“TARİXÇEYİ-NÖVRƏS” ORXAN İSAYEVİN TƏQDİMATINDA .....                        Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                       
15-02-2026, 15:28
İlham Əliyev Serbiyada rəsmi səfərdədir


İlham Əliyev Serbiyada rəsmi səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfərə gedib.
Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Serbiya Prezidenti Aleksandar Vuçiç qarşılayıb.
15-02-2026, 15:16
23 minə yaxın namizəd magistraturaya imtahan verdi


23 minə yaxın namizəd magistraturaya imtahan verdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirilib.
Bu barədə DİM məlumat yayıb.
Qeyd edilib ki, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 88 binada təşkil olunub.
İmtahanda iştirak üçün 22780 bakalavr ərizə təqdim edib.
İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub. Müvafiq hal protokollaşdırılaraq həmin şəxs imtahandan xaric olunub. Hazırda qeyd olunan qayda pozuntusu ilə bağlı araşdırma aparılır.
Fevralın 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
Bu gün saat 15:00-da DİM-in "Youtube" kanalı (//www.youtube.com/stateexamcenter) vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Bakalavrlar suallarını "Youtube"da müvafiq yayımın altına yaza bilərlər.

***

09:16

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) baş tutacaq, imtahanda iştirak etmək üçün 22 min 780 bakalavr ərizə təqdim edib.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, onlardan 20 min 790 nəfər Azərbaycan bölməsi, 1990 nəfər rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 15 min 391-i cari ilin, 7389-u isə əvvəlki illərin məzunlarıdır, 47 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakıda 64, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 16499, Naxçıvanda 542, Gəncədə 1 533, Sumqayıtda 1712, Abşeronda 1235, Mingəçevirdə 828, Lənkəranda 431 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 88 ümumi rəhbər, 248 imtahan rəhbəri, 2069 nəzarətçi, 297 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahan başlanandan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara xarici dil fənni üzrə yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 14-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
15-02-2026, 15:11
Ukraynanı tərk etmək istəyən sabiq nazir SAXLANILDI


Ukraynanı tərk etmək istəyən sabiq nazir SAXLANILDI

Ukraynanın sabiq energetika naziri Herman Qaluşşenko fevralın 15-nə keçən gecə dövlət sərhədini keçməyə cəhd edərkən saxlanılıb.
Sabiq məmur qatardan endirilib. Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu tərəfindən Herman Qaluşşenko ilə bağlı rəsmi sorğu olub. Prosedura uyğun olaraq, cinayət işi üzrə şübhəli şəxst ölkə ərazisini tərk etməyə cəhd göstərərsə, sərhədçilər dərhal detektivləri məlumatlandırmalı idilər.
Qeyd edək ki, iş adamı Timur Mindichi cinayətkar təşkilat yaratmaqda və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin “yuyulmasında” şübhəli bilirlər. Bildirilir ki, 2025-ci il ərzində Mindichin energetika sahəsində cinayət fəaliyyəti faktları müəyyən edilib və bu fəaliyyət o vaxtkı energetika naziri Herman Qaluşşenkoya təsir göstərilməsi yolu ilə həyata keçirilib. Bundan sonra Ali Rada Herman Qaluşşenkonu nazir vəzifəsindən azad edib. Noyabrın 11-də Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu “Enerqoatom” ASC-də iri miqyaslı vəsait mənimsənilməsi sxeminin iştirakçılarının telefon danışıqlarının audioyazılarını yayımlayıb. Ehtimal olunur ki, həmin yazılarda sabiq energetika nazirinin danışıqları da yer alır.
15-02-2026, 14:41
Suriya ordusu ABŞ bazasına yerləşdi


Suriya ordusu ABŞ bazasına yerləşdi

Suriya ordusu ABŞ hərbi birləşmələrinin çıxmasından sonra Haseke əyalətindəki Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşən Əş-Şəddadi hərbi bazası üzərində nəzarəti ələ alıb.
Bu barədə Suriya keçid hökumətinin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, əməliyyat ABŞ tərəfi ilə razılaşdırıldıqdan sonra həyata keçirilib.
Xatırladaq ki, fevralın 12-də Suriya ordusu ABŞ-nin öz qüvvələrini çıxardığı Ət-Tanf hərbi bazasının ərazisini nəzarətə götürmüşdü.
15-02-2026, 14:07
Bizə ABŞ-nin məsləhəti lazım deyil - Almaniya XİN


