Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq - İlham Əliyev
Elektrik stansiyasının inşası məhz Serbiyanın investisiya üçün əlverişli imkanlara sahib olmasından qaynaqlanır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata birgə bəyanatında deyib. O qeyd edib ki, bir müddət əvvəl başlanmış Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq.
Ukrayna Ordusu Rusiya paytaxtına PUA-larla hücum edib. Bu barədə Moskva meri Sergey Sobyanin açıqlama verib. O, Moskva istiqamətində uçan 4 pilotsuz uçuş aparatının vurulduğunu deyib. PUA-ların Moskva vilayəti ərazisində vurulduğu bildirilib.
Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının iclası olub
Fevralın 15-də Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib.
Polşa öz nüvə silahını əldə etmək yolunda irəliləməlidir. Bunu Polşa Prezidenti Karol Navrotski "Polsat News"a müsahibəsində bildirib. O, Polşanın nüvə layihəsinə qoşulmasının böyük tərəfdarı olduğunu vurğulayıb. Navrotskinin fikrincə, ölkə Rusiyaya görə silahlı münaqişə astanasındadır. "Bütün beynəlxalq normalara riayət etməklə bu yol bizim getməli olduğumuz yoldur. İşə başlaya bilmək üçün bu istiqamətdə fəaliyyət göstərməliyik", - o qeyd edib.
Sumqayıt şəhərində 33 yaşlı kişi dəm qazından boğularaq ölüb. Hadisə 52-ci məhəllənin Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Amil Qarayev hamam otağında dəm qazından zəhərlənərək hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, fevralın 16-da gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Prezident Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi
Serbiyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 15-də Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət ediblər. Dövlət başçısı abidələrin önünə əklil qoyub.
Şair Musa Ələkbərli vəfat edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, şair 76 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, bir sıra kitabların müəllifi və redaktoru olub. Həmçinin, “Şur” nəşriyyatının direktoru vəzifəsində çalışıb.
Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Təntənəli surətdə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər. Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə başa çatıb.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!