Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var .....                        Paşinyana kilsədə hücum oldu, saxlanılanlar var .....                        İran İsrailin kimya zavodunu vurdu .....                        "Qarabağ" xanım azarkeşləri üçün girişi pulsuz etdi .....                        CNN: İranla bağlı dördtərəfli danışıqlar başlayıb .....                        Tudor klubdan ayrıldı .....                        Rusiyanın Baltik dənizindəki neft terminalına zərbə .....                        3 nəfərin ölümünə səbəb olan klinika rəhbəri - Həbsdə qaldı .....                        Bu ərazidə 3 gündür istilik yoxdur .....                       
1-03-2026, 15:21
Putin Pezeşkiana başsağlığı verdi


Putin Pezeşkiana başsağlığı verdi

Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkiana başsağlığı verib.
Putin İran İslam Respublikasının Ali Lideri Seyid Əli Xameneinin sui-qəsd nəticəsində öldürülməsi ilə əlaqədar dərin kədər hissi keçirdiyini deyib.
1-03-2026, 15:03
53 vətəndaşımız İrandan təxliyə edildi


53 vətəndaşımız İrandan təxliyə edildi

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının "Astara" sərhəd-keçid məntəqəsindən təxliyəsi davam edir.
fevral saat 08:00-dan 1 mart 14:00-dək Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib.
İrandan Azərbaycana 18 Səudiyyə Ərəbistanı vətəndaşı, Tacikistanın 5, İordaniyanın 4, Qətərin 3, İtaliyanın isə 1 vətəndaşının təhlükəsiz keçidi təmin olunub.
Məlumat üçün bildirək ki, İrandan Azərbaycana 10 nəfərdən çox Çin vətəndaşının da təxliyəsi gözlənilir. Onlardan üçünün keçidi artıq həyata keçirilib.
1-03-2026, 14:55
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur


Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur

Çinin üç vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.
ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam etdirilir.
Qeyd edək ki, İrandan Azərbaycana təxliyə olunacaq Çin vətəndaşlarının ümumi sayının 10 nəfərdən çox olacağı gözlənilir.
1-03-2026, 14:51
İranda minlərlə hədəfi vuracağıq - Netanyahu


İranda minlərlə hədəfi vuracağıq - Netanyahu

İsrail yaxın günlərdə İranda minlərlə hədəfə silsilə zərbələr endirməyi planlaşdırır.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu "X" sosial şəbəkəsində yazıb.
Netanyahu həmçinin İran sakinlərini hakimiyyəti devirmək üçün küçələrə çıxmağa çağırıb.
"Bu qədər müddət gözlədiyiniz yardım indi gəlib. Tarixi missiya naminə birləşməyin vaxtı çatıb", - İsrailin Baş naziri vurğulayıb.
1-03-2026, 14:36
Azərbaycan və İran XİN başçıları telefonla danışdı


Azərbaycan və İran XİN başçıları telefonla danışdı

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, telefon danışığı zamanı, İranda hərbi əməliyyarlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub.
İran İslam Respublikasının xarici işlər naziri cari vəziyyət və atılan addımlar barədə məlumat verib.
Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.
Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.
Bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1-03-2026, 14:33
Xameneinin yerinə o təyin olundu


Xameneinin yerinə o təyin olundu

Ayətullah Əli Rza Arafi İran Ali Liderinin səlahiyyətlərini müvəqqəti icra edəcək.
Bu gün Ekspertlər Şurasının iclasında Müvəqqəti Rəhbərlik Şurasının daha bir üzvü müəyyənləşib.
Ekspertlər Şurasının iclasında ayətullah Əli Rza Arafi Müvəqqəti Rəhbərlik Şurasının üzvü seçilib. Ayətullah Əli Rza Arafi müvəqqəti Ali Liderin səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, Şuranın tərkibinə prezident, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olmalı idi.
1-03-2026, 14:19
Xamenei kim idi - DOSYE


Xamenei kim idi - DOSYE

1979-cu ildə baş verən İran İslam İnqilabı sonrasında formalaşan teokratik siyasi sistemin ikinci ali rəhbəri olan Ayətullah Əli Xamenei 1989-cu ildən etibarən İran İslam Respublikasının ali lideri vəzifəsini icra edirdi. O, inqilabın banisi Ayətullah Ruhullah Xomeyninin vəfatından sonra bu posta seçilmişdi.
İndiki iranlı gənclərin demək olar ki, hamısı yalnız onun rəhbərliyi altında yaşayıb. Bu fakt təkcə siyasi deyil, həm də sosial-mədəni reallıqdır: bütöv bir nəsil Xamenei dövrünün diskursu, təhlükəsizlik siyasəti və ideoloji çərçivəsi ilə formalaşıb.

Hakimiyyət strukturu və səlahiyyətləri

İranın siyasi sistemi formal olaraq prezident, parlament və məhkəmə hakimiyyətindən ibarət olsa da, ali lider institutu bu strukturların üzərində dayanır. Xamenei dövlət siyasətinə veto hüququna malik idi, silahlı qüvvələrin baş komandanı sayılırdı və İslam İnqilabı Keşikçiləri Korpusu daxil olmaqla bütün təhlükəsizlik aparatına nəzarət edirdi.
O, həmçinin məhkəmə rəhbərliyinin, dövlət mediasının və mühüm strateji qurumların rəhbərlərini təyin etmək səlahiyyətinə sahib idi. Bu çərçivədə onun hakimiyyəti faktiki olaraq qeyri-məhdud xarakter daşıyırdı.

