Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
23-02-2026, 18:52
Türkiyə–İsrail gərginliyi dərinləşir


Türkiyə–İsrail gərginliyi dərinləşir

Türkiyə ilə İsrail arasında gərginlik artıq təkcə Qəzza müharibəsi ilə məhdudlaşmır, Egey dənizi, Şərqi Aralıq dənizi, Suriya və Afrika Buynuzuna qədər uzanan geniş bölgədə strateji rəqabət güclənir.
Rəcəp Tayyib Ərdoğan ilə Kyriakos Mitsotakis arasında keçirilən son görüş iki ölkə arasındakı gərginliyi qismən azaltsa da, Egeydə hərbi status və müstəsna iqtisadi zona sərhədləri kimi əsas məsələlər həllini tapmayıb.
Digər tərəfdən, İsrail–Yunanıstan–Cənubi Kipr arasında imzalanan müdafiə əməkdaşlığı sazişi çərçivəsində birgə hərbi təlimlər planlaşdırılır, İsrail hərbi məsləhət dəstəyi verəcək və silah alışı artacaq. Ankara bu əməkdaşlığı bölgədə qüvvələr balansına təsir edən addım kimi qiymətləndirir.
23-02-2026, 18:44
Mingəçevirdə qadın bıçaqlanıb, əri saxlanılıb


Mingəçevirdə qadın bıçaqlanıb, əri saxlanılıb

Mingəçevirdə qadın bıçaqlanıb, şübhəli bilinən əri saxlanılıb.
Mingəçevir şəhər ərazisində 2003-cü il təvəllüdlü T.Kərimova mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən isə onun əri, 2000-ci il təvəllüdlü E.Kərimovdur.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
23-02-2026, 18:37
Baş Prokurorluq Müşfiq Abbasovla bağlı MƏLUMAT YAYIB


Baş Prokurorluq Müşfiq Abbasovla bağlı MƏLUMAT YAYIB

Müşfiq Elman oğlu Abbasovun həbsi ilə bağlı məlumat yayılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, vətəndaş Abbasov Müşfiq Elman oğlu barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib və məhkəmənin 23.02.2026-cı il tarixli qərarı ilə Müşfiq Abbasov 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri seçilib

17:40

Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib.
Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib.
Qərara əsasən, M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib.
Qeyd edək ki, M.Abbasov əvvəllər də rüşvət alma ittihamı ilə həbsdə olub.
23-02-2026, 18:15
Abşeronda gənci arvadını öpdüyü üçün BIÇAQLADILAR


