Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var .....                        Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı .....                        Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı .....                        İran sənətçilərinin Bakı səfəri: Onları kimlər qarşılamışdı? .....                        Zakir Həsənov hərbi hissəni yoxladı .....                        UEFA “Qarabağ”ı cəzalandırdı .....                        Göldə boğulan 8 nəfərin cəsədi tapıldı .....                        Heyvandarlıq məhsullarının istehsalı azalıb .....                        Ordumuzun əsgəri vəfat etdi .....                       
9-02-2026, 16:34
Sahibkarlıq sahəsində yoxlamalar dayandırıldı


[b]Sahibkarlıq sahəsində yoxlamalar dayandırıldı[/b]

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılıb.
Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
9-02-2026, 16:20
Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ


Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 10-11-də ölkə ərazisində kəskin hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağıntılar, o cümlədən qar yağacağı, temperaturun xeyli enəcəyi proqnozlaşdırılır.
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb:
"Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eyni zamanda, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməli, dəm qazı təhlükəsinə qarşı diqqətli davranılmalıdır. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır".
FHN-nin məlumatında bildirilib ki, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər:
"Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur".
9-02-2026, 16:11
7600 ailənin içməli su təchizatı yaxşılaşdırılır - VİDEO


7600 ailənin içməli su təchizatı yaxşılaşdırılır - VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Bakı Sukanal İdarəsinin müvafiq struktur və bölmələri tərəfindən icra olunan işlər çərçivəsində istismar müddətini bitirmiş magistral və şəbəkə xətləri yeniləri ilə əvəzlənir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, görülən işlər çərçivəsində Hövsan, Hərbi Dənizçilik və Kənd Əhmədli ərazilərini içməli su ilə təmin edən istismar müddəti bitmiş xətlər dəyişdirilib.
Hazırda isə mərkəzi su anbarından çıxan diametri 500, 300, 150 millimetrlik polad materiallı yeni inşa olunmuş magistral xətlərin mövcud su təchizatı şəbəkəsinə qoşulması istiqamətində işlər görülür.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Su təchizatı sistemlərinin istismarı şöbəsinin müdiri Şahin İmaməliyev görülən işlər barədə məlumat verərək bildirib ki, Bakı Sukanal İdarəsinin müvafiq struktur və bölmələri tərəfindən “41 Şərq” mərkəzi su anbarı və nasos stansiyasında Xətai rayonunun bir hissəsini içməli su ilə təmin edən istismar müddətini bitirmiş daşıyıcı və şəbəkə xətlərində yenidənqurma işləri aparılır: “Yenidənqurma işləri abonentlərin xüsusən yay mövsümündə xətlərin tələbata uyğun ötürücülüyünə nail olunması, sakinlərin dayanıqlı keyfiyyətli və fasiləsiz içməli su ilə təminatına xidmət edəcək”.
Şöbə müdiri onu da əlavə etdi ki, işlər 500, 300, 150 millimetrlik daşıyıcı xətlər üzərində aparılır: “Bildiyiniz kimi bu xətlər uzun müddət istismarda olduğundan xətt üzərində tez-tez qəzalar baş verir, nəticədə içməli su təminatında müvəqqəti də olsa fasilələr yaranır. Bu halların təkrar baş verməməsi üçün qeyd olunan xətlər yenisi ilə əvəzlənir”.
İşlər tam yekunlaşdıqdan sonra Məhəmməd Hadi küçəsi, Gəncə prospekti, Zığ şosesi, Ukrayna dairəsi ətrafında yaşayan 7600 ailə dayanıqlı, fasiləsiz, keyfiyyətli su ilə təmin ediləcək.

9-02-2026, 16:01
Baş nazir kollektivə təqdim edildi


Baş nazir kollektivə təqdim edildi

Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev kollektivə təqdim edilib.
Təqdimat mərasimindən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Baş nazir Cabbar Musayev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib.
Nazirlər Kabinetinin kollektivinə təqdim edilən Baş nazir Cabbar Musayev çıxışında göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlıq edib.
Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov çıxış edərək Prezident İlham Əliyevin tapşırıqlarını diqqətə çatdırıb. Bildirib ki, Nazirlər Kabinetinin əsas vəzifəsi sosial-iqtisadi proqramların vaxtında və keyfiyyətlə icra edilməsidir. Atılan bütün addımların mərkəzində vətəndaş məmnunluğu və sosial ədalət prinsipləri dayanmalıdır.
8-02-2026, 21:38
Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs saxlanılıb


Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs saxlanılıb

Göygöldə 40 yaşlı kişini bıçaqlayaraq öldürüb dərəyə atan şəxs saxlanılıb.
Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törətməkdə şübhəli bilinən Göygöl rayon Mollacəlilli kənd sakini 41 yaşlı Rasim Quliyev saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
8-02-2026, 21:27
"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"


"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

"Mən buraya gəlmişəm ki, "Sabah" haqda suallara cavab verim. Nəyə görə daim "Qarabağ" haqda suallar verirsiniz? Bu məsələyə də münasibət bildirmək istəmirəm".
Bu sözləri "Sabah"- "Araz-Naxçıvan" matçından sonra keçirilən mətbuat konfransında Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas "Neftçi" - "Qarabağ" matçının təxirə salınması ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib.
"Qarabağ" haqda soruşmaq istəyirsinizsə, onların oyununa gedib, baş məşqçisinə sual verə bilərsiniz. "Sabah"ın oyununa gəlirsiniz və mənə "Qarabağ" haqda sual verirsiniz. Bu, haradasa hörmətsizlikdir. Siz bizə də hörmətlə yanaşın, bu ölkədə təkcə "Qarabağ" mövcud deyil, başqa komandalar da var. Mən "Qarabağ"a, gördükləri işə böyük hörmətlə yanaşıram", - deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, Misli Premyer Liqasında XIX turun ilk qarşılaşmasında "Sabah" evdə "Araz-Naxçıvan"ı 4:1 hesabla məğlub edib.
8-02-2026, 21:24
Tramp Azərbaycanı Vaşinqtona dəvət etdi


Tramp Azərbaycanı Vaşinqtona dəvət etdi

ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın ilk tammiqyaslı sammitinin 19 fevralda Vaşinqtonda keçirilməsi planlaşdırılır.
“Axios” nəşrinin məlumatına görə, tədbirə Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan liderləri dəvət olunub və rəsmi Bakının sammitdə yüksək səviyyədə təmsil olunacağı gözlənilir.
Amerikalı rəsmilər görüşü formal olaraq Qəzza sektorunun bərpası üçün humanitar vəsait toplama platforması kimi təqdim etsələr də, proses Tramp administrasiyasının müharibədən sonrakı nizamlanma üçün öz siyasi mexanizmini qurmaq cəhdi kimi qiymətləndirilir.
ABŞ-ın planına əsasən, “Sülh Şurası” Qəzzada atəşkəsə nəzarət etməli, idarəetmə və bərpa proseslərini koordinasiya etməlidir. Qeyri-rəsmi olaraq üzv ölkələr üçün təxminən 23 milyon dollarlıq “standart” töhfə, daimi üzvlük üçün isə bir milyard dollar səviyyəsində ödəniş nəzərdə tutulur.
Sammit ABŞ-ın “United States Institute of Peace” binasında keçiriləcək. Qurum yaxın vaxtlarda rəsmi şəkildə “Donald Tramp adına Sülh İnstitutu” adlandırılıb və bu addım institutun ekspert mərkəzindən siyasi brend elementinə çevrildiyi kimi dəyərləndirilir. Görüş, eyni zamanda, ABŞ-ın Qəzza planının ikinci mərhələsinin müzakirə olunduğu bir vaxta təsadüf edir.
Sammitdən bir gün əvvəl, 18 fevralda İsrailin baş naziri Benyamin Netanyahunun Donald Trampla Ağ Evdə görüşü planlaşdırılır. Bu danışıqların nəticəsinin “Sülh Şurası” təşəbbüsünün gələcək taleyinə ciddi təsir göstərə biləcəyi bildirilir. ABŞ-ın müsəlman ölkələrindən stabilləşdirici qüvvələr yaratmaq ideyasında Azərbaycanın adı çəkilsə də, rəsmi Bakı riskli hərbi missiyalarda iştirak etməyə hazır olmadığını bəyan edib.
8-02-2026, 20:40
Suriyada daşqınlar: Üç nəfər ölüb, ikisi uşaqdır


