Belarusun müdafiə naziri azərbaycanlı həmkarına zəng etdi .....                        “Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu .....                        “Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum oldu .....                        Azərbaycan-İran sərhədində yük maşınlarının hərəkətinə icazə verildi .....                        Tramp İrandan kapitulyasiya tələb etdi: "Heç bir razılaşma olmayacaq" .....                        Prezident Azərbaycan qadınlarını təbrik etdi .....                        Milli Məclisin Komissiyası Naxçıvanla bağlı bəyanat qəbul etdi .....                        Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət etdi .....                        Azərbaycanın İranla sərhədə hərbi texnika yığması dezinformasiyadır - MEDİA .....                       
Dünən, 17:26
Ağsaqqallar Şurası İranı üzr istəməyə çağırdı


Ağsaqqallar Şurası İranı üzr istəməyə çağırdı

İran İslam Respublikası tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə pilotsuz uçuş aparatları vasitəsilə edilmiş hücumlarla bağlı Azərbaycan Ağsaqqallar Şurası bəyanat yayıb.

Bəyanatda deyilir:

"Martın 5-də İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə – xüsusilə Naxçıvan Beynəlxalq Hava Limanına, orta təhsil məktəbinə və digər mülki infrastruktura qarşı hücum aktlarının həyata keçirilməsi bütün Azərbaycan ictimaiyyəti kimi, Azərbaycan Ağsaqqallar Şurasının üzvlərində də ciddi narahatlıq və dərin hiddət doğurmuşdur. Bu hadisə beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə, habelə dövlətlərarası münasibətlərin fundamental qaydalarına açıq şəkildə zidd olan son dərəcə təhlükəli və qəbuledilməz addımdır.
Azərbaycan Ağsaqqallar Şurası bu xain hücum aktını qətiyyətlə pisləyir və onu müstəqil Azərbaycan dövlətinə qarşı yönəlmiş növbəti təxribat kimi qiymətləndirir. Mülki obyektlərin – beynəlxalq hava limanının, təhsil müəssisələrinin və digər mülki infrastrukturun hədəfə alınması terror xarakterli əməl olmaqla, dövlətimizə, eləcə də insanlıq və beynəlxalq hüquq prinsiplərinə qarşı bağışlanmaz cinayətdir. Təəssüf hissi ilə qeyd edirik ki, bu hadisə İran tərəfindən Azərbaycana qarşı yönəlmiş ilk düşmənçilik addımı deyil. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı nəticəsində səfirliyin işçisi həlak olmuş, digər əməkdaş isə ağır yaralanmışdır. Bu kimi hadisələr regionda sülhə, qarşılıqlı etimada və dövlətlərarası münasibətlərin sağlam məcrada inkişafına sarsıdıcı zərbə vurur.
Azərbaycan Ağsaqqallar Şurası bəyan edir ki, Azərbaycan dövləti hər zaman qonşu ölkələrlə mehriban münasibətlər qurmaq, qarşılıqlı hörmət və etimad mühitində əməkdaşlıq etmək prinsipinə sadiq qalmışdır. Dövlətimizin həyata keçirdiyi siyasət regionda sabitliyin möhkəmlənməsinə, təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət etmişdir. Azərbaycan heç vaxt öz ərazisinin başqa dövlətlərə qarşı istifadə edilməsinə imkan verməmiş və bundan sonra da verməyəcəkdir.
Bununla yanaşı, Azərbaycan Ağsaqqallar Şurası bildirir ki, müstəqil Azərbaycan dövləti öz suverenliyinin, ərazi bütövlüyünün və vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məsələsində qətiyyətlidir. Azərbaycan xalqı tarix boyu olduğu kimi, bu gün də öz dövlətinin ətrafında sıx birləşərək istənilən təhdidə qarşı sarsılmaz iradə nümayiş etdirməyə qadirdir. Biz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu məsələ ilə bağlı qətiyyətli mövqeyini tam dəstəkləyir, dövlətimizin atdığı bütün siyasi, diplomatik və hüquqi addımları yüksək dəyərləndiririk. Azərbaycan Silahlı Qüvvələrinin və dövlət təhlükəsizlik strukturlarının ölkəmizin təhlükəsizliyinin qorunması istiqamətində gördüyü tədbirlərə inamımız tamdır.
Azərbaycan Ağsaqqallar Şurası İran İslam Respublikasını bu hücum aktına görə məsuliyyət daşıyan şəxslərin dərhal müəyyən edilərək məsuliyyətə cəlb olunmasını təmin etməyə, Azərbaycan dövlətinə rəsmi izahat verməyə və üzr istəməyə çağırır. Eyni zamanda, ölkəmizə qarşı aparılan qərəzli təbliğat kampaniyasına və bütün təxribat cəhdlərinə birmənalı şəkildə son qoyulmalıdır. Biz əminik ki, Azərbaycan xalqı öz dövlətinin gücünə, milli birliyinə və qətiyyətinə arxalanaraq bütün çətinliklərin öhdəsindən gələcək, ölkəmizin təhlükəsizliyi və milli maraqları bundan sonra da etibarlı şəkildə qorunacaqdır. Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin müstəqilliyinin, suverenliyinin və dövlətçiliyinin qorunması naminə hər zaman xalqımızın və dövlətimizin yanında olduğunu bir daha bəyan edir".
Dünən, 17:10
Hakan Fidan Mirzoyanla nələri müzakirə etdi?


