Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var .....                        Paşinyana kilsədə hücum oldu, saxlanılanlar var .....                        İran İsrailin kimya zavodunu vurdu .....                        "Qarabağ" xanım azarkeşləri üçün girişi pulsuz etdi .....                        CNN: İranla bağlı dördtərəfli danışıqlar başlayıb .....                        Tudor klubdan ayrıldı .....                        Rusiyanın Baltik dənizindəki neft terminalına zərbə .....                        3 nəfərin ölümünə səbəb olan klinika rəhbəri - Həbsdə qaldı .....                        Bu ərazidə 3 gündür istilik yoxdur .....                       
26-03-2026, 11:58
Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur


Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur

Azərbaycanda mopedlərin idarə olunması ilə bağlı yeni tələblər qüvvəyə minib.
“Yol hərəkəti haqqında” Qanuna 9 dekabr 2025-ci ildə edilən dəyişikliklər martın 26-dan etibarən tətbiq olunur.
Yeniliyə əsasən, artıq moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb ediləcək.
Bununla yanaşı, mopedlər dövlət qeydiyyatına alınacaq və rəsmi şəkildə uçota götürüləcək. Qanunda moped anlayışı daha dəqiq şəkildə müəyyənləşdirilib və onların istismarı ilə bağlı tələblər konkretləşdirilib.
Eyni zamanda, əvvəlki qaydalardan fərqli olaraq, mopedlərin yalnız yolun sağ kənar zolağı ilə hərəkət etməsi tələbi ləğv olunub.
Yeni dəyişikliklərə əsasən, motosiklet və mopedlə daşınan yükün ölçülərinə də məhdudiyyət qoyulub. Belə ki, nəqliyyat vasitəsinin uzunluğu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya idarəetməyə mane olan yüklərin daşınması qadağan edilir.
26-03-2026, 11:50
İran yenə qonşusunu vurdu: 2 ölü, 3 yaralı


İran yenə qonşusunu vurdu: 2 ölü, 3 yaralı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə raket qalıqlarının düşməsi nəticəsində 2 nəfər ölüb.
Hökumətin mətbuat xidmətinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən raketin qalıqları şəhər ərazisinə düşüb. Hadisə nəticəsində azı 2 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.
Məlumata görə, İrana məxsus raket qalıqları Sveyhan yolu istiqamətində yerə düşərək bir neçə avtomobilə də ziyan vurub. Hadisə yerinə dərhal təcili tibbi yardım və xilasedici qüvvələr cəlb olunub.

26-03-2026, 11:42
Türkiyə Zəngəzur dəhlizində işlərə başladı


Türkiyə Zəngəzur dəhlizində işlərə başladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizi ilə bağlı aparılan işlər barədə danışıb.
Nazir Türkiyə tərəfdə qalan 224 kilometrlik yolun təmirinə artıq başlanıldığını bildirib.
“Azərbaycan tərəfdəki işlər sona yaxınlaşır. Zəngəzur koridorunda bir podratçılıq müqaviləsi imzalanıb, lakin tikinti işlərinə hələ başlanmayıb. Düşünürəm ki, gələcəkdə çox gecikmədən başlanacaq. Naxçıvan tərəfdə 180 kilometrlik bir hissə var. Onun bir hissəsi təmir ediləcək, bir hissəsi yenidən tikiləcək. Bizim tərəfdəki 224 kilometrlik hissədə tikinti işlərinə isə artıq başlanılıb”, – nazir bildirib.
26-03-2026, 11:31
Qəbələdə 62 yaşlı kişi yanaraq öldü


Qəbələdə 62 yaşlı kişi yanaraq öldü

Qəbələ rayonunda bədbəxt hadisə ölümlə nəticələnib.
Hadisə rayon ərazisində baş verib. Şəhər sakini, 62 yaşlı Əzim Heydər oğlu Hüseynov məişət tullantılarını yandırarkən ehtiyatsızlıqdan alovun üzərinə düşüb.
Məlumata görə, kişi ağır yanıq xəsarətləri alıb və hadisə yerində həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
26-03-2026, 11:27
Tanker xarici müdaxilə nəticəsində partlayıb


