Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var .....                        Paşinyana kilsədə hücum oldu, saxlanılanlar var .....                        İran İsrailin kimya zavodunu vurdu .....                        "Qarabağ" xanım azarkeşləri üçün girişi pulsuz etdi .....                        CNN: İranla bağlı dördtərəfli danışıqlar başlayıb .....                        Tudor klubdan ayrıldı .....                        Rusiyanın Baltik dənizindəki neft terminalına zərbə .....                        3 nəfərin ölümünə səbəb olan klinika rəhbəri - Həbsdə qaldı .....                        Bu ərazidə 3 gündür istilik yoxdur .....                       
25-03-2026, 12:40
Sabahın havası


Sabahın havası

Martın 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
25-03-2026, 12:34
Prezident açılışda - FOTO


Prezident açılışda — FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 25-də «AzərEnerji» Açıq Səhmdar Cəmiyyətinin (ASC) «Abşeron» Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.
«AzərEnerji» ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına «Abşeron» Batareya Enerji Saxlanc Mərkəzi barədə məlumat verdi.
Qeyd edək ki, Azərbaycan enerji sahəsində yeni inkişaf mərhələsinə daxil olur. Prezident İlham Əliyevin tapşırığına əsasən «AzərEnerji» ASC tərəfindən 100 faiz daxili maliyyə vəsaiti hesabına iki əsas yarımstansiyada — 500 kV-luq «Abşeron» və 220 kV-luq «Ağdaş» yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb. Belə miqyasda bu cür mərkəzlərin qurulması yalnız Azərbaycanda deyil, ümumilikdə MDB regionunda ilkdir.
Layihə çərçivəsində «Abşeron» Batereya Enerji Saxlanc Mərkəzinin ərazisində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb. Beynəlxalq məsləhətçi şirkətlərin (ABŞ-nin TETRA Tech və Türkiyənin EPRA) apardıqları araşdırma Azərbaycanda təxminən 1850 MVt gücündə bərpaolunan enerji mənbələrinin təhlükəsiz şəkildə enerji sisteminə qoşulması üçün bu cür batareya sistemlərinin yaradılmasının zəruri olduğunu göstərib.
Batareya Enerji Saxlanc Mərkəzi çevikliyi ilə seçilir. Belə ki, onlar 2 saat ərzində tam doldurula və ya boşaldıla bilər. Artıq enerji, o cümlədən günəşli saatlarda istehsal olunan enerji burada toplanır və pik saatlarda — enerjiyə tələbat artan zaman avtomatik olaraq şəbəkəyə verilir. Bir sözlə, bu sistemlər enerjini yığıb saxlayır, lazım gəldikdə isə onu istifadəyə yönəldir.
Belə Mərkəzin tətbiqi enerji şəbəkəsinə bir çox üstünlüklər verir. Məsələn, SCADA sistemi ilə enerji sisteminə real vaxt rejimində nəzarət olunur, şəbəkədə sabitlik, o cümlədən tezlik və gərginlik qorunur, qəfil enerji çatışmazlıqları avtomatik tənzimlənir, qəzaların təsiri azalır və sistem daha etibarlı olur. Bundan başqa, pik saatlarda elektrikə tələbat daha rahat qarşılanır, Günəş və külək enerjisindəki fasilələrin təsiri azalır, enerji sisteminin sıfırdan bərpası mümkün olur. Eyni zamanda, Günəş batan saatlarda yük dəyişiklikləri daha rahat idarə edilir.
Bir sözlə, Batareya Enerji Saxlanc Mərkəzinin yaradılması Azərbaycanın enerji sistemini daha müasir, çevik və dayanıqlı edir. Xüsusilə Günəş və külək enerjisinin artdığı bir dövrdə bu cür saxlanc sistemləri gələcəyin enerji modelinin əsas hissəsi hesab olunur.
«Abşeron» Batereya Enerji Saxlanc Mərkəzində bu sistemləri idarə etmək üçün xüsusi mərkəz yaradılıb.
Ərazidə müasir idarəetmə binası tikilib, geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.
Dövlətimizin başçısına bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası və enerjisistemin rəqəmsal transformasiyası haqqında da məlumat verildi.
Bildirildi ki, yaxın perspektivdə böyük həcmli bərpaolunan enerji mənbələri enerjisistemə inteqrasiya ediləcək və 2028-ci ildə ümumilikdə 2100 MVt-dan çox yaşıl enerji artıq şəbəkədə olacaq.
Bütün bunlar nəzərə alınaraq Azərbaycanda tikilən 2 GVt bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirmək, Bakının, o cümlədən Ələt Azad İqtisadi Zonasının enerji təchizatında yaşıl enerji payını yüksəltmək, 500/330 kV-luq «Nəvahi Yaşıl Enerji» qovşağını ölkə enerjisistemi ilə birbaşa tam əlaqələndirməklə onu əsas qovşaq yarımstansiyalarından birinə çevirmək üçün icra edilən «AZURE» layihəsi çərçivəsində işlərin əsas mərhələsi artıq yekunlaşıb.
Layihə çərçivəsində «Nəvahi» yarımstansiyasına «Abşeron» yarımstansiyasından 65 kilometr məsafədə 500 kV-luq, «Bankə» və «Biləsuvar» Günəş Elektrik stansiyalarından isə ümumilikdə 181 kilometr məsafədə 330 kV-luq ötürmə xətləri çəkilib. Perspektivdə «Nəvahi» yarımstansiyasına Mingəçevirdən 235 kilometr 500 kV-luq, Qobu, Ələt və Qobustandan isə ümumilikdə 103 kilometr 330 kV-luq ötürmə xətlərinin çəkilişi nəzərdə tutulur.
Son 7 ildə 4700 kilometr fiber-optik kabel infrastrukturu yaradılıb, 550-dən çox enerji obyektini əhatə edən mərkəzi SCADA sistemi qurulub.
Enerjisistemdə onlayn diaqnostika texnologiyaları (AGC, WAMS/WACS), süni intellekt əsaslı qəza proqnozlaşdırma və diaqnostika sistemləri tətbiq olunur. Günəş və külək stansiyaları üçün yüksək dəqiqlikli proqnozlaşdırma sistemi hazırlanır.
«AzərEnerji» ASC-nin daxili strukturunda enerjisistemin tam avtomatlaşdırılmış idarə edilməsi məqsədilə Rəqəmsal İdarəetmə Departamenti yaradılıb.
Elektrik enerjisi istehlakının 2032-ci ilədək təxminən 17 faiz artacağı proqnozlaşdırılır. Həmin dövrədək 8 GVt BOEM gücləri yaradılacaq.
Yaşıl enerjinin Qara dəniz kabeli, regional enerji dəhlizləri və digər layihələr vasitəsilə Avropa bazarlarına ixracı əsas hədəfdir. Qara dəniz kabelinin 1300 MVt yaşıl enerji ötürmə imkanı olacaq.
Dövlətimizin başçısı «Abşeron» Batareya Enerji Saxlanc Mərkəzinin açılışını bildirən düyməni basdı.