Abşeronda gənci arvadını öpdüyü üçün BIÇAQLADILAR

Abşeron rayonunda küçədə xanımla gəzişən Sübhan əvvəllər tanımadığı 1998-ci il təvəllüdlü Babaxan (adlar şərtidir - red.) tərəfindən bıçaqlanıb.
Hadisə Abşeron rayon, "Gənclər şəhərciyi"ndə yerləşən 54 saylı yaşayış binasının arxasında, "Şans" marketin önündə baş verib. Babaxan marketin qarşısından keçərkən Sübhanın əlini qeyri-rəsmi nikahda yaşadığı Lalənin çiyninə qoyaraq onu qucaqlaşdığını, öpdüyünü görüb. O, buna görə cütlüyə irad bildirib, Sübhanla bu zəmində mübahisə edib. Bu zaman Babaxan üstündə gəzdirdiyi bıçaqla qəsdən Sübhanın qarın nahiyəsindən bir dəfə vurub.
Babaxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Babaxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ildə Cəlilabad Rayon Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 127.2.2 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma) və 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə təqsirli bilinərək məhkum olunub.
O, qeyd edib ki, bu ittiham üzrə şərti azadlığa buraxılıb.
Onun sözlərinə görə, məlum hadisə günü isə bir oğlanla qadının qucaqlaşdığını görüb, bundan hiddətlənib:
"Ətrafda yaşayış binalarından qadınlar, azyaşlı uşaqlar, qızlar onların bu hərəkətlərini görə bilərdi. Bu da bizim əxlaq normalarımıza uyğun hərəkətlər deyildi. Bu səbəbdən Sübhana yaxınlaşaraq etdiyi hərəkətlərə görə irad bildirdim, "analarımız, bacılarımız sizə baxır" dedim. Sübhan isə üzərimə hücum çəkdi, yumruqla başımdan vurdu. Sübhanın vurduğu zərbədən isə yerə yıxıldım. Mən də üzərimdə gəzdirdiyim bıçaqla Sübhanın üzərinə getdim, bir dəfə qarın nahiyəsindən zərbə ilə vurdum. Sonradan bildim ki, xəstəxanaya aparılıb, əməliyyat olunub.
Növbəti gün polis əməkdaşları yaşadığım ünvana gəldilər, məni apardılar".
Zərərçəkmiş Sübhanın sözlərinə görə, Lalə adlı xanımla qeyri-rəsmi ər-arvad münasibətləri var, birlikdə yaşayırlar:
"Hadisə günü, gecə saat 1 radələrində Lalə ilə birlikdə evimizə qonaq gəlmiş şəxsi yola salmaq məqsədi ilə həyətə düşdük. Qonağı yola salaraq əlimi Lalənin çiyninə qoyaraq marketin qarşısından keçdikdə, yolun kənarında oturacaqda üç cavan oğlan oturmuşdu. Həmin vaxt Babaxan mənə yaxınlaşdı və "sən kimsən ki, əlini qızın çiyninə qoyub gedirsən, bizim anamız, bacımız var" dedi. Babaxana bildirdim ki, bu qadın mənim arvadımdır. Aramızda yaranmış mübahisə zamanı ona bir şillə vurdum, əlbəyaxa olduq. Həmin vaxtı Babaxanın əlində bıçaq gördüm. O, həmin bıçaqla qarın nahiyəmdən zərbə ilə bir dəfə vurdu. Həmin vaxtı sinəmdən qanın axdığını görən Babaxanın dostları onu kənara çəkərək apardılar. Bundan sonra Lalənin köməkliyi ilə xəstəxanaya aparıldım, orada əməliyyat olundum".
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Babaxan 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasını və cəzasının şərti hesab olunmasını istəyib.
Məhkumun şikayəti təmin olunmayıb.
Onun müdafiəçisinin verdiyi kassasiya şikayəti də rədd edilib.
23-02-2026, 18:10
Tramp: Ali Məhkəmənin qərarı səlahiyyətlərimi daha da artırdı


Tramp: Ali Məhkəmənin qərarı səlahiyyətlərimi daha da artırdı

ABŞ Prezidenti Donald Trump bildirib ki, ABŞ Ali Məhkəməsinin idxal rüsumları ilə bağlı son qərarı faktiki olaraq ona əvvəlkindən daha geniş səlahiyyətlər verib.
Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib. O, Ali Məhkəmənin qərarını tənqid edərək yazıb ki, məhkəmənin “mənasız və beynəlxalq narazılıq yaradan” qərarı nəticə etibarilə prezident kimi onun səlahiyyətlərini daha da artırıb.
Trampın sözlərinə görə, bəzi xarici ölkələr uzun illər ABŞ-dən sui-istifadə edib və indi Vaşinqton həmin dövlətlərə qarşı təzyiq mexanizmi kimi ticarət lisenziyalarından yararlana bilər.
23-02-2026, 18:01
Azərbaycanla Gürcüstan parlament əlaqələrini genişləndirir


