Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var .....                        Paşinyana kilsədə hücum oldu, saxlanılanlar var .....                        İran İsrailin kimya zavodunu vurdu .....                        "Qarabağ" xanım azarkeşləri üçün girişi pulsuz etdi .....                        CNN: İranla bağlı dördtərəfli danışıqlar başlayıb .....                        Tudor klubdan ayrıldı .....                        Rusiyanın Baltik dənizindəki neft terminalına zərbə .....                        3 nəfərin ölümünə səbəb olan klinika rəhbəri - Həbsdə qaldı .....                        Bu ərazidə 3 gündür istilik yoxdur .....                       
28-03-2026, 17:26
İsrail iki livanlı jurnalisti öldürdü


İsrail iki livanlı jurnalisti öldürdü

Cənubi Livanda jurnalistlərə qarşı növbəti ölümcül hücum qeydə alınıb.
Ölkənin cənubunda yerləşən Cəzzin şəhəri yaxınlığında avtomobilə endirilən hava zərbəsi nəticəsində iki jurnalist və bir operator həlak olub.
Məlumata görə, hücum zamanı “Al-Manar” telekanalının müxbiri Əli Şueyb, “Al-Məyadeen” telekanalının müxbiri Fatimə Futuni və onları müşayiət edən operator həyatını itirib. Hər iki kanal əməkdaşlarının ölümünü təsdiqləyib. “Al-Məyadeen” hadisəni “İsrailin qəfil hücumu” kimi qiymətləndirib.
Hərbi mənbələr bildirir ki, zərbə jurnalistlərin olduğu avtomobilə birbaşa endirilib. Yerli KİV-lərin məlumatına əsasən, həlak olan operator Fatimə Futuninin qardaşı olub və çəkiliş zamanı onların yanında olub.
Hadisə səhər saatlarından etibarən Livanın cənubunda həyata keçirilən genişmiqyaslı hücumların tərkib hissəsi kimi qiymətləndirilir. İsrail ordusu isə insidentlə bağlı hələlik rəsmi açıqlama verməyib.
Belə ki, son saatlarda ölkənin bir sıra bölgələrində hərbi gərginlik daha da artıb, hava zərbələri və artilleriya atəşləri davam edir.
İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, Şueyb “Radvan” qüvvəsinin kəşfiyyat bölməsində fəaliyyət göstərib, eyni zamanda “Hizbullah”a bağlı “Al-Manar” telekanalında jurnalist kimi çalışıb.
Livan Səhiyyə Nazirliyinin son məlumatına görə, martın 2-dən bəri davam edən hücumlar nəticəsində 1142 nəfər ölüb, 3 mindən çox insan yaralanıb.
Davam edən hücumlar və toqquşmalar fonunda ölkədə humanitar vəziyyətin daha da pisləşəcəyi ilə bağlı xəbərdarlıqlar artır. Xüsusilə cənub bölgələri və paytaxt Beyrutun cənub ətraflarında köç dalğasının genişləndiyi və itkilərin artdığı bildirilir.
28-03-2026, 17:08
Yaşar Gülər iranlı həmkarına zəng etdi


Yaşar Gülər iranlı həmkarına zəng etdi

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İran müdafiə nazirinin müavini Seyyid Məcid İbnül Rıza ilə telefon danışığı aparıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı son hadisələr başda olmaqla, ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.
28-03-2026, 16:59
İran Dubayda Ukraynanın dron anbarını məhv etdi


İran Dubayda Ukraynanın dron anbarını məhv etdi

İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya qərargahının sözçüsü İbrahim Zülfəqari bildirib ki, İran qüvvələri Dubayda Ukrayna istehsalı olan anti-dron sistemlərinin saxlandığı anbarı məhv edib.
Bu barədə İran İslam Respublikası Televiziya Şirkəti (IRIB) məlumat yayıb.
Onun sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) aerokosmik və dəniz qüvvələri Dubaydakı Amerika hərbi sığınacaqlarına zərbələr endirib. Nəticədə ABŞ ordusu ağır itkilər verib.
Zülfüqari vurğulayıb ki, "Eyni zamanda, Ukraynanın dron əleyhinə sistemlərinin anbarı məhv edilib və orada 21 ukraynalı da olub".
İran Mərkəzi Komandanlığının sözçüsü əlavə edib ki, Ukrayna vətəndaşlarının taleyi hələ də məlum deyil. O, ukraynalıların ABŞ qüvvələrinə kömək etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gəldiyini bildirib.
28-03-2026, 16:42
Xaçmazda 33 kəndi su basıb - FOTO