25-03-2026, 11:46
Tarixi paytaxtımız bombalandı - 7 nəfər həlak oldu


Tarixi paytaxtımız bombalandı - 7 nəfər həlak oldu

ABŞ-İsrail aviasiyasının İrana hava zərbələri nəticəsində Təbrizdə 7 nəfər ölüb.
Qeyd olunub ki, onlar dəmir yolu binasına endirilən zərbə nəticəsində həlak olublar.
Martın 23-də analoji hava hücumu zamanı Təbrizdə 6 nəfər həlak olmuş, 6 nəfər isə yaralanmışdı.
Xatırladaq ki, Təbriz şəhəri tarixən Azərbaycanın bir çox güclü dövlətlərinin paytaxtı olmuşdur. Bu dövlətlərə Atabəylər dövləti (Eldenizlər) (XII-XIII əsrlər), Qaraqoyunlular dövləti (1375-1468), Ağqoyunlular dövləti və Səfəvilər dövləti (1501-ci ildən) daxildir.
25-03-2026, 11:30
Rusiya NATO ölkəsini dronla vurdu


Rusiya NATO ölkəsini dronla vurdu

Latviya hava məkanına daxil olan pilotsuz uçuş aparatı boş ərazilərdən birinə düşüb.
Bu barədə Latviya Silahlı Qüvvələri açıqlama verib.
Latviya Hərbi Hava Qüvvələrinin məlumatına görə, pilotsuz təyyarə Rusiya ərazisindən daxil olub.