Azərbaycanla Gürcüstan parlament əlaqələrini genişləndirir

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradze ilə görüşüb.
Görüşdə üçtərəfli görüşün əhəmiyyəti vurğulanaraq, bu əməkdaşlıq formatının 2014-cü ildə Bakıda təsis edildiyi, komitələrin Azərbaycanda son iclasının isə 2022-ci ildə Şuşada keçirildiyi qeyd olunub. Spiker Sahibə Qafarova Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli münasibətlərin regionda sülhə, sabitliyə, əməkdaşlığa və iqtisadi inkişafa töhfə verdiyini bildirib.
Nikoloz Şamxaradze Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin salamlarını Milli Məclisin sədrinə çatdırıb.
Söhbət zamanı Azərbaycan və Gürcüstan arasında əlaqələrin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, bildirilib ki, regionda strateji layihələrin icrasında da ölkələrimiz arasında əməkdaşlıq uğurla davam edir. Ölkələrimiz arasında münasibətlərin parlamentlər çərçivəsində də uğurlu inkişafı qeyd olunaraq, parlament sədrləri və deputatlar arasında sıx qarşılıqlı təmasların münasibətlərimizin daha da genişlənməsində vacib rolu vurğulanb. Parlamentlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.
Spiker Sahibə Qafarova ötən ilin avqustunda Vaşinqton Zirvə Görüşündən sonra regionda yaranmış vəziyyət və yeni imkanlar barədə fikirlərini bölüşüb.
Nikoloz Şamxaradze isə Azərbaycan və Ermənistan arasında sülh prosesinin regionun hər üç ölkəsi üçün faydalı olacağını, Gürcüstanın da bu prosesi dəstəklədiyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
23-02-2026, 17:49
Nazirlik avtomobil parkına 2,4 milyon ayırdı


Nazirlik avtomobil parkına 2,4 milyon ayırdı

Azərbaycan Ordusunun avtomobil parkına xidmət üçün 2,4 milyon manatlıq tender elan edildi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi avtomobil texnikalarına texniki xidmət göstərilməsi məqsədilə genişmiqyaslı satınalma start verib.
Tenderdə orduya məxsus avtomobil texnikalara mütəmadi servis xidmətlərinin göstərilməsini nəzərdə tutulur.
Bu satınalma prosesinin yekununda qalib tərəflə uzunmüddətli əməkdaşlığı təmin edən çərçivə sazişinin imzalanması planlaşdırılır.
Satınalma üçün 2 478 612,55 (iki milyon dörd yüz yetmiş səkkiz min altı yüz on iki manat əlli beş qəpik) azn müəyyən edilib.
23-02-2026, 17:46
Tramp İranla bağlı qərar verdi


Tramp İranla bağlı qərar verdi

ABŞ Prezidenti Donald Tramp İran əleyhinə ilkin, hədəfli hərbi zərbə variantını nəzərdən keçirir və diplomatik səylər nəticəsiz qalarsa, ölkə rəhbərliyinin devrilməsinə yönəlmiş daha genişmiqyaslı əməliyyata da gedə bilər.
Bu barədə The New York Times ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, Tramp yaxın günlərdə İranı nüvə silahı istehsal imkanından imtinaya məcbur etmək üçün məhdud zərbə endirməyə meyllidir. Potensial hədəflər sırasında İranın İnqilab Keşikçiləri Korpusunun qərargahı, nüvə obyektləri və ballistik raket infrastrukturu var. Əgər bu addımlar nəticə verməzsə, ilin sonuna doğru daha geniş hərbi əməliyyat gündəmə gələ bilər. Bəzi rəsmilər isə yalnız hava zərbələri ilə məqsədə çatmağın mümkünlüyünü şübhə altına alır; xüsusi təyinatlı qüvvələrin reyd variantı əməliyyat risklərinə görə kənara qoyulub.
ABŞ və İran nümayəndələri Cenevrədə növbəti dəfə görüşməlidirlər. Omanın vasitəçiliyi ilə əvvəlki raundlar fevralın 6-da Maskatda və fevralın 17-də Cenevrədə keçirilib, üçüncü görüş fevralın 26-na planlaşdırılıb. Rəsmilər bu prosesi hərbi qarşıdurmanın qarşısını almaq üçün “son şans” kimi qiymətləndirirlər.
Tərəflər eyni zamanda gərginliyi azalda biləcək təklifi müzakirə edirlər. Həmin təşəbbüsə əsasən, İran tibbi məqsədlər üçün çox məhdud həcmdə uran zənginləşdirməsini saxlaya bilər. Lakin razılaşmanın qəbul ediləcəyi bəlli deyil. Tramp istənilən sazişin “sıfır zənginləşdirmə”ni nəzərdə tutmalı olduğunu bildirib. İranın xarici işlər naziri Abbas Əraqçi isə Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində nüvə yanacağı istehsalı hüququndan imtina etməyəcəyini deyib.
Bundan əlavə, ABŞ bölgədə hərbi mövcudluğunu artırıb: İranı vura biləcək məsafədə iki aviadaşıyıcı zərbə qrupu, qırıcılar, bombardmançılar və yanacaq dolduran təyyarələr yerləşdirilib. Mümkün zərbələr ötən həftə Ağ Evin Situasiya otağında vitse-prezident JD Vens, dövlət katibi Marko Rubio, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn və MKİ direktoru Con Retkliffin iştirakı ilə müzakirə olunub. Danışıqların əsas mövzusu İranın uranı zənginləşdirmə səviyyəsi və yüksək zənginləşdirilmiş uran ehtiyatlarıdır.
23-02-2026, 17:28
Xamenei səlahiyyətlərini ona verib - Laricani ABŞ-a təklif hazırlayıb


