Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
24-02-2026, 17:44
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub


Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub

Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub.
Fevralın 27-də keçiriləcək növbəti plenar iclasın gündəliyində 9 məsələ var:

1. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
2. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
6. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
7. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
9. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
24-02-2026, 17:36
Azərbaycan və Ermənistan XİN müavinləri nələri müzakirə edib?


Azərbaycan və Ermənistan XİN müavinləri nələri müzakirə edib?

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin müavinləri bu gün Cenevrədə görüşüblər.
Görüş yüksək səviyyəli əlaqələrin davam etdirərək çərçivəsində baş tutub.
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan BMT İnsan Hüquqları Şurasının sessiyası çərçivəsində görüşüblər. Görüşdə müxtəlif platformalarda "mümkün etimad quruculuğu tədbirlərini" müzakirə edilib.
24-02-2026, 17:20
Parlament seçkilərinə 11 milyon dollar xərclənəcək


Parlament seçkilərinə 11 milyon dollar xərclənəcək

Ermənistan parlament seçkilərinin xərclər smetası açıqlanıb.
Parlament seçkiləri üçün çəkiləcək xərc 4,4 milyard dramdan(11 282 000 dollar-red) çox olacaq.
Nəzərdə tutulan vəsaitin 1,8 milyarddan (4 608 000 dollar-red) çoxu seçki məntəqələrindəki seçki komissiyası üzvlərinin maaşlarına gedəcək.
Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, artıq partiyaların və blokların qeydiyyatı üçün standart formalar, eləcə də seçki prosesində iştirak edən şəxslər üçün şəxsiyyət vəsiqələri formaları müəyyən edib.
24-02-2026, 17:15
ABŞ müharibənin bitməsi üçün vaxt qoydu


ABŞ müharibənin bitməsi üçün vaxt qoydu

Vaşinqton Rusiya-Ukrayna müharibəsinə bəlli tarixə qədər son qoymağa çalışır.
ABŞ Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin 4 iyul, ABŞ-ın Müstəqillik Gününə qədər imzalanmasında israr edir.
Bu barədə Avropa və NATO rəsmilərinə istinadən məlumat yayıb.
24-02-2026, 16:54
Azərbaycanda faizsiz kredit verən banklar yaradılacaq - YENİLİK


Azərbaycanda faizsiz kredit verən banklar yaradılacaq - YENİLİK

Azərbaycanda İslam bankçılığı sistemi 2026-cı ildən maliyyə sektorunda yenidən tətbiq olunmağa başlanıb. Hazırda iki bankda – Azərbaycan Beynəlxalq Bankı və Rabitəbankda İslam bankçılığı guşəsi var. Bu istiqamətdə hüquqi və tənzimləyici bazanın formalaşdırılması üçün işlər davam edir.
Məqsəd ənənəvi banklar vasitəsilə “İslam pəncərəsi” modeli çərçivəsində şəriətə uyğun maliyyə məhsullarını təqdim etməklə bazarda tələbatı müəyyənləşdirmək və daha geniş həcmdə tətbiq üçün zəmin yaratmaqdır.
Azərbaycan Mərkəzi Bankı bildirib ki, ölkədə İslam bankçılığının tətbiqi məqsədilə Mülki Məcəlləyə, Vergi Məcəlləsinə, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında", “Dövlət rüsumu haqqında”, “Kredit Büroları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər layihəsi hazırlanmış və aidiyyəti dövlət qurumlarına təqdim edilmişdir:
“İslam bankçılığının təşkili prosesində beynəlxalq təcrübəyə əsaslanma əsas prioritetlərdəndir. Belə ki, İslam bankçılığının həyata keçirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanarkən Türkiyə, Pakistan, Malayziya, Qazaxıstan və Qırğızıstan kimi ölkələrin təcrübəsi və beynəlxalq standartlar təhlil edilmiş və nəzərə alınmışdır. Tətbiq ediləcək İslam bankçılığı fəaliyyətinin İslam bankçılığının fundamental prinsiplərinə uyğunluğunun təmin edilməsi nəzərə alınmışdır.
Dəyişikliklər layihəsi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış və yerli qanunvericiliyə uyğunlaşdırılmışdır. Məqsəd beynəlxalq standartları yerli hüquqi mühitlə uzlaşdırılmış və dayanıqlı şəkildə tətbiq etməkdir.
Layihənin hazırlanması prosesində müvafiq ölkələrin İslam bankçılığı sahəsində tənzimləyici və nəzarət orqanları ilə təcrübə mübadiləsi və qabaqcıl praktikanın öyrənilməsi məqsədilə görüşlər keçirilmişdir. Qanunvericiliyə dəyişikliklər layihəsi isə Mərkəzi Bank tərəfindən hazırlanmışdır.
Yaxın perspektivdə İslam bankçılığının tətbiqi “İslam pəncərələri” modeli çərçivəsində nəzərdə tutulur. İslam banklarının yaradılması məsələsinə isə növbəti mərhələdə, ölkədə İslam maliyyə məhsullarının tətbiqinin praktiki nəticələri və bazarın inkişaf dinamikası nəzərə alınaraq baxıla bilər”.
24-02-2026, 16:49
Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçiliyə hazırdır - AÇIQLAMA


Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçiliyə hazırdır - AÇIQLAMA

Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi rol oynamağa hazırdır.
Bunu Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin xarici əlaqələr komitələrinin onuncü üçtərəfli iclasında Gürcüstan Parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze bildirib.
O qeyd edib ki, Gürcüstan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını və sülhə doğru irəliləyişini dəstəkləyir.
“Bu, regionun ümumi mənzərəsini yaxşılaşdırır və Cənubi Qafqazda sülhün bərqərar olması üçün böyük addımdır. Ehtiyac yaranarsa, Gürcüstan vasitəçi rolunu oynamağa hazırdır”.
24-02-2026, 16:47
Nəriman Həsənzadə Prezidentə təşəkkür etdi - bu təltif ruhumla yaşayacaq


