Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
Bu gün, 16:11
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir


Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir

Süni intellekt, “mygov” və kibertəhlükəsizlik Azərbaycan üçün strateji prioritetdir.

Prezident İlham Əliyev dövlət idarəçiliyində süni intellektin tətbiqinin genişləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, aparıcı ölkələrdə bu sahədə mühüm nailiyyətlər əldə olunub. Dövlət başçısı qeyd edib ki, inkişaf etmiş ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətində “süni intellekt agentləri” tətbiq edilir və bu sistemlər qərarların düzgünlüyünün qiymətləndirilməsində yardımçı rol oynayır. Onun sözlərinə görə, rəhbər vəzifələrdə təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər.
Analitik baxımdan bu yanaşma dövlət idarəçiliyində məlumat əsaslı qərarvermə modelinə keçidin göstəricisi kimi qiymətləndirilir. Süni intellekt böyük həcmli məlumatların operativ təhlilinə, risklərin əvvəlcədən müəyyənləşdirilməsinə və alternativ ssenarilərin hazırlanmasına imkan yaradır. Bu isə idarəetmədə çevikliyi və səmərəliliyi artırır, insan faktorundan qaynaqlanan subyektiv riskləri azaldır.
Dövlət başçısı eyni zamanda dövlət xidmətlərinin “mygov” platforması üzərindən – vahid mərkəzdən həyata keçirilməsinin vacibliyini də diqqətə çatdırıb. Prezident bildirib ki, son illər müxtəlif dövlət qurumları tərəfindən ayrı-ayrı platforma və tətbiqlər hazırlanıb. Lakin artıq bu proses koordinasiyalı şəkildə aparılmalı, mövcud platformalar tədricən vahid sistemdə birləşdirilməlidir. Dövlət xidmətləri “mygov” üzərindən təqdim olunmalı və həm dövlət qurumları, həm də vətəndaşlar üçün bu, əsas ünvan olmalıdır.
Analitik qiymətləndirməyə görə, vahid rəqəmsal platformanın yaradılması idarəetmədə mərkəzləşmiş informasiya sisteminin formalaşmasına, resursların optimallaşdırılmasına və təkrarlanan funksiyaların aradan qaldırılmasına xidmət edir. Bu yanaşma vətəndaş məmnunluğunu artırmaqla yanaşı, dövlət xidmətlərinin əlçatanlığını və şəffaflığını gücləndirir. “Bir pəncərə” prinsipinin rəqəmsal müstəvidə tətbiqi vətəndaş üçün vaxt itkisini minimuma endirir və xidmətləri daha rahat edir.
Prezident İlham Əliyev əldə edilmiş nəticələri yüksək qiymətləndirdiyini bildirməklə yanaşı, mövcud platformaların üstünlüklərinin, toplanmış təcrübənin və bu sahədə çalışmış kadr potensialının ümumi sistemə inteqrasiya olunmasının vacibliyini qeyd edib. Bu yanaşma institusional davamlılığın və insan kapitalının qorunmasını təmin edir.
Ölkəmizdə süni intellektin tətbiqi ilə “mygov” kimi vahid platformanın inteqrasiyası dövlət idarəçiliyində yeni mərhələnin başlanğıcı ola bilər. Mərkəzləşdirilmiş məlumat bazası süni intellekt alqoritmlərinin daha dəqiq və effektiv işləməsinə şərait yaradacaq. Bu isə strateji planlaşdırma, sosial siyasət, iqtisadi proqnozlaşdırma və dövlət xidmətlərinin idarə olunmasında keyfiyyətcə yeni model formalaşdıracaq.
Beləliklə, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər rəqəmsal transformasiyanın dərinləşdirilməsi, idarəetmənin modernləşdirilməsi və vətəndaş yönümlü dövlət modelinin möhkəmləndirilməsi istiqamətində kompleks və strateji yanaşma kimi dəyərləndirilir.
Eyni zamanda dövlət başçısı rəqəmsal transformasiyanın yalnız dövlət sektoru ilə məhdudlaşmaması, özəl sektorda da dəstək mexanizmlərinin tətbiqinin vacibliyini vurğulayıb. Bununla innovasiya mühitinin inkişafı, startapların və texnologiya şirkətlərinin təşviqi, həmçinin yerli texnoloji məhsulların ixrac potensialının artırılması təmin ediləcək.
Prezident İlham Əliyev kibertəhlükəsizliyin strateji önəmini də diqqətə çatdırıb. Ötən il Azərbaycan mütəşəkkil və aqressiv kiberhücuma məruz qalıb, lakin lazımi tədbirlər görülərək təhlükələrin qarşısı alınıb. Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti davamlı diqqət mərkəzində olmalı, beynəlxalq təcrübə öyrənilməli və kritik informasiya infrastrukturu qorunmalıdır.

Zamin Zeynal,
Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri
Bu gün, 15:19
Bu gün, 15:15
Komitə sədrinin üçcildlik elmi   əsərinin təqdimatı keçirilib


Komitə sədrinin üçcildlik elmi

əsərinin təqdimatı keçirilib


Fevralın 12-də Prezident Kitabxanasında Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun müəllifi olduğu “Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası” adlı üçcildlik fundamental nəşrin təqdimatı keçirilib.

Kitabda ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş enerji siyasətinin strateji hədəfləri – dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü və suverenliyin təmin olunması, eyni zamanda sosial-iqtisadi rifahın yüksəldilməsi elmi əsaslarla təhlil edilir. Bu kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə institusional və davamlı inkişaf mərhələsinə yüksəlməsi faktoloji və sənədli mənbələr əsasında şərh olunur.

