Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
8-02-2026, 18:50
İcmadan Ermənistan məhkəməsinin qərarına etiraz


İcmadan Ermənistan məhkəməsinin qərarına etiraz

Qərbi Azərbaycan İcması ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi zirvə görüşündən sonra Azərbaycan-Ermənistan normallaşma prosesində müşahidə olunan müsbət dinamikaya, Azərbaycan və Ermənistan liderlərinin bu günlərdə Əbu-Dabidə keçirilmiş görüşün ruhuna zidd olaraq, Ermənistanda və ondan kənarda sülhə qarşı yönəlmiş bir sıra cəhdlərlə bağlı narahatlığını ifadə edir.
Bununla bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Bəyanatda deyilir: “Bu xüsusda, Ermənistanda məhkəmənin Samvel Şahramanyan adlı şəxsin qondarma qurumun “özünü buraxması barədə qərarı”nın güc tətbiqi və ya təhdid altında verilməsi və buna görə də, hüquqi qüvvəyə malik olmaması barədə təxribatçı qərarını hiddətlə qarşılayırıq.
Bu məhkəmə qərarı açıq-aşkar Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmişdir. Ermənistan məhkəməsi hansı əsasla, hansı mandatla suveren bir dövlətin daxili işlərinə qarışır?
Qərbi Azərbaycan İcması bu məhkəmə qərarını, həm də bu il parlament seçkilərinin keçiriləcəyi Ermənistanda revanşistlərin sülhə qarşı fəaliyyəti kimi qiymətləndirir.
Əgər Ermənistan məhkəməsi iki xalq arasında sülhə, barışığa töhfə vermək əzmindədirsə, onda biz Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya olunmasını, qəbristanlıqların, məscidlərin dağıdılmasını pisləyən məhkəmə qərarları çıxarmalıdır”.
8-02-2026, 18:36
Rusiyanın hücumları daha da güclənə bilər - Zelenski


Rusiyanın hücumları daha da güclənə bilər - Zelenski

“Son bir həftə ərzində Rusiya 116 raket, 1200 idarə olunan bomba və 2000-dən çox dronla hücumlar həyata keçirib”.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşdığı açıqlamada deyib.
O, Rusiyanın Ukraynadakı enerji, logistika və mülki infrastrukturu hədəf almağa davam etdiyini bildirib:
“Müharibəyə son qoymaq üçün danışıqlar aparılarkən Rusiyanın hücumları davam edir. Dünyanın heç bir reaksiyası olmadıqda hücumlar daha da güclənir. Təkcə, dünən Rusiya Ukraynaya təxminən 40 raket və 400-dən çox PUA hücumu həyata keçirib. Bu silahların istifadəsi rusların sanksiyaları pozması deməkdir”.
8-02-2026, 18:16
Filippində "Basyanq" fırtınası - 12 nəfər öldü


Filippində "Basyanq" fırtınası - 12 nəfər öldü

Filippində “Basyanq” tropik fırtınasının törətdiyi fəsadlar nəticəsində azı 12 nəfər həyatını itirib.
Bu barədə GMA telekanalı ölkənin Mülki Müdafiə İdarəsinə istinadən xəbər yayıb.
Bildirilir ki, Mindanao adasında yerləşən Kaqayan-de-Oro şəhərində baş verən torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb, digər ölənlər isə daşqınlar zamanı boğulub.
Güclü yağışlarla müşayiət olunan fırtına Filippinin cənub bölgələrində təxminən yarım milyon insana təsir göstərib. Təbii fəlakət nəticəsində 38 bina tamamilə dağılıb, 407 tikili isə qismən zərər görüb.
Açıqlamada qeyd olunub ki, “Basyanq” tropik siklonunun yaratdığı fəsadlardan Visayas adası və Mindanao bölgəsində ümumilikdə 467 minə yaxın insan zərər çəkib.
8-02-2026, 18:00
“Neftçi” “Qarabağ”ın azarkeşlərini oyuna buraxmadı