Bizə ABŞ-nin məsləhəti lazım deyil - Almaniya XİN

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Münhen Təhlükəsizlik Konfransında ABŞ Dövlət katibi Marko Rubionun çıxışını Vaşinqtonla münasibətlərin qurulması fonunda "yaxşı başlanğıc" adlandırıb.
Bu barədə Vadeful jurnalistlərə açıqlama verərkən deyib.
Vadeful jurnalistlərə Avropanın öz istəyi ilə rəqabət qabiliyyətini artırmağa qərar verdiyini, həmçinin öz ölkəsinin qanunsuz miqrasiyanın qarşısını almaq üçün səylər göstərdiyini qeyd edib.
“Avropa ABŞ ilə dialoqa hazırdır. Amma bizə əlavə məsləhət lazım deyil", - deyə o əlavə edib.
Qeyd edək ki, Rubio konfransda çıxışı zamanı kütləvi miqrasiya məsələsi ilə bağlı narahatlığını bildirib və ABŞ-ın güclü Avropa görmək istədiyini vurğulayıb.
15-02-2026, 13:30
Ukrayna Rusiyada neft anbarını BOMBALADI


Ukrayna Rusiyada neft anbarını BOMBALADI

Ukrayna Ordusu Rusiyanın Krasnodar diyarında neft anbarı və terminalına zərbə endirib.
Bununla bağlı Krasnodar qubernatoru Veniamin Kondratyev paylaşım edib.
Volna qəsəbəsində pilotsuz uçuş aparatı (PUA) ilə endirilən zərbə nəticəsində neft anbar və terminalda yanğın başlayıb, iki nəfər xəsarət alıb.
Kuban operativ qərargahının yaydığı məlumatda yanğının 2,2 min kvadratmetr sahəni əhatə etdiyi bildirilib.
Yanğının söndürülməsinə 165 nəfər şəxsi heyət və 45 texnika cəlb olunub.
15-02-2026, 13:10
Həccə sənəd qəbulu müddəti uzadıldı


Həccə sənəd qəbulu müddəti uzadıldı

Həcc mövsümü üçün sənəd qəbulu QMİ tərəfindən martın 7-dək uzadılıb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib:
“Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq bu ilki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti tərəfimizdən mart ayının 7-dək uzadılmışdır. Vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq”, - o qeyd edib.
15-02-2026, 12:52
"Real"dan növbəti rekord


"Real"dan növbəti rekord

"Real" klubu İspaniya La Liqasında yeni rekorda imza atıb.
Madrid təmsilçisi buna XXIV turda "Real Sosyedad"ı məğlub etdikləri (4:2) oyunda nail olub.
"Kral klubu" qollardan ikisini penaltidən vurub.
Komanda cari mövsüm turnirdə 13 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetirib. Bu isə ölkə çempionatında yeni rekorddur.
Daha əvvəl "Barselona" futbolçuları 1950/1951 və 2015/2016 mövsümlərində 12 penalti vurublar.
15-02-2026, 12:38
20 dərəcə isti olacaq - Sabahın havası


20 dərəcə isti olacaq - Sabahın havası

Fevralın 16-da gözlənilən hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunudan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Fevralın 16-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
15-02-2026, 12:17
Qərb Ermənistanı geosiyasi alət kimi istifadə edir - Rusiya XİN


Qərb Ermənistanı geosiyasi alət kimi istifadə edir - Rusiya XİN

Qərb Moskva ilə qarşıdurmada Ermənistanı geosiyasi alət kimi istifadə edir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib
Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın Qərblə münasibətlərindəki addımlarını, o cümlədən təşkilat daxilindəki öhdəliklərinə əməl etməsini izləyir.
Qaluzinin sözlərinə görə, Moskva üçün əsas məsələ Ermənistanın KTMT-də tamhüquqlu üzv statusunu qoruyub saxlamasıdır. O vurğulayıb ki, İrəvan müttəfiqlik münasibətlərindən geri çəkilmir və qəbul olunan qərarlara qoşulmaq imkanını əlində saxlayır. Rusiya tərəfi hesab edir ki, Ermənistan Cənubi Qafqazda onun təbii müttəfiqidir və iki ölkə arasında strateji tərəfdaşlıq möhkəm hüquqi baza üzərində qurulub. Rəsmi Moskva əmindir ki, Rusiya-Ermənistan müttəfiqliyinə alternativ mövcud deyil.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!