Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var .....                        Paşinyana kilsədə hücum oldu, saxlanılanlar var .....                        İran İsrailin kimya zavodunu vurdu .....                        "Qarabağ" xanım azarkeşləri üçün girişi pulsuz etdi .....                        CNN: İranla bağlı dördtərəfli danışıqlar başlayıb .....                        Tudor klubdan ayrıldı .....                        Rusiyanın Baltik dənizindəki neft terminalına zərbə .....                        3 nəfərin ölümünə səbəb olan klinika rəhbəri - Həbsdə qaldı .....                        Bu ərazidə 3 gündür istilik yoxdur .....                       
24-03-2026, 21:05
Bakıda bu YOLLAR BAĞLANACAQ


Bakıda bu YOLLAR BAĞLANACAQ

Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, eləcə də Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 25 mart saat 08:00-dan 26 mart saat 22:00-dək hər iki istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən xahiş olunur ki, alternativ marşrutlardan istifadə etsinlər.
24-03-2026, 20:24
Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var


Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var

Salyanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə Ələt-Astara magistralının rayonun Quyçu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı minik avtomobili "Mercedes Ateko" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində VAZ-2107 markalı avtomobildə olanlar - Salyan rayon sakinləri; 1986-cı il təvəllüdlü Ramazanov Zaur Elxan oğlu, 1981-ci il təvəllüdlü Həsənov Zamin Hilal oğlu və 1984-cü il təvəllüdlü İslamov Pərvin Siyasət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
24-03-2026, 19:23
Qazaxda 2 ha qamışlıq yandı-VİDEO


Qazaxda 2 ha qamışlıq yandı-VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qazax rayonu, Daşsalahlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 2 ha sahədə qamışlıq yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.

24-03-2026, 19:06
Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO


Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonunda yerləşən Duruca şəlaləsinin yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1976-cı il təvəllüdlü İbrahimov Rövşən İbrahim oğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər köməksiz vəziyyətdə qalan R.İbrahimova yerində ilkin yardım göstərib və çətin keçidli dağlıq ərazi ilə vətəndaşı təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

24-03-2026, 18:50
Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb


Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb

AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun 8-ci turunda Azərbaycan və Portuqaliya U-21 yığmaları arasında Bakıda keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.
8-ci kilometr qəsəbə stadionunda təşkil olunacaq görüşün baş hakimi yunanıstanlı Xristos Vergetis olacaq.
Ona həmyerliləri Andreas Fotopoulos və Konstantinos Staikos kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Aleksandros Katsikogiannis yerinə yetirəcək.
Qarşılaşma martın 27-si saat 15:00-da başlayacaq.
24-03-2026, 18:17
Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi


Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi

Martın 24-də Müdafiə Nazirliyinin rəhbər heyəti nazirliyin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçuları ziyarət edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
Müalicə alan şəxsi heyətin səhhəti ilə maraqlanan nazirliyin rəhbər heyəti onların ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.
Hərbi qulluqçulara yüksək peşəkarlıq və qayğı ilə xidmətin göstərildiyinə görə tibbi personala təşəkkür edilib.
Hərbi tibb müəssisəsində yaradılan şəraitə, eləcə də göstərilən hərtərəfli diqqət və qayğıya görə hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

24-03-2026, 17:55
Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb


Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb

Azərbaycan 2025-ci ildə Rusiyadan 17 milyon ABŞ dollarından çox məbləğdə şəkərli qənnadı məmulatları idxal edib.
Bu barədə "Aqroeksport" mərkəzi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan ötən il Rusiyada bu məhsulların alıcıları sırasında ilk üçlüyə (üçüncü yer) daxil olub.
Ümumilikdə, Rusiya ötən il xarici bazarlara 84 min ton şəkərli qənnadı məmulatları tədarük edib. İxracdan əldə edilən gəlir 13 % artaraq, təxminən 258 milyon ABŞ dollarına (rekord göstərici) çatıb.
24-03-2026, 17:34
İsrail bombalandı - Ərəblər yaralandı


İsrail bombalandı - Ərəblər yaralandı

İrandan atılan raketin partlaması nəticəsində İsrailin Neqev əyalətində 3 bədəvi ərəb yaralanıb.
Onlardan 1-i orta dərəcəli xəsarət alıb, 2 körpə isə yüngül xəsarət alıb.
Xaıtlradaq ki, müharibə başlayandan bəri İsraildə 19 nəfər ölüb, 4500-dən çox insan isə müxtəlif xəsarətlər alıb.
24-03-2026, 17:28
İranla danışıqlara Vens rəhbərlik edəcək


İranla danışıqlara Vens rəhbərlik edəcək

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla müharibənin başa çatdırılması üzrə mümkün danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edə bilər.
Bu barədə "The Guardian" nəşri Pakistan mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqların Pakistanda keçirilməsi ehtimal olunur. Bildirilir ki, rəsmi Vaşinqton bu görüşlərdə yüksək səviyyəli təmsilçiliklə iştirak etməyi planlaşdırır.
Qeyd olunur ki, Vensin nümayəndə heyətinə rəhbərlik etməsi ehtimalı tərəflər arasında diplomatik səylərin intensivləşdiyini göstərir.
24-03-2026, 16:57
Müxalifət liderinə həbs cəzası verildi


Müxalifət liderinə həbs cəzası verildi

Gürcüstanda müxalifət lideri Elene Xoştariya 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Siyasətçi Tbilisi meri Kaxa Kaladzenin seçkiöncəsi bannerinə markerlə “Rus arzusu” yazdığına görə məsuliyyətə cəlb olunub. Dəymiş zərərin 570 lari olduğu bildirilir.
Məlumata görə, Xoştariya məhkəmə iclasında iştirak etməyib və “heç bir hakimiyyət qolunu tanımadığını” bəyan edib.
Onun vəkili çıxarılan hökmü “tamamilə qanunsuz” adlandırıb. Prokurorluq isə təqdim olunan sübutların kifayət etdiyini bildirib.
Qeyd olunur ki, Xoştariyanın azadlığa çıxmasına təxminən bir il qalıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!