Xaçmazda 33 kəndi su basıb - FOTO

Son iki gündə aramsız yağan leysan və rayon ərazisindən keçən çaylarda əmələ gələn sel suları Xaçmaz rayonu ərazisində bir sıra fəsadlar törədib.
Yağış və sel suları vətəndaşlara məxsus fərdi yaşayış evlərinə və təsərrüfat tikililərinə dolaraq ciddi ziyan vurub.
Leysan yağışları nəticəsində rayonun 33 yaşayış məntəqəsində 537 fərdi yaşayış evini su basıb.
Həmçinin çaylarda əmələ gələn sel suları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan 1 avtomobil körpüsünə də ciddi ziyan vurub. Belə ki, Hülövlü-Qaracik Zeyid-Alıcqışlaq-Qədmalıqışlaq-Rəhimoba-Sərkərli avtomobil yolunda yerləşən Caqacuq çayı üzərindəki avtomobil körpüsü tamamilə dağılıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birlikdə sel sularından ziyan dəymiş ərazilərə baxış keçirib, fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.





28-03-2026, 16:33
Rusiya XİN-dən sərt açıqlama: “Dayanın! Siz artıq həddi keçmisiniz"


Rusiya XİN-dən sərt açıqlama: “Dayanın! Siz artıq həddi keçmisiniz"

İranda, o cümlədən “Buşehr” Atom Elektrik Stansiyasına qarşı həyata keçirilən hücumlar bütün beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənməlidir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, İrana qarşı hücum edən tərəflər Yaxın Şərqdə apardıqları müharibədə riskləri nəzərə almadan gərginliyi daha da artırırlar:
“Təcavüzkarlar Yaxın Şərqdəki müharibədə risklərə, o cümlədən genişmiqyaslı radioaktiv çirklənmə təhlükəsinə məhəl qoymadan vəziyyəti daha da gərginləşdirirlər”.
Zaxarova qeyd edib ki, martın 27-də İrana hücum edən dövlətlər Xondabdakı ağırsulu kompleksə və Ərdəkandakı uran filizi konsentratı istehsal edən zavoda məqsədli zərbələr endiriblər. Bundan dərhal sonra isə “Buşehr” AES ətrafının yenidən atəşə tutulması ilə bağlı məlumatlar yayılıb.
Diplomat vurğulayıb ki, bu hücumlar dünya ictimaiyyəti tərəfindən birmənalı və sərt şəkildə pislənməlidir.
O, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbərliyinin də yaranmış təhlükə ilə bağlı daha aydın mövqe ortaya qoymalı olduğunu bildirib:
“Ümid edirik ki, MAQATE-nin baş direktoru Rafael Qrossi İran hakimiyyətindən birbaşa aldığı obyektiv məlumatlar əsasında aqressorlara təcili və açıq şəkildə sadə bir mesajı çatdıracaq:
“Dayanın! Siz artıq həddi keçmisiniz. Amma hələ də daha böyük cinayətlər törətməmək, günahsız qurbanların sayını artırmamaq və faciəni qlobal fəlakət miqyasına çatdırmamaq şansınız var”.
Zaxarova əlavə edib ki, İrandakı dinc nüvə obyektlərinə hücumlar geosiyasi maraqlar naminə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin mexanizmlərini də faktiki olaraq iflic edir.
Rusiya XİN sözçüsü bildirib ki, Moskva İranın rəqiblərinin bu destruktiv xəttini qətiyyətlə pisləyir və onları dərhal dayanmağa çağırır.
28-03-2026, 16:07
İntensiv yağışlar Sumqayıtı işıqsız qoydu


İntensiv yağışlar Sumqayıtı işıqsız qoydu

İntensiv xarakterli yağıntılar nəticəsində Sumqayıtın bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.
Məlumata görə, bununla bağlı "Azərişıq"və FHN əməkdaşları Sumqayıtda yarımstasiya və transformator məntəqələrin (TM) ərazilərinin sel sularından təmizlənməsi prossesini davam etdirir.
"Bir neçə gündür ölkə ərazisində davam edən intensiv xarakterli yağıntılar bir sıra ərazilərdə, eləcə də Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli məhdudiyyət yaradıb. Buna səbəb leysan xarakterli yağışların yağması nəticəsində yağış sularının ətraf ərazilərə və eləcədə elektrik yarımstansiyalarına, Paylayıcı Qurğulara (PQ), TM-lərinə dolmasıdır.
Qəza halları nəticəsində Sumqayıtda bir neçə küçədə və Corat qəsəbəsində 21-ci məhəllənin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.
İntensiv yağışların davam etməsi, bir çox ərazilərdə keçilməz gölməçələrin əmələ gəlməsi və yağış sularının ərazilərdən təmizlənməsi "Azərişıq" əməkdaşlarına əlavə problem yaradır. Bütün çətinliklərə baxmayaraq FHN əməkdaşlarının köməkliyi ilə "Azərişıq" ASC-nin əməkdaşları yaranan qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır. Qabaqlayıcı tədbirlər həyata keçirilir, yağış sularının ərazidən kənarlaşdırılması, eləcə də güc mərkəzlərində təmir-bərpa işləri davam etdirilir. Hissə-hissə ərazilərin elektirk enerjisi ilə təminatı həyata keçirilir",- "Azərişıq" bəyan edib.
28-03-2026, 15:56
BƏƏ-də yaralananların sayı 178 çatıb