25-03-2026, 11:21
Azərbaycanda bəzi avtomobillərin idxalı vergidən azad edildi


Azərbaycanda bəzi avtomobillərin idxalı vergidən azad edildi

Bu gündən raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV, aksiz və gömrük rüsumundan azad edilib.
Bununla bağlı Vergi Məcəlləsinə fevralın 13-də edilən dəyişikliklər martın 25-dən qüvvəyə minib.
Belə ki, hazırda qüvvədə olan qaydalara əsasən, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir.
Qanuna əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək:
İdxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;
idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.
Qeyd edək ki, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV, aksiz və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.
25-03-2026, 11:06
İran ABŞ ilə danışıqlar aparmır – XİN-dən açıqlama


İran ABŞ ilə danışıqlar aparmır – XİN-dən açıqlama

İran ABŞ ilə heç bir danışıqlar aparmır.
Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi açıqlama verib.
O bildirib ki, İranla ABŞ arasında hər hansı danışıqlar mövcud deyil: “İrana qarşı qanunsuz müharibənin başladığı gündən bu yana 25 gün ərzində də heç bir təmas olmayıb”.
Rəsmi nümayəndə əlavə edib ki, İran üçün ABŞ danışıqlar təcrübəsi “fəlakətli” olub.
Qeyd edək ki, ABŞ İrana Yaxın Şərqdə müharibəyə son qoymaq və regionda gərginliyi azaltmaq məqsədi daşıyan 15 maddəlik tələblər toplusu təqdim etdiyi qeyd olunub.
25-03-2026, 10:03
Azərbaycandan Ermənistana növbəti məhsul yola salınır


Azərbaycandan Ermənistana növbəti məhsul yola salınır

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək.
Bu gün 5 vaqon buğda Ermənistana yola salınacaq.
Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək, daha sonra Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Qeyd edək ki, Azərbaycandan tranzit keçməklə Ermənistana mütəmadi olaraq taxıl, gübrə və digər məhsullar göndərilir. Sonuncu dəfə, martın 19-da Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 488 ton Rusiya taxılı göndərilib.
25-03-2026, 09:39
İran daha bir ölkənin hava limanını vurdu


İran daha bir ölkənin hava limanını vurdu

İran dronlarlarla Küveyt Beynəlxalq Hava Limanına zərbələr endirib.
Dronlardan biri ərazidəki yanacaq çəninə dəyib.
Küveyt Mülki Aviasiya İdarəsinin məlumatına görə, hücum nəticəsində yanğın baş verib.
İlkin məlumatlara görə, itki olmayıb, yalnız maddi ziyan dəyib.
24-03-2026, 21:44
Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir


Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir

Martın 25 və 26-da Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, eləcə də Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, məhdudiyyətə uyğun olaraq, Abbasqulu ağa Bakıxanov küçəsindən keçən 3, 17 və 33 nömrəli marşrutların hərəkəti alternativ olaraq Hənifə Ələsgərov, Cəlil Məmmədquluzadə, Nəsib bəy Yusifbəyli, Mərdanov qardaşları, Mirəsədulla Mirqasımov və Ənvər Qasımzadə küçələri ilə təşkil ediləcək.
Hüseyn Cavid prospektindən keçən 3, 6, 10, 17, 18, 39, 53, 96 və 206 nömrəli marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Mətbuat prospekti, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadə küçələri ilə təşkil ediləcək.
24-03-2026, 21:23
Lvovda binalara zərbələr endirilib, yaralananlar var


Lvovda binalara zərbələr endirilib, yaralananlar var

Rusiya ordusu Ukraynanın Lvov şəhərində yaşayış binalarına zərbələr endirib.
Bu barədə UNİAN məlumat yayıb.
Hadisə nəticəsində ağır yaralıların olduğu bildirilir.
Lvov Xüsusi Əməliyyatlar Komandanlığı əhalini sığınacaqlarda qalmağa çağırıb.
Komandanlıqdan hücumlar nəticəsində yeddi nəfərin yaralandığı bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!