Husilər də İran müharibəsinə qoşulurlar .....                        ABŞ ilə İsrail hərbi məqsədlərinə çatmağa yaxındır - KİV .....                        Avropa Komissiyasının sədrinə ağır ittiham .....                        İlham Əliyev Müctəba Xameneyini təbrik etdi .....                        Rumıniya Azərbaycanı dəstəklədi .....                        Qətər əmiri: İran bizə xəyanət etdi .....                        Raket hücumu ilə bağlı İrana XƏBƏRDARLIQ .....                        Azərbaycan Türkiyəyə raket hücumuna ETİRAZ ETDİ .....                        Paşinyan İranın yeni Ali Liderinə məktub yazdı .....                       
Dünən, 16:32
Naxçıvanla İğdır arasında sərnişindaşıma ödənişsiz həyata keçirilir


Naxçıvanla İğdır arasında sərnişindaşıma ödənişsiz həyata keçirilir

Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırıldığından Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur. Sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir.
Bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Avtovağzalından İğdır hava limanı və əks istiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.
Martın 5-dən indəyədək ümumilikdə 34 reys həyata keçirilib, 1442 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb. Proses davam etdirilir.
Dünən, 16:18
Xameneinin varisini də öldürəcəyik - İsrail


Xameneinin varisini də öldürəcəyik - İsrail

İsrail ordusu İranın mərhum ali lideri Xameneinin varisini təyin etmək üçün görüşənləri, eləcə də varisin özünü təqib edəcək.
Bu barədə İsrail ordusundan məlumat verilib.
"Zalım Xameneini zərərsizləşdirdikdən sonra İranın terrorçu rejimi özünü yenidən qurmağa və yeni bir lider seçməyə çalışır. İsrail ordusu İranın öldürülmüş ali liderinin hər bir varisini təqib etməyə davam edəcək", - məlumatda qeyd olunub.
Dünən, 15:52
İranda yeni ali rəhbər seçildi


İranda yeni ali rəhbər seçildi

İranın Ekspertlər Şurası yeni ali rəhbəri seçib, qərar barədə daha sonra elan veriləcək.
Bu barədə şuranın Xorasan-Rəzəvi ostanından olan üzvü Əhməd Ələmülhüda məlumat verib.
"Seçki keçirildi və lider müəyyən edildi", - deyə o bildirib.
O qeyd edib ki, ölkə konstitusiyasına görə, Ekspertlər Şurasının heç bir üzvü fikrini dəyişmək hüququna malik deyil.
Ələmülhüdanın sözlərinə görə, indi hər şey şuranın katibi Ayətullah Hüseyni Buşehridən asılı olacaq, o, qurumun qərarını ictimaiyyətə açıqlamalıdır.
Dünən, 15:40
İsrail bir gündə İranda 400 hədəfi vurdu


İsrail bir gündə İranda 400 hədəfi vurdu

İsrail qırıcıları son sutka ərzində İranın qərbində və mərkəzində 400-dən çox hədəfə hava zərbələri endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, hücuma məruz qalan hədəflər arasında ballistik raketlərin buraxılış qurğuları və müxtəlif silahların istehsal obyektləri olub. Əməliyyat başlayandan bəri İsrail ərazisinin atəşə tutulmasını maksimum dərəcədə azaltmaq məqsədilə rejimin yüzlərlə buraxılış qurğusu, hava hücumundan müdafiə sistemləri, silah anbarları və digər obyektləri hücuma məruz qalıb.
"Financial Times" qəzeti qeyd edib ki, İranın hərbi potensialı ballistik raketlərin buraxılış qurğularından asılıdır. Onların vasitəsilə Tehran 2 min km-ə qədər məsafəyə zərbə endirə bilər. Bununla yanaşı, ABŞ və İsrail hərbi kampaniyanın lap əvvəlindən məhz bu qurğuların məhv edilməsinə diqqət cəmləyiblər.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı başlatdığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.
Dünən, 15:21
İran rejimini devirmək mümkün deyil


İran rejimini devirmək mümkün deyil

“ABŞ-İran münaqişəsindən az əvvəl Amerika Milli Kəşfiyyat Şurasının (NSC) hesabatında İran rejiminin genişmiqyaslı hücumlarla belə devrilə bilməyəcəyi bildirilirdi”.
Bu barədə “Washington Post” qəzetinin yaydığı məlumatda deyilir.
Nəşr yazır ki, hesabata əsasən, kiçik və ya genişmiqyaslı hücumlardan sonra İranın dini və hərbi qurumları Ayətullah Əli Xameneiyə qarşı sui-qəsddən sonra hakimiyyətin davamlılığını qorumaq üçün hazırlanmış protokollara əməl edəcək.
“Ölkənin parçalanmış müxalifəti hakimiyyəti ələ keçirməyə, yəqin ki, nail ola bilməz”, - hesabatda bildirilib.
Qəzetə danışan rəsmilər qeyd ediblər ki, hesabat 18 fərqli kəşfiyyat orqanının məlumatları əsasında hazırlanıb. Lakin Ağ Ev bu hesabatın müharibə başlamazdan əvvəl Prezident Donald Trampa təqdim edilib-edilmədiyi barədə açıqlama verməyib.
Hesabat əməliyyatların uzun sürə biləcəyi ehtimalına diqqət çəkir və Tramp administrasiyasının İranın Fars körfəzindəki neftlə zəngin Xarq adasını ələ keçirməyi düşünə biləcəyini qeyd edir.
Qəzet vurğulayır ki, adada ölkənin neft ixracının təxminən 90 faizi həyata keçirilir. Adaya nəzarətin ələ keçirilməsi İran iqtisadiyyatına ciddi təzyiq göstərə və ABŞ-nin regiondakı strateji mövqeyini gücləndirə bilər. Lakin Amerikanın adaya girən qoşunlarının hücumlara qarşı müdafiəsiz olacağı barədə xəbərdarlıq edilib.
Dünən, 15:10
BƏƏ İrana hücum etdi – bu, yalnız “xəbərdarlıqdır”