BƏƏ-də yaralananların sayı 178 çatıb

İranın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisinə həyata keçirdiyi hücumlar nəticəsində yaralananların sayı 178 nəfərə çatıb.
Bu barədə BƏƏ Müdafiə Nazirliyi “X” platformasında yaydığı gündəlik məlumatda bildirib.
“178 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb - yüngüldən orta və ağır vəziyyətədək. Yaralananlar arasında təxminən 30-a yaxın ölkənin vətəndaşları var".
Nazirliyin açıqlamasına görə, onların arasında Rusiya vətəndaşları yoxdur:
"Hücumlar nəticəsində BƏƏ Silahlı Qüvvələrinin iki hərbçisi, silahlı qüvvələr tərəfindən işə cəlb edilmiş Mərakeş vətəndaşı olan bir mülki şəxs, eləcə də Pakistan, Nepal, Banqladeş və Hindistan vətəndaşı olan səkkiz mülki şəxs həlak olub", - deyə məlumatda qeyd olunub.
28-03-2026, 15:48
Qalibafdan sərt mesaj: ABŞ və İsrail...


Qalibafdan sərt mesaj: ABŞ və İsrail...

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını “insan sivilizasiyası üçün birbaşa təhlükə” kimi qiymətləndirib.
O, şənbə günü "X" hesabında paylaşım edərək ABŞ və İsrailin hərbi addımlarını tənqid edib və bunu sübut etmək üçün üç BMT hesabatına istinad edib.
“İranın niyə insanlıq uğrunda mübarizə apardığını və İsrailin niyə insan sivilizasiyası üçün ciddi təhdid olduğunu anlamaq istəyirsinizsə, bu üç BMT hesabatını oxuyun”, - deyə o qeyd edib.
28-03-2026, 15:34
Ağacların kəsilməsinə görə cinayət işi açıldı


Ağacların kəsilməsinə görə cinayət işi açıldı

Oğuz rayonunun Filfilli kəndi ərazisində 15 ədəd vələs ağacının kəsilməsi və təbiətə 6 min manata yaxın maddi ziyan vurulması ilə bağlı cinayət işi açılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Xaçmaz kənd sakini, 21 yaşlı Nicat Süleymanov saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
28-03-2026, 15:23
Yaşlandıqca daha çox xatırlayıram…


Yaşlandıqca daha

çox xatırlayıram…


Bu gün nədənsə Vüqarla keçən günlərimizi xatırladım. 1996-cı ildə AzTV-də tanış olmuşduq. Sütül oğlan idi. Çox mədəni, həddindən artıq nəzakətli, söhbətcil, həm də yaraşıqlı və istiqanlı idi. Fərqli redaksiyalarda işləsək də hər gün tapışıb dərdləşirdik. 10 il ərzində lap doğmalaşdıq.

Vüqar Niderlanda getdi. Onun mənim həyatımda buraxdığı boşluğu kimsə doldura bilmədi. Amma bu boşluqda təkcə özümü yox, həmişə onu düşünürdüm ki, millətinə, ailəsinə, dostlarına bu qədər bağlı olan birinin qürbətdə günü necə keçər?!
Gününün necə keçdiyini bir özü bilir, bir də Allahı. Amma mən onu bilirəm ki, gedəndə ürəyini burda qoyub getdi. Vətən dərdini də, vətənin dərdlərini də özü ilə apardı. İllərlə hər çətinliyə, hər ağrı-acıya dözdü. Xarici dil öyrəndi. Yazı- pozu işlərinə başladı. Beynəlxaq media qurumlarına üzv oldu. Yazıları uğur qazandı. Yazılarından, social mediada çıxışlarında hiss olunur ki, harda olmasından asılı olmayaraq yenə də Azərbaycanla nəfəs alır, o taylı, bu taylı Azərbaycanın birlik xəyalı ilə yaşayır…

İndi Vüqar özünün yox, övadlarının uğuruna sevinərək yazır:
“Bu gün qızım Leiden Universitetində bakalavr diplomunu rəsmi olaraq aldı. Əslində universiteti ötən yay bitirmişdi, bu gün isə diplomun təqdimat mərasimi keçirildi. Hazırda hüquq ixtisası üzrə magistr təhsili alır. Çox xoş və qürurverici bir gün oldu. Bu hissi arzulayan hər kəsə, bütün valideynlərə övladlarının sevincli günlərini yaşamağı arzu edirəm”
Əzizim Vüqar, sevincinə şərik olaraq qürurlanıram. Arzu edirəm ki, gül balanın bütün arzu-istəkləri başa çatsın! Hər birinizə sevgi və sayğılarla:

Tamxil Ziyəddinoğlu
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!