“TARİXÇEYİ-NÖVRƏS” ORXAN İSAYEVİN TƏQDİMATINDA .....                        Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                       
18-02-2026, 22:40
Azərbaycanda yeni dövlət qurumu yaradıldı


Azərbaycanda yeni dövlət qurumu yaradıldı

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılaraq, onun əsasnaməsi təsdiq edilib.
Sözügedən agentliyin yaradılması barədə qərar fevralın 18-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclası zamanı qəbul olunub.
Bundan başqa nazirliyin və strukturuna daxil olan digər qurumların əsasnamələrinə yeni səlahiyyətlərin əks etdirilməsi üçün müvafiq dəyişikliklər edilib.
18-02-2026, 19:14
Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq


Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq

Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək. Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı ehtimalı var.
18-02-2026, 18:58
On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI


On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI

Göygöldə 10 şagirdin zəhərləndiyi məktəbin bufeti bağlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Qeyd olunub ki, Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən rayonun Aşıqlı kənd məktəbinin daxilində fəaliyyət göstərən bufetdə plandankənar yoxlama keçirilib.
"Satılan məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb. Bufetin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb", - deyə məlumatda vurğulanıb.
18-02-2026, 18:41
İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR


İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR

ABŞ-ın İrana qarşı hərbi əməliyyata başlama ehtimalı 90 faiz qiymətləndirilir.
Bu barədə "Axios" nəşri Ağ Evdəki anonim mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ yaxın həftələrdə İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlaya bilər. Ağ Ev daxilində bəzi rəsmilər ABŞ prezidenti Donald Trampı belə addımdan çəkindirməyə çalışsalar da, ehtimal yüksək qiymətləndirilir. Bildirilir ki, son 24 saat ərzində ABŞ Yaxın Şərqə 50 ədəd F-35, F-22 və F-16 qırıcı təyyarəsi göndərib.
Nəşrin yazdığına görə, mümkün əməliyyat bir neçə həftə davam edə və miqyasına görə tammiqyaslı müharibəyə bənzəyə bilər. Bu, son on ildə ABŞ-ın Yaxın Şərqdə ən böyük hərbi müdaxiləsi ola bilər.
Mənbələr əməliyyatda İsrailin də iştirak edə biləcəyini istisna etmirlər. İsrailli iki rəsmi ölkənin yaxın günlərdə müharibəyə hazırlaşdığını bildirib. Qeyd olunur ki, mümkün zərbələrin nəticələri 2025-ci ilin iyununda ABŞ və İsrailin İranın nüvə obyektlərinə qarşı keçirdiyi əməliyyatdan daha geniş və ciddi ola bilər.
Xatırladaq ki, fevralın 17-də İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə keçirilən danışıqların ikinci raundu başa çatıb. Hər iki tərəf müəyyən irəliləyiş olduğunu bildirsə də, ABŞ rəsmiləri Vaşinqtonla Tehran arasında fikir ayrılıqlarının aradan qaldırılmasının çətin olacağını vurğulayıblar.
18-02-2026, 18:32
Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi


Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi

"Cenevrədə Rusiya və ABŞ-la aparılan danışıqlar asan olmasa da, onların keçirilməsi vacib idi".
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kiril Budanov danışıqların yekunlarına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Ukrayna nümayəndə heyəti yaxın vaxtlarda növbəti mərhələyə hazırlaşır.
Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni mərhələsi 17–18 fevral tarixlərində Cenevrədə keçirilib.
18-02-2026, 18:18
Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur


Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur

Müdafiə Nazirliyi (MN) Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Tağıyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Bakı Hərbi Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihamda qeyd olunub ki, Ruhin Tağıyev xidməti vəzifəsinin icrası zamanı bəzi hərbi qulluqçuların İkinci Qarabağ müharibəsi zamanı xəsarət almaları ilə bağlı sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib və onlara əlillik dərəcəsinin verilməsi üçün arayış təqdim edib.
İttihama görə, o, bu arayışların verilməsi üçün Kənan Cabbarovdan 6, Sərvər Eyvazovdan 6, Tural İbrahimovdan 3, Ədalət Seyidovdan 7 və Zeynalabdin Məmmədovdan 5 min manat rüşvət qismində pul alıb.
Bundan əlavə, o, Hərbi Tibb Məntəqəsində işləyən Nərgiz Hümbətovaya iş müqaviləsinin uzadılması barədə vəd verib və bu işin görülməsi üçün ondan 1 500 manat almaqda ittiham olunub.
Ruhin Tağıyev ittihama münasibət bildirərək özünü təqsirli bilməyib.
O deyib ki, məhkəmədə ifadə verən zaman günahsız olmasını sübut edəcək, bununla bağlı sənədlər təqdim edəcək.
Prosesdə Ruhin Tağıyev mətbuat nümayəndələrinin məhkəmə iclaslarında iştirakına etiraz edib. Təqsirləndirilən şəxsin vəkilləri də onunla razılaşıblar.
Prosesə sədrlik edən hakim isə deyib ki, məhkəmə iclasları ya qapalı, ya da açıq formada olur:
"Açıq məhkəmə iclasından mətbuat nümayəndələrinin hansı qanunla çıxarılmasını təmin edək?"
Təqsirləndirilən şəxsin vəkili əvvəlcə məhkəmənin açıq keçirilməsini, amma mətbuat nümayəndələrinin zala buraxılmamasını istəyib.
Hakim isə belə bir halın qanunvericilikdə mövcud olmadığını deyib.
Bundan sonra təqsirləndirilən şəxs məhkəmənin qapalı keçirilməsini istəyib.
Hakim isə müdafiə tərəfinin diqqətinə çatdırıb ki, təqsirləndirilən şəxslə müdafiəçilərinin fikirlərində ziddiyyət var.
Sonda təqsirləndirilən şəxs vəkilləri ilə prosesin qapalı keçirilməsi barədə razılığa gəliblər.
Hakim heyəti də prosesin qapalı keçirilməsinə qərar verib.
Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin olunub.
Qeyd edək ki, Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Zeyid oğlu Tağıyevin barəsində Müdafiə Nazirliyindən daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.
İstintaq materiallarında qeyd olunub ki, Ruhin Tağıyev 2021-23-cü illərdə sözügedən vəzifələrdə işləyərkən ona müraciət edən hərbi qulluqçuların adlarını ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edib.
Bununla o, hərbi qulluqçuların xəsarət almaları haqqında arayışların verilməsi müqabilində bir neçə şəxsdən külli miqdarda pulu rüşvət qismində almaqda, habelə hərbi qulluqçuların şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində isə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq nüfuz alverində təqsirli bilinib.
Ruhin Tağıyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.
Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Rəsmi məlumatda qeyd olunub ki, oxşar xarakterli əməllərin törədilməsində iştirak edən digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılıb.
18-02-2026, 18:13
"Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir


"Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir

"2026-cı il fevralın 17-də "Amnesty International" təşkilatı Azərbaycan məhkəməsinin erməniəsilli şəxslər barədə çıxardığı hökm barədə tamamilə əsassız, böhtan xarakterli açıqlama ilə çıxış etmişdir".
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda deyilir:
"İlk öncə vurğulamaq istərdik ki, Qərbi Azərbaycan İcması müxtəlif vaxtlarda "Amnesty International" təşkilatına Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına kömək etməsi xahişi ilə müraciət etmişdi. Lakin təşkilat olduqca mücərrəd cavab verərək ədaləti dəstəkləməkdən boyun qaçırmışdır.
17 fevral açıqlaması ilə "Amnesty International" bu mücərrəd cavabın səbəblərini bir daha göstərmişdir. "Amnesty International" özünün kağız üstündə bəyan etdiyi nəcib dəyərlərə xəyanət edərək işğalçının, etnik təmizləmə, bir həftə sonra 34-cü ildönümü anılacaq Xocalı soyqırımını törədən canilərin yanında olduğunu, insan haqlarına, insan iztirablarına, humanitar fəlakətlərə yalnız siyasi prizmadan yanaşdığını nümayiş etdirmişdir.
"Amnesty International" belə saxtakar mövqeyi ilə bu gün dünyada beynəlxalq təsisatlara etibarın kəskin şəkildə zədələnməsinə öz "töhfəsi"ni verməkdədir".

18-02-2026, 17:53
Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq


Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 17 fevral tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu ilə gündəlik səfərlər üçün Ləki stansiyasından transferin də daxil edildiyi vahid biletin satışına başlayıb.
Belə ki, bu marşrut üzrə saytımızdan və ya “ADY Mobile” tətbiqindən bilet əldə edərkən transferli vahid bilet təklif olunacaq:
Bakı–Qazax–Bakı reysi ilə Ləki stansiyasına qədər hərəkət;
Ləki stansiyasından isə Gəncə–Qəbələ–Gəncə reysi ilə Qəbələ istiqamətində səfər.
Qeyd edək ki, Bakı-Qəbələ-Bakı marşrutu ilə həftəsonu səfərlər üçün həm də standart bilet seçimi etmək olar.
18-02-2026, 17:41
İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi


İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi

Nəriman Əliməmməd oğlu Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə təltif edilib.
18-02-2026, 17:33
Prezidentlə Birinci xanım Nəriman Həsənzadəni təbrik etdi


Prezidentlə Birinci xanım Nəriman Həsənzadəni təbrik etdi

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadəyə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:

"Hörmətli Nəriman Həsənzadə!

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 95 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı arzulayırıq.
Siz milli ədəbiyyatın çoxəsrlik parlaq ənənələrinə sadiq qalaraq, özünəməxsus ifadə tərzi və dəst-xəttinizlə xalqımızın poetik fikir xəzinəsinə dəyərli töhfələr bəxş etmiş söz ustasısınız. Ötən əsrin 50-ci illərində poeziya aləminə qədəm qoyduğunuz ilk vaxtlardan ədəbiyyatımıza yeni nəfəs gətirərək, geniş oxucu auditoriyasının xüsusi rəğbətini qazanmısınız.
Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən əsərləriniz Sizi həmişə ədəbi prosesin ön mövqelərində saxlamışdır. Həzinliyi və səmimiliyi, dil səlisliyi, axıcılığı və təbiiliyi ilə seçilən şeirlərinizdə müasirlərimizin hiss və düşüncələri öz dolğun bədii ifadəsini tapmışdır. Xalqın yaddaşının poeziyadakı əksi olan poema və mənzum pyeslərinizdə keçmişimizin uzaq və yaxın dövrlərinin taleyüklü mühüm hadisələrini və böyük şəxsiyyətləri tarixi həqiqətlər işığında dərin vətənpərvərlik və milli dövlətçilik ruhunda canlandırmısınız. Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını tərənnüm edən bu əsərlər teatr səhnələrində uğurla tamaşaya qoyulmuşdur.
Ədəbi şəxsiyyətinizlə vəhdətdə alim, pedaqoq və ictimai xadim kimi səmərəli fəaliyyətiniz Vətənə və xalqa ləyaqətlə xidmətin bariz nümunəsidir.
İnanırıq ki, milli məfkurəyə sədaqət və mənəvi saflıq aşılayan yaradıcılığınız gənc nəslin milli mənlik şüurunun formalaşmasında bundan sonra da əhəmiyyətli rol oynayacaqdır".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!