Xamenei səlahiyyətlərini ona verib - Laricani ABŞ-a təklif hazırlayıb

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani sabah İranın ABŞ ilə nüvə sazişi təklifini təqdim etmək üçün Omana gedəcək.
“Nyu-York Tayms” qəzeti İranın ali lideri Əli Xameneinin ABŞ-ın hərbi hücumu və daxili etirazlar təhlükəsi fonunda əsas hakimiyyət rıçaqlarını Laricaniyə təhvil verdiyini bildirib.
Qəzetin məqaləsində qeyd olunur ki, Laricani "İslam Respublikasının təhlükəsizlik və siyasi işlərində əsas ağır çəkili şəxslərdən biridir və onun rolunun gücləndirilməsi ali rəhbərliyə qarşı mümkün hücumlar və təhdidlər qarşısında rejimin sabitliyini təmin etməyə yönəlib".
Əli Laricaninin İranda təsiri son aylarda artıb: Laricani daxili təhlükəsizlik məsələlərinə, müttəfiqlərlə əməkdaşlığa nəzarət edir və Vaşinqtonla nüvə proqramı üzrə danışıqlarda iştirak edir.
23-02-2026, 17:23
Futbolçumuzun Azərbaycandan çıxışına "stop" qoyuldu


Futbolçumuzun Azərbaycandan çıxışına "stop" qoyuldu

Tanınmış futbolçu, "Turan Tovuz" komandasının formasını geyinən Rəhim Sadıxovun ölkədən çıxışı məhdudlaşdırılıb.
Bununla bağlı Gəncə Kommersiya Məhkəməsinin hakimi Əbülfəz Məmmədli qətnamə çıxarıb.
İş matertiallarından məlum olur ki, Rəhim Sadıxovun dövlət büdcəsinə borcu var. Borc vaxtında ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edib. Qurum ərizəsində borc ödənilənədək Rəhim Sadıxovun ölkədən çıxışının məhdudlaşıdırılmasını istəyib. Məhkəmə də idarənin ərizəsini təmin edib.
Qeyd edək ki, Rəhim Sadıxov 18 iyul 1996-cı ildə Rusiyanın paytaxtı Moskvada anadan olub. O, Rusiyada "Solyaris Moskva" və "Torpedo Moskva" klublarında oynayıb. 2019-cu ildə Azərbaycana gəlib və "Sumqayıt" klubuna keçib. Sonrakı illərdə "Zirə"də və yenidən "Sumqayıt"da oynayıb, 2025-ci ildə "Turan Tovuz"a keçib. O, cari mövsümdə Tovuz klubunun heyətində 23 oyuna çıxıb və bir qol vurub.
29 yaşlı yarımmüdafiəçi 2012-ci ildə Azərbaycanın U-17, 2013-cü ildə U-19 millilərinə cəlb olunub. 2020-ci ildə dəvət almağa başladığı A milli komandamızda 9 oyuna çıxıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!