BƏƏ İrana hücum etdi – bu, yalnız “xəbərdarlıqdır”

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilk dəfə İran ərazisinə zərbə endirib.
Bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, hücumun hədəfi ölkədə yerləşən duzsuzlaşdırma (su təmizləmə) zavodu olub. Hücum nəticəsində obyektə zərər dəyib, lakin hadisənin detalları barədə hələlik rəsmi açıqlama verilməyib.
İsrailin Ynet nəşri qeyd edir ki, hazırkı zərbə əsasən İran hakimiyyətinə göndərilən siqnal xarakteri daşıyır.
Nəşrin məlumatına görə, əgər İranın hücumları daha da güclənərsə, BƏƏ-nin hərbi kampaniyaya, hətta, məhdud miqyasda olsa belə qoşulması ehtimalı real hesab olunur.
Hazırda rəsmi Tehran və Əbu-Dabi tərəfindən hadisə ilə bağlı açıqlama verilməyib.
Dünən, 14:56
Naxçıvanda yağan qarın hündürlüyü 1 metri keçdi


Naxçıvanda yağan qarın hündürlüyü 1 metri keçdi

Naxçıvanda qeyri-hava şəraiti davam edir.
Parağacay stansiyada qarın hündürlüyü 22 sm, 3000 m yüksəklikdə isə 107 sm qeydə alınıb.
Bununla yanaşı, Kükü kəndində qarın hündürlüyü 66 sm, Axura kəndində 7sm ve Kəngərli rayonunda isə 5sm olub.
Dünən, 14:51
Masazırda qadını elektrik cərəyanı vuraraq öldürdü


Masazırda qadını elektrik cərəyanı vuraraq öldürdü

Abşeron rayonunun Masazır qəsəbəsində qadın elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hadisə qəsəbə ərazisində yerləşən təndirxanaların birində qeydə alınıb.
İlkin məlumata görə, qadının adı Bahar Muradovadır. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Dünən, 14:13
Qida ehtiyatı azaldı - ərzaq davası düşdü


Qida ehtiyatı azaldı - ərzaq davası düşdü

Dubayda ticarət yollarındakı fasilələr və Yaxın Şərqdə artan gərginlik səbəbindən şəhərin yalnız təxminən 10 günlük təzə ərzaq ehtiyatı qaldığı bildirilib.
Bununla bağlı yayılan bir video sosial mediada böyük diqqət çəkib.
Görüntülərdə insanlar təşvişə düşərək, supermarketlərə tələsir, rəfləri sürətlə boşaldır və zaman-zaman mübahisələr baş verir.
SRF-nin məlumatına görə, Dubay, xüsusilə meyvə, tərəvəz və qısa rəf ömrü olan məhsullar baxımından idxaldan asılıdır.
Bildirilir ki, qlobal logistika şəbəkəsində fasilələr şəhərin qida təchizatına tez bir zamanda təsir göstərə bilər.
Bölgədəki bəzi vacib dəniz yollarındakı qeyri-müəyyənlik və artan gərginlik səbəbindən bir çox gəmi Körfəzdən keçməkdən yayınır, bu isə qida daşınmalarında gecikmələrə yol açır. Qeyd edilir ki, təchizat zənciri üzərində davam edən təzyiq qida qiymətlərinin artmasına səbəb ola bilər.
Dünən, 14:00
Mingəçevirdə hərbçinin meyiti tapıldı


Mingəçevirdə hərbçinin meyiti tapıldı

Mingəçevirdə mənzildə kişi meyiti aşkarlanıb.
Hadisə Energetiklər yaşayış massivində yerləşən binalardan birinin mənzilində baş verib. Əslən Naxçıvandan olduğu bildirilən və şəhərdəki N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçən (MAXE) gənc hərbçinin meyiti kirayədə yaşadığı mənzildə aşkar edilib.
Məlumata görə, meyit binanın 4-cü mərtəbəsində yerləşən mənzildə tapılıb. İlkin baxış zamanı üzərində hər hansı zorakılıq əlaməti müəyyən olunmayıb.
Meyitin kimə məxsus olduğu və ölümün səbəbləri araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!