“Neftçi” “Qarabağ”ın azarkeşlərini oyuna buraxmadı

Bu gün “Neftçi” və “Qarabağ” komandalarının əvəzedici heyətləri arasında oyun keçirilib.
“Neftçi”nin 2:0 qələbəsi ilə başa çatan matça “Qarabağ”ın azarkeşləri buraxılmayıb.
Onların matça buraxılmamasının səbəbi bəlli deyil.
Amma sosial şəbəkələrdə yazılanlara görə, dünən komandaların U-17 heyətləri arasında matç keçirilib. Həmin oyunda “Qarabağ” azarkeşləri komandalarına böyük dəstək göstəriblər. Bu səbəbdən də “Neftçi” tərəfi bu gün əvəzedici heyətlərin matçına qonaq komandanın azarkeşlərini buraxmayıb.
Qeyd edək ki, həmin qarşılaşmada “Qarabağ” rəqib komandanı 2:0 hesabı ilə məğlub edib.
8-02-2026, 17:24
Uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək


Uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Türkiyədə 15 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək.
Bu barədə qanun layihəsi yaxın günlərdə Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.
Qanun qəbul edilərsə, valideynlərinin icazəsi olsa belə uşaqlar sosial şəbəkələrə daxil ola bilməyəcək.
8-02-2026, 16:56
Aya kütləvi köçün vaxtıdır - İlon Mask


Aya kütləvi köçün vaxtıdır - İlon Mask

“Tesla”, “SpaceX” və “Starlink” şirkətlərinin rəhbəri İlon Mask Aya genişmiqyaslı köçün vaxtının çatdığına inanır.
O bu barədə “X” sosial media platformasında yazıb.
“Aya kütləvi şəkildə getməyin vaxtıdır”, - deyə bildirib.
Həmçinin, Mask ilk təyyarə uçuşundan (1903) insanın Aya enişinə (1969) qədər 66 il keçdiyini xatırladıb.
8-02-2026, 16:22
Ceyhun Bayramov Hakan Fidanla bu məsələləri müzakirə etdi


Ceyhun Bayramov Hakan Fidanla bu məsələləri müzakirə etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən bildirilib ki, danışıq zamanı, Azərbaycanla Türkiyə arasında ikitərəfli müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalarda birgə səylər, eləcə də regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Bununla yanaşı, Yaxın Şərqdə vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
8-02-2026, 16:15
Pezeşkian: İran-ABŞ danışıqları irəliyə doğru atılmış addımdır


Pezeşkian: İran-ABŞ danışıqları irəliyə doğru atılmış addımdır

İran prezidenti Məsud Pezeşkian İran–ABŞ arasında aparılan danışıqlarla bağlı açıqlama verib.
O, “X” hesabında paylaşımında danışıqları müsbət qiymətləndirib.
Pezeşkian bildirib ki, regiondakı dost hökumətlərin iştirakı və vasitəçiliyi ilə keçirilən İran–ABŞ danışıqları irəliyə doğru atılmış bir addım olub.
Onun sözlərinə görə, dialoq Tehran üçün hər zaman sülh yolu ilə həllin əsas strategiyası olub.
İran prezidenti vurğulayıb ki, nüvə məsələsində Tehranın mövqeyi Nüvə Silahlarının Yayılmaması Müqaviləsində (NPT) təsbit olunmuş hüquqlara əsaslanır.
O əlavə edib ki, İran xalqı hörmətə həmişə hörmətlə cavab verib, lakin təzyiq və güc dili ilə danışılmasını qəbul etmir.
8-02-2026, 16:01
Krasnodar hava limanı bağlandı


Krasnodar hava limanı bağlandı

Krasnodar hava limanında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bu barədə “Rosaviasiya”dan məlumat verilib.
“Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün vacibdir”, - məlumatda qeyd olunub.
8-02-2026, 15:50
Yollarda görmə məsafəsi məhdudlaşacaq


Yollarda görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, fevralın 9-da dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 200-800 metrədək məhdudlaşacağı gözlənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!