Suriyada daşqınlar: Üç nəfər ölüb, ikisi uşaqdır

Suriyanın şimal-qərbində güclü yağışların yaratdığı daşqınlar insan tələfatına yol açıb.
Latakiya, İdlib və Hama əyalətlərində müşahidə olunan intensiv yağıntılar nəticəsində biri humanitar təşkilatın könüllüsü, ikisi uşaq olmaqla üç nəfər həyatını itirib.
Suriya Qızıl Aypara Cəmiyyəti bildirib ki, Latakiyanın kənd ərazilərində xilasetmə işləri aparan könüllü əməliyyat zamanı faciəvi şəkildə ölüb. Hadisə zamanı daha dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Agentliyin yazdığına görə, Latakiyanın şimalında yerləşən Ayn-İssa bölgəsində isə daşqınlar iki uşağın ölümünə səbəb olub. Güclü yağışlar yaşayış məntəqələri ilə yanaşı, qaçqın düşərgələrinə də ciddi ziyan vurub, onlarla ailə təhlükəsizlik məqsədilə evlərindən və çadırlardan təxliyə edilib.
Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir. Sinoptiklər yağıntıların yaxın günlərdə də davam edəcəyini bildirərək, əhaliyə ehtiyatlı olmağı tövsiyə ediblər.
8-02-2026, 20:26
Əsədin son günləri: Reallıqdan qopmuş, videooyunlara aludə lider


Əsədin son günləri: Reallıqdan qopmuş, videooyunlara aludə lider

ABŞ-ın "The Atlantic" jurnalı Suriyanın keçmiş prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsinin son günlərinə dair geniş araşdırma yayımlayıb.
Məqalənin müəllifi, jurnalist Robert Uort yazını onlarla mənbə, keçmiş yüksəkvəzifəli suriyalı məmurlar, prezident sarayının ətrafı, “Hizbullah” nümayəndələri və israilli sabiq təhlükəsizlik rəsmiləri ilə söhbətlər əsasında hazırlayıb.
Yazıda bildirilir ki, 2024-cü il dekabrın 7-də üsyançı qüvvələr Dəməşqi mühasirəyə alarkən Əsəd yaxın çevrəsini sakitləşdirir, qələbənin yaxın olduğunu deyirdi. Lakin az sonra o, demək olar ki, heç kəsə xəbər vermədən Rusiya təyyarəsi ilə gecə vaxtı ölkəni tərk edib. Bu addım onun tərəfdarları arasında “xəyanət” kimi qiymətləndirilib və bir çox yaxın adamı Suriyanı tələsik yollarla tərk etməyə məcbur olub.
Uortun mənbələri Əsədi “reallıqdan qopmuş, seks və videooyunlara aludə, təkəbbürlü lider” kimi təsvir edirlər. Məqalədə vurğulanır ki, region ölkələri son günlərdə ona müxtəlif siyasi razılaşmalar təklif etsələr də, Əsəd prezident postunu tərk etməyi nəzərdə tutan bu çağırışlara cavab verməyib. Müəllif bunu Əsədin 2015-ci ildə Rusiya prezidenti Vladimir Putinin hərbi müdaxiləsi ilə hakimiyyətdə qalmasından sonra yaranan saxta güvən hissi ilə əlaqələndirir.
Araşdırmada qeyd olunur ki, Suriyanın iqtisadiyyatı faktiki olaraq çökmüş, ölkənin suverenliyi isə qismən Rusiya və İranın təsiri altına düşmüşdü. Əsədin Hizbullah lideri Həsən Nəsrullaha və “müqavimət oxu”nun İsrailə həlledici zərbə vuracağına dair təbliğata həddindən artıq inanması da onun yanlış hesablamaları sırasında göstərilir.
Məqalədə Əsədin yaxın müşaviri Luna əş-Şibl barədə də qalmaqallı iddialar yer alır. Bildirilir ki, o, Əsədin qeyri-rəsmi sevgilisi olub və 2024-cü ilin yayında şübhəli şəraitdə ölü tapılıb. Uort, israilli sabiq məmura istinadən, əş-Şiblin eyni zamanda Rusiya üçün məlumat ötürə biləcəyini yazır.
Yazıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Əsədi siyasi barışığa və qaçqınların geri dönüşünə imkan verən danışıqlara çağırdığı, lakin Dəməşqin bu təklifləri rədd etdiyi də xatırladılır. Digər mənbələr, o cümlədən Reuters, Əsədin qaçışdan əvvəl yüz minlərlə dollar nağd pul və məxfi materialları ölkədən çıxardığını bildirir.
8-02-2026, 20:17
Gəncədə iki avtomobil toqquşdu, piyada xəsarət aldı


Gəncədə iki avtomobil toqquşdu, piyada xəsarət aldı

Gəncədə iki avtomobil toqquşub, piyada xəsarət alıb.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Niva” ilə digər minik avtomobili toqquşub. Qəzadan sonra avtomobillərdən biri yolun kənarında dayanan piyadanı vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!