İran-Türkiyə sərhədində məhdudiyyət .....                        ABŞ İrana qarşı əməliyyatları dərinləşdirir .....                        Samir Nuriyev nazirləri topladı - Məruzələri dinlədi .....                        Daha bir icra hakimiyyətində ixtisarlar - 36 əməkdaş .....                        Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi .....                        Sumqayıtda silahlı insdent - 64 yaşlı kişi güllələndi .....                        İranı əslində o idarə edir .....                        Bir gecədə dörd evdən oğurluq edən şəxs saxlanıldı .....                        Hakan Fidan Abbas Əraqçıyə etiraz etdi .....                       
3-03-2026, 19:21
Tehranda hava limanına hücum edilib


Tehranda hava limanına hücum edilib

İsrail və ABŞ-nin hərbi hava qüvvələri İranın paytaxtı Tehranda Mehrabad hava limanına zərbələr endiriblər.
Bu barədə “NourNews” agentliyi məlumat yayıb.
Agentlik hücum nəticəsində xəsarət alanlar barədə məlumat yayımlamayıb, lakin Tehrana və digər bölgələrdə hava zərbələrinin davam etdiyi bildirilir.
3-03-2026, 19:03
İranın Qum şəhərində kritik binaya hava zərbəsi


İranın Qum şəhərində kritik binaya hava zərbəsi

Martın 3-də İranın Qum şəhərində yerləşən və ölkənin ali rəhbərini seçən Ekspertlər Şurasının ofisinə zərbə endirilib.
Bununla bağlı məlumatı "Tasnim" agentliyi yayıb.
Bildirilib ki, ABŞ və İsrail qüvvələri binanı hədəf alıblar. Qeyd olunur ki, ötən gecə Tehranda da Ekspertlər Şurasının ərazisi ABŞ və İsrail hərbi təyyarələrinin hücumuna məruz qalmışdı.
3-03-2026, 18:54
Ukraynada seçkilər nə vaxt olacaq? – Zelenskidən AÇIQLAMA


Ukraynada seçkilər nə vaxt olacaq? – Zelenskidən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti prezident seçkiləri ilə bağlı mövqeyinə aydınlıq gətirib.
Prezident Ofisi bildirib ki, Zelenskinin Corriere della Sera nəşrinə müsahibəsi daha çox seçkilərin keçirilmə şərtləri ilə bağlı olub.
Zelenski qeyd edib ki, seçkilər yalnız müharibə başa çatdıqdan sonra keçirilməlidir, müvəqqəti atəşkəs dövründə deyil. O, ikinci müddətə namizəd olub-olmayacağı barədə isə qərarı ukraynalıların iradəsinə uyğun verəcəyini bildirib.
Prezident həmçinin təhlükəsizlik təmin olunacağı təqdirdə ölkədə seçkilərin keçirilməsinə hazır olduğunu vurğulayıb.
3-03-2026, 18:39
Rusiya vətəndaşları Azərbaycandan təxliyə edilir


Rusiya vətəndaşları Azərbaycandan təxliyə edilir

Təhlükəli vəziyyət səbəbilə İran ərazisindən Azərbaycana keçən Rusiya vətəndaşlarının vətənə qaytarılması üçün xüsusi reys təşkil olunub.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi TASS agentliyinə açıqlama verib. Bildirilib ki, İran sərhədini quru yolla keçərək Azərbaycana gələn vətəndaşların Moskvaya çatdırılması üçün nazirliyə məxsus təyyarə artıq yola düşüb.
Qeyd edək ki, fevralın 28-dən bu günədək İran istiqamətindən Azərbaycana ümumilikdə 127 Rusiya vətəndaşı təxliyə edilib.
3-03-2026, 18:36
İsrail Tehran əhalisinə çağırış etdi: bu əraziləri tərk edin!


İsrail Tehran əhalisinə çağırış etdi: bu əraziləri tərk edin!

İsrail ordusu İranın paytaxtı Tehran yaxınlığında yerləşən bəzi ərazilərdə yaşayan mülki şəxslərə ərazini tərk etməklə bağlı xəbərdarlıq edib.
Hərbi qurum Tehran sənaye zonası və Payam Beynəlxalq Hava Limanı ətrafında yaşayanların təhlükəsizlik məqsədilə dərhal uzaqlaşmalı olduğunu bildirib.
Ordunun açıqlamasına görə, yaxın saatlarda həmin ərazilərdə əməliyyatların həyata keçirilməsi planlaşdırılır.
3-03-2026, 18:31
İrandan Azərbaycana 917 nəfər təxliyə edilib - 204-ü öz vətəndaşımızdır


İrandan Azərbaycana 917 nəfər təxliyə edilib - 204-ü öz vətəndaşımızdır

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 917 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Fevralın 28-dən martın 3-ü saat 18:00-a qədər sərhədi 204 Azərbaycan vətəndaşı keçib
Bundan əlavə, Çinin 278, Rusiyanın 127, Pakistanın 76, Tacikistanın 99, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 7, Birləşmiş Ərəb Əmirlikləri, və Slovakiya və Belarusun hərəsinin 6, Serbiyanın 5, İordaniyanın 4, İsveçrə 4, Qətər və Banqladeş, Özbəkistan, İran, Meksikanın hərəsinin 3, Filippin, Nepal, Qazaxıstan, Fransa, Türkiyə və Yəmənin hərəsinin 2, Böyük Britaniya, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub

***

17:16

Fevralın 28-i saat 08:00-dan martın 3-ü saat 14:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 725 nəfər təxliyə edilib.
Təxliyə olunanların 165-i Azərbaycan vətəndaşıdır.
Bundan başqa, 224 Çin, 127 Rusiya, 71 Tacikistan, 66 Pakistan, 18 Səudiyyə Ərəbistanı, 7 Gürcüstan, 6 BƏƏ, 4 İordaniya, 3 Qətər, 3 Banqladeş, 2 Filippin, 2 Nepal, 2 Qazaxıstan, 2 Fransa, 2 Özbəkistan, 2 Türkiyə, 2 İran vətəndaşı, eyni zamanda, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyadan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.