Nəriman Həsənzadə Prezidentə təşəkkür etdi - bu təltif ruhumla yaşayacaq

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev dövlət başçısının tapşırığına uyğun olaraq, mədəniyyətimizin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilmiş Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət edib və ali mükafatı ona təqdim edib.
Xalq şairi Nəriman Həsənzadə mükafatla bağlı təəssüratını bölüşüb.
O, Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib:
"Mən bu yüksək ordeni, ali mükafatı çox ləyaqətlə daşımalıyam və daşıyacam da. Buna görə cənab Prezidentə məni yada salıb təltif etdiyinə görə minnətdaram.
Prezidentin nəzərində olduğumu, məni yada salmağını ömrümün sonunadək unutmayacam. Cənab Prezident çox sağ olsun ki, məni belə yüksək mükafata layiq görüb. Hörmətli İlham Əliyev mənəviyyatca yüksək səviyyəli alqışalayiq dövlət başçısıdır. Mən onun bu adımına qarışıqlıq bunu deyə bilərəm. Bu təltif daimi olaraq mənim ruhumla yaşayacaq və heç vaxt unudulmayacaq".
Nəriman Həsənzadə səhhəti ilə bağlı ciddi narahatlığının olmadığını da bildirib.
Qeyd edək ki, 95 yaşlı Xalq şairi hazırda müalicə alır. Köməkçisinin yardımı ilə gəzə bilir.
24-02-2026, 16:10
15 yaşlı bacısının nişanlısını 30 dəfə bıçaqladı - Bakıda dəhşət


15 yaşlı bacısının nişanlısını 30 dəfə bıçaqladı - Bakıda dəhşət

Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Araz Səmədovun cinayət işinin məhkəmə baxışı keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Araz Səmədovun sərbəst ifadəsi dinlənilib.
Araz Səmədov ifadəsində bildirib ki, zərərçəkən Babək Uğurlu onun qardaşı yoldaşının yaxın qohumu olub.
Təqsirləndirilənin dediyinə görə, hadisə baş verən gün Araz bacısının otağına girərkən Babəki bacısının yanında görüb və hiddətlənib. Buna görədə mətbəxdən bıçağı götürərək onun üzərinə cumur və bıçaqla xəsarətlər yetirir.
Təqsirləndirilən ifadəsi zamanı "Mosson","cin","şeytan"kimi təriqət və gözəgörünməz varlıqların adını çəkərək, guya onların vasitəsilə hər bir məlumatı aldığını deyib.
Zərərçəkən 30 yaşlı Babək Uğurlu isə məhkəmədəki ifadəsi zamanı Arazın azyaşli bacısı ilə nişanlı olduğunu deyib.
"Mən Arazın azyaşlı bacısı ilə nişanlı idim. Qızın yaşının 18 yaş olduğunu gözləyirdik, evlənəcəkdik. Həmin gecə saat 2-də oturub söhbət edirdim nişanlımla, onların evində. O məndən küsmüşdü, könlünü almaq istəyirdim. Birdən Araz əlində bıçaq içəri daxil olaraq "sən cinsən, şeytansan" deyə-deyə üstümə cumdu və bıcaqla zərbələr endirməyə başladı. Nə qədər çalışsam da, bıçağı onun əlindən ala bilmədim. Bu zaman bacısı da yaralanmışdı. Bədənimin müxtəlif yerlərindən qan axırdı".
Növbəti proses aprelin 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin sentyabrinda Bakının Əmircan qəsəbəsində baş verib. Babək Uğurlunun çoxsayli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı Suraxani raton Poli İdarəsinə məlumat daxil olub. Polis əməkdaşlarının əməliyyatı zamani hadisəni törətməkdə təqsirli bilinən Araz Səmədov saxlanılaraq istintaqa cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələrilə ittiham irəli sürülüb.
24-02-2026, 15:58
Xəzər dənizinə pul ayrıldı


Xəzər dənizinə pul ayrıldı

Qazanc kapitalı son suyun suyunun aşağı düşməsi mərkəzi olan Xəzər dənizinin qorunması və elmi tədqiqi üçün 2.2 milyon dollar çox vəsait ayrılıb.
Bu barədə Qazaxıstanın baş naziri Oljas Bektenov fərman imzalayıb.
Fərmanda Xəzər dənizinin ekoloji dayanıqlığını təmin etmək üçün ehtiyat ehtiyatından 2,2 milyon dollar ayrılacağı bildirilir.
Qeyd edilib ki, ayrılan vəsait ötən il Xəzər sahilində yerləşən Aktau şəhərində yaradılmış Xəzər Dənizi Elmi Tədqiqat İnstitutuna veriləcək və maliyyələşdirmə institutun elmi potensialını gücləndirəcək.
Xəzər dənizində ən uzun sahil xəttinə malik ölkə olan Qazaxıstan son illərdə dəniz səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasından narahatdır. Dəniz həm ən böyük neft yataqlarına sahib olduğuna, həm də Avropaya tranzit yolu olduğuna görə ölkə üçün strateji əhəmiyyət kəsb edir.
24-02-2026, 15:43
Buraxılış imtahanları keçiriləcək - DİM şagirdlərə çağırış etdi


Buraxılış imtahanları keçiriləcək - DİM şagirdlərə çağırış etdi

"Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər".
Bu, Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, 2026-cı il martın 9-da Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb, Horovlu), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd tam orta məktəbləri), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Martın 9-da tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də imtahan verəcəklər.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər //e-gov.az/az/services/read/2516/2 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!