qabağımda dayandı. Tanımadığım şəxs maşının şüşəsini endirib, nəzakətlə-əyləşin,- dedi. Yol yoldaşı olaq, mən də tək getməyim. Salam verib əyləşdim. Deyəsən heç vaxt görmədiyim üzünə diqqətlə baxdığımdan kiməsə oxşatdığımı zənn edib,- Rüstəm Behrudinin qardaşıyam, dedi, adım İlhamdı.
Dedim,- Rüstəm 40 ildir hamımızı dara çəkir. Rüstəmin “Salam, Dar ağacı” şeirinə işarə etdiyimə güldü. Bir-birimizdən heç nə soruşmadan aramızda qəribə bir bağ yarandı. Kimliyimizi, nə işə qulluq elədiyimizi bildirmədən xeyli söhbət elədik. Behrudinin Azadlıq Meydanında “qurulmuş” Dar ağacından, Azadlıq Meydanından, Milli Azadlıq Hərəkatından başlayan söhbətimiz Kələkiyə, Elçibəyin ölümünə qədər uzandı. Amma bitmədi. Çünki ayrılmalı idik. O, öz yolundan dönüb mənim yolumu yaxınlaşdırdı, mən də onu vaxtında yetirənə şükr edib mənzilimə vaxtında çatdım. Zəfər günü idi, ürəyimdən keçdi ki, onu da tədbirimizə dəvət edim, süfrə arxasında daha yaxından tanış olaq. Amma məzarlıqdan gəldiyinə görə tərəddüd etdim, fikirləşdim ki, ürəyinə toxuna bilərəm. Ona görə də fikrimi elə öz ürəyimdə saxladım...
Ürəyim də məni hey Mehdiabad qəbiristanlığında salınmış Behrud məzarlığına çəkdi. Dedi atasını məclisinə apara bilmədin, heç olmasa, tanışlığınıza səbəb olan balasını ziyarət elə. Daşına bir sığal çək, hiss eləsin ki, İlham bəy özünə dərddaş tapıb.
Yol boyu bir məsəli xatırladım:
Can üstə olan ata oğlunu yanına çağırıb vəsiyət edir:
-Oğul, mən dünyadan köçürəm. Ehsanımı elə adama verərsən ki, heç dərd görməmiş olsun! Oğul ehsan bişirtdirib yollara düşür. Nə qədər gəzib dolanırsa, dərdsiz adam tapa bilmir. Oğulun bu halını görən qoca onu yanına çağırır. Gəl otur, axtardığın mənəm deyir-gətir atanın ehsanından yeyim. Oğlan süfrə açır, kişi ehsanı yeyib fatihə verəndən sonra deyir:
Ay bala, mənim 7 ərgən oğlum ölüb. Atan sənə ona görə elə vəsiyət edib ki, gəzib görəsən dünyada dərdsiz adam yoxdur, başın qarışa, dərdin dağıla...
Məni xatirədən eynək arxasından boylanan civanəzənin gülümsər baxışı ayırdı. Yaxşı ki, bu yalan dünyaya gülərək baxırdı. Elə ziyarətçilərini də gülərək qarşılayır. Tanış olduq:

Alməmmədli İsa İlham oğlu...


İlham özünü ovutmaq üçün dərdini daşlara yazıb: 26.01.2004. Bu İsanın doğum tarixidir. Qabağına sonsuzluq işarəsi qoyulub...
Gecə...Sükut...Yalnızlıq...
Hər yer uçurum, mən duman.
Vaxtsız gələn xəbərdi,
Gecəyə çökən duman.

Gecə... Hüzün, kədər-qəm...
Göylər susub, Ay batıb.
Bəlkə elə İsadı
Duman olub qayıdıb!

Gecəyə çökən duman,
Görən kimin ruhudur?!
Kaş oyanam yuxudan,
Görəm hər şey yuxudu.

Duman olub qayıdıb,
Kim bitirər bu yası.
Bir gün dönüb gələcək,
Gedənlərin hamısı...
Əziz dərddaşım İlham, Allah sizlərə səbr versin! Özünü də bizi də yalan yuxularınla aldatma qardaş! Gedən gəlməz, biz gedərgiyik...Gəldim ki, dərdindən dərddaş payımı götürəm, bəlkə dərd şələn yumullaşar. Çünki birgə gedəcəyimiz yol var... İsa sənin, Şərəfxanla Məhsəti mənim yolumu gözləyir...

Nakam balamız İsanın ruhuna sevgi və sayğılarla:

Tamxil Ziyəddinoğlu
6-02-2026, 22:11
Sabiq nazir müavininin meyiti tapıldı


Sabiq nazir müavininin meyiti tapıldı

Rusiyanın sabiq ədliyyə nazirinin müavini Sergey Tropinin cəsədi Moskvanın mərkəzindəki mənzildə tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Tropinin ölümünün cinayət xarakteri daşımadığını bildiriblər.
6-02-2026, 21:29
Bakıda şagird reanimasiyaya yerləşdirildi