***

10:53

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 615 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Fevralın 28-dən martın 3-ü saat 10:00-a qədər sərhədi 157 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 150, Rusiyanın 127, Pakistanın 66, Tacikistanın 52, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 7, Birləşmiş Ərəb Əmirliklərinin 6, Serbiyanın 5, İordaniyanın 4, Qətərin 3, Banqladeşin 3, Filippinin 2, Nepalın 2, Qazaxıstan 2, Fransanın 2, Türkiyənin, İtaliyanın, Polşanın, Tunisin, Livanın, Hindistanın və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.
3-03-2026, 18:29
İordaniya hava məkanını yenidən açdı


İordaniya hava məkanını yenidən açdı

İordaniya hava məkanını mülki aviasiya üçün yenidən istifadəyə verib.
Bu barədə ölkənin Mülki Aviasiya Tənzimləmə Komissiyası açıqlama yayıb.
Xatırladaq ki, Yaxın Şərqdə artan gərginlik fonunda İordaniya hökuməti daha əvvəl hava məkanında uçuşlara müvəqqəti məhdudiyyət tətbiq etmişdi.
3-03-2026, 18:15
İran gərginliyi: İsrail yüzlərlə həkimi geri çağırır


]İran gərginliyi: İsrail yüzlərlə həkimi geri çağırır

İsrail hakimiyyəti İranla hava müharibəsinin başlanmasından sonra xaricdə qalan həkimləri ölkəyə qaytarmaq üçün yük gəmilərindən istifadə edir.
İsrailin yükdaşıma şirkəti ZIM Shipping gəmilərin Kiprin Limassol limanı ilə İsrailin Hayfa limanı arasında reyslər həyata keçirdiyini bildirib.
Əməliyyat Nəqliyyat Nazirliyi, böyük xəstəxanalar və şirkət arasında koordinasiya olunur.
İndiyədək iki reyslə 40 həkim geri dönüb, həftə ərzində yüzlərlə tibb işçisinin qaytarılması planlaşdırılır. Onlar İran raketləri nəticəsində yaralananlara yardım göstərmək üçün iş başına qayıdırlar.
Rəsmilər bildiriblər ki, uçuşların dayandırılması fonunda bu üsul ən asan və effektiv variantdır. Səfər təxminən 15 saat çəkir və həkimlərin təhlükəsizliyi üçün gəmidə xüsusi şərait yaradılıb.
İsrail və ABŞ-ın İrana zərbələrindən sonra bölgədə hava məkanlarının bağlanması yüz minlərlə sərnişinin müxtəlif ölkələrdə qalmasına səbəb olub.
3-03-2026, 18:10
Deputatın şirkətinə protokol yazıldı


Deputatın şirkətinə protokol yazıldı

Azərbaycan Dövlət Reklam Agentliyinin Lənkəran Regional Reklam İdarəsi "Embawood" MMC barəsində inzibati iş başlayıb.
Şirkətə İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Sözügedən maddə reklam qanunvericiliyinin pozulması ilə bağlıdır. Maddədə hüquqi şəxslərin 5 min manatdan 10 min manatadək cərimə cəzası nəzərdə tutulur.
İş baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə "Embawood" MMC-nin reklam üçün müvafiq qurumlardan icazə aldığı diqqətə çatdırılıb.
Qarşı tərəf isə məhkəmədə iştirak etməyib.
Hakim Bəxtiyar Məmmədovun çıxardığı qərara əsasən şirkət barəsində inzibati işə xitam verilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Embawood" MMC-nin 11 iyun 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 3 750 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, B.Bağırova küçəsi, ev 15 A kimi göstərilən "Embawood" MMC-nin qanuni təmsilçisi Emil Vaqif oğlu Əliyevdir. Onun haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Mebel istehsalı və satışı sahəsində fəaliyyət göstərən "Embawood"un təsisçisi deputat Məşhur Məmmədovdur. Bu fakt onunla bağlı bioqrafik məlumatlarda da yer alıb. O, 2020-ci ildən deputatdır.
3-03-2026, 17:56
Bağlanan özəl universitetin binası BDU-ya verildi


Bağlanan özəl universitetin binası BDU-ya verildi

Bakı Dövlət Universitetinin 1 saylı tədris korpusunda təmir-bərpa işləri aparıldığından bir neçə müddətdir Hüquq və Filologiya fakültələrində dərslərin təşkili BDU-nun digər tədris binasında aparılırdı.
Yaxın vaxtlarda həmin fakültələr keçmiş Asiya Universitetinin binasına köçürülüb.
BDU-dan məlumatı təsdiqləyiblər.
Həmçinin vaxtilə Asiya Universitetinin yerləşdiyi binanın üzərinə “Bakı Dövlət Universiteti, C korpusu” sözləri yazılıb.
Məlumata görə, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 116 ünvanında yerləşən bina Hüquq və Filologiya fakültələri əvvəlki binaya köçürüldükdən sonra da BDU-nun korpusu kimi fəaliyyət göstərəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!