Kitabın elmi rəyçisi akademik Arif Həşimov əsərin aktuallığını qlobal enerji transformasiyaları fonunda Azərbaycanın enerji strategiyasının institusional yanaşma ilə araşdırılması, “resurs bolluğu–davamlı inkişaf” əlaqəsinin elmi təhlili və dövlət rəhbərlərinin çıxışlarının ilkin mənbə kimi istifadəsi ilə əsaslandırdı. Xüsusilə qeyd olundu ki, üçüncü cilddə yer alan müqavilə və danışıqlara dair materiallar nəşrin sənədli-elmi əhəmiyyətini artırır.

Təqdimatda Milli Məclisin komitə sədrləri və deputatlar, dövlət qurumlarının rəhbər şəxsləri, o cümlədən Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, nazir müavinləri, SOCAR nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, akademiklər, professorlar və gənc tədqiqatçılar iştirak edirdilər.

“Tədbirə ev sahibliyi edən Prezident Kitabxanasının rəhbəri professor Afət Abbasovaya, tədbiri yüksək səviyyədə idarə edən Milli Məclisin komitə sədri Əli Hüseynliyə, eyni zamanda iştirak və dəyərli fikirlərinə görə bütün qonaqlara bir daha öz dərin təşəkkürümü bildirirəm”, S.Qurbanov bildirib.

Bu gün, 14:59
Dərsdən kənarda formalaşan şəxsiyyətlər

Məktəbin görünməyən gücü:

Dərsdən kənarda

formalaşan şəxsiyyətlər


Məktəbdə hər şey dərs zamanı ilə ölçülmür. Bəzən şagirdin potensialı qiymət cədvəllərində yox, dərsdən sonrakı saatlarda üzə çıxır. Sinifdə arxa partada sakit oturan bir uşaq səhnədə özünü inamla ifadə edə, idman meydanında komandanı arxasınca apara, sosial layihədə məsuliyyət götürə bilər. Məhz bu anlarda biz şagirdi fərqli tərəfdən tanımağa başlayırıq.
Bu gün “məktəbdənkənar fəaliyyətlər” dediyimiz anlayış əslində daha geniş məna daşıyır. Bu, sadəcə dərnək və məşğələ deyil. Bu, sinifdənkənar inkişaf və özünüifadə mühitidir. İdmanla yanaşı incəsənət, musiqi, teatr və natiqlik klubları, elmi-tədqiqat və texnologiya yönümlü layihələr, sosial və ekoloji təşəbbüslər, intellektual oyunlar, icma ilə əməkdaşlıq proqramları– bütün bunlar şagirdin fərqli bacarıqlarını üzə çıxaran sahələrdir. Bu mühitlərdə uşaq yalnız öyrənmir, özünü tanıyır. Ünsiyyət qurmağı, komandada işləməyi, məsuliyyət daşımağı, liderlik etməyi, fikrini ifadə etməyi öyrənir. Bunlar nə testlə ölçülür, nə də bir dərsin içində tam formalaşır, amma həyat üçün ən vacib bacarıqlar məhz bunlardır.
Şagirdyönümlü yanaşma burada öz mahiyyətini göstərir. Hər uşaq eyni sahədə uğurlu ola bilməz, lakin hər uşağın güclü olduğu bir istiqamət vardır. Məktəbin vəzifəsi bu istiqamətləri təyin etmək, şagirdə seçim imkanı yaratmaqdır. Uşaq maraq göstərdiyi sahədə iştirak etdikdə, həmin fəaliyyət onun üçün məcburiyyət yox, inkişaf fürsətinə çevrilir. Bu prosesdə valideynlərin rolu isə çox vaxt yetərincə vurğulanmır. Valideynlər bəzən məktdənkənar inkişafı düzgün qiymətləndirmir, diqqəti yalnız akademik nəticələrə yönəldirlər. Halbuki bu fəaliyyətlər uşağın şəxsiyyət kimi formalaşmasının əsas mərhələlərindən biridir. Valideyn uşağın marağını görməli, onu dinləməli və bu seçimə hörmət etməlidir. Uşağı yalnız “faydalı görünən” sahələrə deyil, özünü rahat hiss etdiyi istiqamətlərə yönəltmək uzunmüddətli inkişaf üçün daha sağlam yanaşmadır. Təhsil müəssisələri və valideynlər bu məsələdə ayrı-ayrı tərəflər deyil. Müəssisə imkan yaradırsa, valideyn təşviq etməli, məktəb müşahidə edirsə, valideyn dəstəkləməlidir. Bu əməkdaşlıq olduqda şagird özünü tək hiss etmir, seçimini daha cəsarətlə edir.
Məktəbdənkənar inkişaf mühitinin gücü ondadır ki, burada uşaq səhv etməkdən qorxmur, çəkinmir. Burada o, nəticəyə yox, prosesə fokuslanır. Məhz bu proses onun özgüvənini artırır, məktəblə münasibətini möhkəmləndirir və gələcək seçimlərinə işıq tutur.
Bu gün məktəbin gücü yalnız akademik göstəricilərlə ölçülmür. Məktəbin gücü şagirdin sinifdən kənarda da inkişaf edə bilməsi, valideynin bu inkişafı anlaması və dəstəkləməsi ilə ölçülür.
Unutmayaq ki, şagirdi müstəqil şəxs kimi bir bütöv olaraq görən ailə və məktəb, cəmiyyət üçün daha faydalı, hazırlıqlı fərdlər yetişdirir.

Günay Qurbanova,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri

Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!