Bakıda şagird reanimasiyaya yerləşdirildi

Fevralın 6-da Bakının Nizami rayonunda yerləşən 10 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi məktəbdə yıxılıb.
Hadisə ilə bağlı 10 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, 8-ci sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı açıqlanmır) fevralın 6-da məktəbin fövqəladə hallar zamanı çıxış üçün nəzərdə tutulan qapısının üzərinə dırmaşmaq istəyərkən yıxılıb.
Qeyd olunub ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb.
"Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.
Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara da məlumat verilib.
Məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl olunmasının vacibliyi bir daha diqqətə çatdırılıb", - deyə məlumatda bildirilib.
Klinik Tibbi Mərkəzdən isə qeyd edilib ki, bu gün saat 16:30-da 2012-ci il təvəllüdlü kişi cinsli şəxs Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanıb.
6-02-2026, 21:25
ABŞ İrana qarşı hərəkətə keçdi


ABŞ İrana qarşı hərəkətə keçdi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamenti tərəfindən İrana qarşı yeni sanksiyalar tətbiq olunub.
Sanksiyalar İran nefti, neft məhsulları və neft-kimya məhsullarının ticarəti ilə əlaqəli 15 qurumu, 2 şəxsi və 14 kölgə donanması gəmisini əhatə edir.
6-02-2026, 21:06
Masallıda ağır qəza - Ölən var


Masallıda ağır qəza - Ölən var

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Masallı şəhərinin Dadva küçəsində qeydə alınıb
Belə ki, 1995-ci il təvəllüdlü Vəli Azər oğlu Hətəmzadənin idarə etdiyi “Mercedes” markalı avtomobil 1947-ci il təvəllüdlü Qardaş Məhərrəm oğlu Fətullayevin idarə etdiyi eyni markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlar Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Vəziyyəti ağır qiymətləndirilən Qardaş Fətullayev daha sonra Masallı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, müalicə aldığı klinikada dünyasını dəyişib.
Digər sürücü Vəli Hətəmzadənin müalicəsi isə xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
6-02-2026, 19:27
Prezident Saleh Məmmədovu işdən çıxardı - YENİ TƏYİNAT


Prezident Saleh Məmmədovu işdən çıxardı - YENİ TƏYİNAT

Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb
Digər sərəncamla Vüsal Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.
6-02-2026, 18:41
Rusiya Cənubi Qafqazı tamamilə itirdi


Rusiya Cənubi Qafqazı tamamilə itirdi

ABŞ-ın tanınmış siyasi analitiki, "Stratfor" analitik mərkəzinin qurucusu Corc Fridman Rusiyanın Cənubi Qafqaz üzərində nəzarətini faktiki olaraq itirdiyini bildirib.
Fridman bu fikirləri "Geopolitical Futures" podkastında səsləndirib.
Analitikin sözlərinə görə, Rusiyanın postsovet məkanındakı təsiri xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada zəifləyib. O, bunu Ukraynadakı müharibədə Moskvanın strateji uğursuzluğu ilə əlaqələndirib. Fridman qeyd edib ki, Azərbaycan, Ermənistan və Gürcüstan müstəqil siyasətlərini gücləndiriblər və hazırda ABŞ-ın siyasi təsiri bu regionda daha qabarıq görünür.
Onun fikrincə, Rusiyanın Qərb istiqamətində “təhlükəsizlik buferi” yaratmaq cəhdləri də nəticəsiz qalıb və bu proses iqtisadi amillərlə daha da dərinləşir. Analitik Hindistanın Rusiya neftindən imtinasını Moskvanın qlobal iqtisadi təsirinin azalmasının göstəricisi kimi dəyərləndirib.
Məqalədə vurğulanır ki, ABŞ-ın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və TRIPP layihəsi Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsinin nəticələri kimi qiymətləndirilir. Rəsmi Moskva isə regiondan çəkilmək niyyətində olmadığını bildirsə də, proseslərin onun iştirakı olmadan irəliləməsi Kremlin narahatlığını artırır.
6-02-2026, 18:30
İrandan ABŞ ilə danışıqlara dair İLK AÇIQLAMA


İrandan ABŞ ilə danışıqlara dair İLK AÇIQLAMA

İran və ABŞ arasında keçirilən danışıqlar yaxşı başlanğıc olub.
Bunu İranın xarici işlər naziri Abbas Araqçi jurnalistlərə açıqlamasında deyib.
"Məsləhətləşmələrdən sonra qərar veriləcək, amma danışıqların davam etdirilməsi prinsipi ilə bağlı konsensusun olduğu görünür" , - o bildirib.
Qeyd edək ki, Omanın paytaxtı Maskatda ABŞ və İran arasında nüvə danışıqlarının birinci raundu keçirilib.
6-02-2026, 18:16
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə ÇAĞIRILDI


Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə ÇAĞIRILDI

6 fevral 2026-cı il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
Rusiya səfiri ilə görüş zamanı, 5 fevral tarixində Rusiya Federasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini, hakim “Vahid Rusiya” Partiyasının üzvü Konstantin Zatulinin ölkəmizdə Ermənistan Respublikası vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatı ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.
K.Zatulinin uzun müddətdir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar etməsi, separatizmə açıq dəstək nümayiş etdirməsi, habelə Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də hərbi cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan Respublikası vətəndaşları ilə bağlı məhkəmə qərarlarını təhrif etməyə cəhd göstərməsi və qəbuledilməz ifadələr işlətməsi qətiyyətlə pislənib.
Görüşdə, Rusiya tərəfi bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!