Hakan Fidan Mirzoyanla nələri müzakirə etdi?

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı nazirlər Yaxın Şərqdəki hadisələri müzakirə ediblər və vəziyyətin davamlı olaraq gərginləşməsindən narahatlıqlarını ifadə ediblər.
Ermənistan və Türkiyə xarici işlər nazirləri regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının vacibliyini vurğulayıb.
Dünən, 17:02
Ərəb ölkələri müharibənin bitməsini istəyir - yoxsa neft 150 dollar olacaq


Ərəb ölkələri müharibənin bitməsini istəyir - yoxsa neft 150 dollar olacaq

Qətər Yaxın Şərqdəki müharibənin neftin qiymətinin bir barel üçün 150 dollara yüksəlməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Qətər hakimiyyəti hesab edir ki, ABŞ və İsrail İrana qarşı müharibəni dayandırmasa, Körfəzindəki bütün enerji istehsalçıları tezliklə ixracı dayandıracaqlar. Qətərin enerji naziri və QatarEnergy şirkətinin baş direktoru Səd əl-Kaabi bunu Financial Times qəzetinə verdiyi müsahibədə bildirib.
"Əgər bu müharibə daha bir neçə həftə davam edərsə, bu, dünya miqyasında ÜDM-in artımına təsir edəcək", - Kaabi deyib.
Nazirin sözlərinə görə, tankerlər qlobal neft ixracının ən vacib yolu olan Hörmüz boğazından keçə bilməsə, qlobal neft qiymətləri cəmi iki-üç həftə ərzində bir barel üçün 150 dollara yüksələ bilər.
O əlavə edib ki, müharibə indi bitsə belə, Qətərin normal təchizat dövrünə qayıtması bir neçə həftədən bir neçə aya qədər vaxt aparacaq.
Dünən, 16:59
Azərbaycan 40 ölkəyə təşəkkür etdi - Ermənistanın da adı var


Azərbaycan 40 ölkəyə təşəkkür etdi - Ermənistanın da adı var

"İranın Azərbaycan ərazisinə qarşı həyata keçirdiyi dron hücumlarından sonra beynəlxalq tərəfdaşlardan daxil olan dəstək bəyanatları, məktublar və telefon zənglərinə görə səmimi təşəkkürümüzü bildiririk".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
“Azərbaycanla göstərilən həmrəyliyi, eləcə də ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəyin açıq şəkildə bir daha təsdiqlənməsini yüksək qiymətləndiririk.
Bu dövrdə Azərbaycanla həmrəy olduqları üçün bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edir, onların davamlı dəstəyini və əməkdaşlığını yüksək dəyərləndiririk”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, XİN-in təşəkkür etdiyi ölkələrin siyahısına Ermənistan da daxildir.
Dünən, 16:51
Yaponiya yenidən Bakıdakı konsulluq şöbəsini bağlayır