Tanker xarici müdaxilə nəticəsində partlayıb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu 140 ton yüklü neft tankerinin partlayışının xarici müdaxilə nəticəsində baş verdiyini bildirib.
Nazir sualtı hücum versiyasının araşdırıldığını qeyd edib.
O bildirib ki, texniki qruplar hadisə yerinə yönləndirilib. Onlar yaxın saatlarda partlayışın səbəbini müəyyən edəcəklər.
"Biz daha dəqiq açıqlamanı araşdırmadan sonra verəcəyik. Amma hazırda onu deyə bilərik ki, bu, müdaxilə nəticəsində baş verən partlayışdır. Xüsusilə də mühərrik bölməsinə yönəlməsi gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyır”.
Xatırladaq ki, Türkiyəyə məxsus "ALTURA" adlı xam neft tankeri Qara Dənizdə dronla vurulub. Rusiyadan yola çıxan və 140 min ton xam neft daşıyan tanker gəmi İstanbul Boğazından təxminən 15 mil uzaqlıqda, Qara dənizdə dron hücumuna məruz qalıb. Hadisə zamanı güclü partlayış baş verib. Gəminin göyərtəsində və körpü hissəsində zədələnmə qeydə alınıb. Həmçinin ciddi fəsadlar nəticəsində gəmiyə su dolduğu bildirilib. Gəmidəki 27 nəfərdən ibarət türk heyətinin vəziyyətinin yaxşı olduğu qeyd olunub.
26-03-2026, 09:30
Atəşkəs yox, sülh istəyirik - AÇIQLAMA


Atəşkəs yox, sülh istəyirik - AÇIQLAMA

Tehran Rusiya və digər dost ölkələrdən gələn gəmilərin blokada altında olan Hörmüz boğazından keçməsinə icazə verib.
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçı bildirib.
o, "dost hesab etdiyimiz bir neçə ölkənin Hörmüz boğazından keçməsinə icazə verdik: məsələn, Rusiya, Hindistan, İraq, Çin və Pakistan. Düşmənlərimizin boğazdan istifadə etməsinə icazə verməyin mənasını görmürük", - deyə o bildirib.
Araqçı İranın atəşkəs deyil, sülh istədiyini bildirib.
26-03-2026, 00:17
Arda Gülərdən YENİ REKORD


Arda Gülərdən YENİ REKORD

İspaniyanın “Real Madrid” klubunun türkiyəli yarımmüdafiəçisi Arda Gülərin “Elçe”yə qarşı matçda vurduğu qol La Liqada mart ayının ən yaxşısı seçilib.
21 yaşlı futbolçu meydanın mərkəzindən rəqib qapısını dəqiq nişan alıb.
Çempionatın 28-ci turunda “Santyaqo Bernabeu”da keçirilən qarşılaşmanın 89-cu dəqiqəsində qeydə alınan bu qol həm də rəsmi rekord kimi tarixə keçib. Belə ki, Arda Gülər 55 metrlik məsafə ilə İniqo Martinesə məxsus olan “La Liqanın ən uzaq məsafədən vurulan qolu” rekordunu 13 metr yeniləyib.
Xatırladaq ki, görüş Madrid təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.
25-03-2026, 23:47
Fidan Əraqçi ilə hərbi əməliyyatlardan danışdı


Fidan Əraqçi ilə hərbi əməliyyatlardan danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər bölgədə davam edən son proseslər və hərbi əməliyyatlarla bağlı fikir mübadiləsi aparıblar.
25-03-2026, 23:26
Rusiyada dollar qadağası - RƏSMİ


Rusiyada dollar qadağası - RƏSMİ

Rusiyadan Avrasiya İqtisadi Birliyi ölkələrinə 100 min dollardan çox məbləğdə nağd pul aparmaq qadağan edilib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Fərman imzalayıb.
Bundan artıq məbləğ üçün yalnız rəsmi icazə alınmalıdır.

25-03-2026, 23:00
Millimiz məğlubiyyətlə başladı


Millimiz məğlubiyyətlə başladı

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.
B Liqasının 6-cı qrupunda yer alan U-19 ilk görüşünü meydan sahibi Litva seçməsinə qarşı keçirib.
Kaunasdakı "Raudondvario" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 4:0.
Qeyd edək ki, U-19 növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!