Uşaqlıq və dini formalaşma

Əli Xamenei 1939-cu ildə İranın ikinci böyük şəhəri olan Məşhəddə anadan olub. Səkkiz uşaqlı ailənin ikinci övladı idi. Atası orta səviyyəli şiə ruhanisi olub.
O, kiçik yaşlarından “Quran” təhsili alıb və 11 yaşında dini təhsil yoluna qədəm qoyub. Lakin onun formalaşması yalnız dini müstəvidə olmayıb. Dövrün bir çox ruhaniləri kimi, o da dini kimliklə siyasi mövqeni birləşdirən xətt üzrə hərəkət edib.

Şaha qarşı mübarizə və həbs illəri

Xamenei İran şahına qarşı müxalifət hərəkatında fəal iştirak edib. Cəlbedici natiq kimi tanınıb və dini çıxışları siyasi çağırışlarla birləşdirib.
Şahın gizli polisi tərəfindən altı dəfə həbs edilib, işgəncələrə məruz qalıb və sürgünə göndərilib. Bu dövr onun siyasi kimliyinin möhkəmlənməsində mühüm rol oynayıb.

İnqilabdan sonra yüksəliş

1979-cu il inqilabından sonra Xamenei sürətlə siyasi elitanın ön sıralarına yüksəldi. 1980-ci ildə Xomeyni tərəfindən Tehranda cümə xütbələri oxumaq tapşırıldı. 1981-ci ildə İran prezidenti seçildi.
1980-ci illərdə sui-qəsd cəhdindən sonra sağ qolunu itirdi. 1989-cu ildə Xomeyninin vəfatından sonra Ekspertlər Şurası tərəfindən ali lider təyin edildi və bu postu 2026-cı ilə qədər icra etdi.
Tehranda sadə iqamətgahda yaşadığı, xaricə az səfər etdiyi bildirilirdi. Gəncliyində siqaret çəkməsi kimi şəxsi detalları da mediada yer alıb.

Ailəsi və övladları

Xamenei həyat yoldaşı Mensure Hocasete Bakırzadə ilə ailə qurub. Dörd oğul, iki qız atası idi. Ailə ümumilikdə mediadan uzaq həyat sürüb.

Müctəba Xamenei

Oğullarının ən tanınmışı Müctəbadır. İran elitasının təhsil aldığı Ələvi liseyində oxuyub. 30 yaşında Qumdakı mədrəsədə dini təhsilə başlayıb.
2000-ci illərdən etibarən onun siyasi təsiri ilə bağlı iddialar artıb. 2004-cü il prezident seçkilərindən sonra adı tez-tez hallanıb. Mehdi Kərrubi onu açıq məktubunda Mahmud Əhmədinejadın xeyrinə müdaxilədə ittiham etmişdi.
Bəzi təhlillərə görə, Müctəba potensial varis kimi nəzərdən keçirilirdi. Rəsmi dairələr bunu təkzib etsə də, onun ali lider ofisində ciddi nüfuza malik olduğu bildirilirdi.

Digər oğulları

Mustafa Xamenei İran-İraq müharibəsində ön cəbhədə xidmət edib.
Məsud Xamenei daha çox atasının əsərlərinin arxivləşdirilməsi və nəşri ilə məşğul olub. O, Xameneinin tərcümeyi-halının və xatirələrinin hazırlanmasına cavabdeh idi.
Meysem Xamenei də dini fəaliyyətlə məşğul olub və ailənin nəşr işlərində iştirak edib.

Qızları

Buşra və Hoda haqqında ictimai məlumat azdır. Hər ikisi inqilabdan sonra doğulub və akademik-dini çevrələrlə ailə bağları qurublar.

Ölümü

28 fevral 2026-cı ildə ABŞ və İsrailin İrana hərbi müdaxiləsi nəticəsində Əli Xamenei öldürülüb. Bu məlumat İran Dövlət Televiziyası tərəfindən təsdiqlənib.
Onun ölümü İranın siyasi sistemində ciddi dönüş nöqtəsi hesab olunur. Çünki ali lider institutu təkcə siyasi deyil, həm də ideoloji mərkəzdir. Bu postun gələcək sahibi ölkənin daxili sabitliyi, regional siyasəti və beynəlxalq münasibətləri üçün həlledici olacaq.
1-03-2026, 14:02
İran Hörmüz boğazını açdı


İran Hörmüz boğazını açdı

İran hökuməti strateji əhəmiyyətli Hörmüz boğazından gəmilərin tranzitini icazə verəcək.
Bu barədə İran Ali Məsləhət Orqanın katibi bildirib.
Qeyd edilib ki, ABŞ hərbi gəmiləri isə hələ də İranın hücumları üçün qanuni hədəflər olaraq qalır.
1-03-2026, 13:53
Bu ölkələrin vətəndaşları Azərbaycana təxliyə olundular


Bu ölkələrin vətəndaşları Azərbaycana təxliyə olundular

İrandan 3 nəfər Banqladeş, 3 nəfər Qətər və 1 nəfər Pakistan vətəndaşı həmin ölkədəki vəziyyətlə əlaqədar "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə olunub.
Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.
İordaniya Krallığının diplomatik nümayəndəliyinin 4 nəfər üzvünün təxliyəsi həyata keçirilir.
Qeyd edək ki, daha əvvəl Tacikistan, İtaliya vətəndaşları, Səudiyyə Ərəbistanının diplomatları Azərbaycana təxliyə edilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
1-03-2026, 13:42
Xameneinin ölümünə görə qisas alacağıq - Pezeşkian


Xameneinin ölümünə görə qisas alacağıq - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian Ali Lider Əli Xameneinin ölümünə görə qisas alacaqlarını bildirib.
Bu barədə İran mediası məlumat yayıb.
İran Prezidenti bildirib ki, Əli Xameneinin öldürülməsinə görə qisas almaq və cinayətin təşkilatçılarını cəzalandırmaq həm ölkənin borcu, həm də qanuni haqqıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!