Yaponiya yenidən Bakıdakı konsulluq şöbəsini bağlayır

Orta Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin konsulluq şöbəsi martın 10-dan 13-dək müvəqqəti fəaliyyət göstərməyəcək.
Bu barədə səfirliyin yaydığı məlumatda bildirilib.
Bildirilir ki, martın 9-u Azərbaycanda qeyri-iş günü elan edildiyi üçün həmin gün səfirlikdə də qeyri-iş günü olacaq.
Qeyd edək ki, bununla da ABŞ-İsrailin İrana zərbələr endirməsindən sonra Yaponiya səfirliyi ölkəmizdə fəaliyyətini ikinci dəfə müvəqqəti dayandırır.
Dünən, 16:48
Ceyhun Bayramov daha bir nazirlə Naxçıvanı müzakirə etdi


Ceyhun Bayramov daha bir nazirlə Naxçıvanı müzakirə etdi

6 mart tarixində Belarusun xarici işlər naziri Maksim Rıjenkov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə XİN-dən məlumat verilib.
Qeyd edilib ki, telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Hərbi eskalasiya ilə bağlı narahatlıq ifadə olunaraq, gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov Belarus həmkarını 5 mart tarixində İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumları barədə məlumatlandırıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Dünən, 16:41
Naxçıvan-İğdır marşrutu üçün xüsusi avtobuslar ayrılıb


Naxçıvan-İğdır marşrutu üçün xüsusi avtobuslar ayrılıb

Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi avtobuslarla həyata keçirilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlum olduğu kimi, Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur. Sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir.
Belə ki, Naxçıvan Avtovağzalından İğdır hava limanı və əks istiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.
İki gün ərzində ümumilikdə 11 reys həyata keçirilib, 450 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb. Belə ki, martın 5-də Naxçıvandan İğdıra 4 reyslə 162, İğdırdan Naxçıvana isə 3 reyslə 98 nəfərin daşınması həyata keçirilib. Martın 6-da isə Naxçıvandan İğdıra 4 reyslə 190 nəfər daşınıb. Proses davam etdirilir.


Dünən, 16:19
İsrail Xamenei üçün tikilmiş bunkeri məhv etdi


İsrail Xamenei üçün tikilmiş bunkeri məhv etdi

İsrail Müdafiə Qüvvələri (İDQ) Tehranda Xameneinin yeraltı bunkerinə zərbə endirildiyini bildirib.
İsrail Müdafiə Qüvvələrindən verilən məlumatada bunkerə 50 qırıcı təyyarə ilə zərbələr endirildiyi qeyd edilib.
İDQ-nin məlumatına görə, İranın Ali Lideri tərəfindən təhlükəsiz təcili komandanlıq mərkəzi kimi istifadə üçün nəzərdə tutulan yeraltı hərbi bunker paytaxtın mərkəzindəki rejim rəhbərliyi kompleksinin altında yerləşirdirilibmiş.
O da əlavə edilib ki, Əli Xamenei "Aslanın nəriltisi" əməliyyatı zamanı bunkerdən istifadə etməzdən əvvəl öldürülsə də, İran rejiminin yüksək vəzifəli şəxsləri kompleksdən istifadə etməyə davam ediblər.

Dünən, 16:14
Finladiya bizi təhdid edib, cavab verəcəyik - Kreml


Finladiya bizi təhdid edib, cavab verəcəyik - Kreml

Finlandiya Rusiyanı təhdid edir.
Bu barədə jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib.
"Finlandiya müdafiə naziri Antti Hakkanen 1980-ci ildən bəri qüvvədə olan nüvə silahı qadağasını yumşaltmağı və nüvə silahının idxalına icazə verməyi planlaşdırdıqlarını deyib. Bu cür bəyanatlar Avropa qitəsində gərginliyin artmasına gətirib çıxarır. Finlandiya bizi öz ərazilərində nüvə silahı yerləşdirməklə hədələyir, əgər Finlandiya bunu etsə, adekvat cavab verəcəyik",-Peskov deyib.

Dünən, 16:10
Bakıda yeni dayanacaqlar quraşdırılır


Bakıda yeni dayanacaqlar quraşdırılır

Bakıda və regionlarda yeni dayanacaqlar quraşdırılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətini artırmaq məqsədilə irimiqyaslı layihəyə start verir.
Layihə çərçivəsində Bakı şəhəri ilə yanaşı, ölkənin müxtəlif regionlarında müasir tipli yeni dayanacaq pavilyonlarının quraşdırılması nəzərdə tutulur.
Plan üçün 3 654 073,57 azn müəyyən edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!