Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var .....                        Paşinyana kilsədə hücum oldu, saxlanılanlar var .....                        İran İsrailin kimya zavodunu vurdu .....                        "Qarabağ" xanım azarkeşləri üçün girişi pulsuz etdi .....                        CNN: İranla bağlı dördtərəfli danışıqlar başlayıb .....                        Tudor klubdan ayrıldı .....                        Rusiyanın Baltik dənizindəki neft terminalına zərbə .....                        3 nəfərin ölümünə səbəb olan klinika rəhbəri - Həbsdə qaldı .....                        Bu ərazidə 3 gündür istilik yoxdur .....                       
28-03-2026, 12:59
Azərbaycan təhlükəsizlik orqanları 107 - VİDEO


Azərbaycan təhlükəsizlik orqanları 107 - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü ilə bağlı videoçarx hazırlayıb.
Butov.az həmin videoçarxı təqdim edir.

28-03-2026, 12:51
İsrail İranda silah istehsalı müəssisəsini vurdu


İsrail İranda silah istehsalı müəssisəsini vurdu

Dünən İsrail Hərbi Hava Qüvvələri İranda silah istehsalı müəssisələrinə zərbələr endirib.
Məlumata görə, təxminən 50 qırıcı təyyarə İranın üç bölgəsində olan hərbi təsisatlara hücum edib.
Bu müəssisələrə ballistik raket və qırıcı əleyhinə raketlər, həm də partlayıcı qurğular istehsal edən obyektlər də daxildir.
28-03-2026, 12:17
Su basmış ərazilərdən insanlar təxliyə edilir - VİDEO


Su basmış ərazilərdən insanlar təxliyə edilir - VİDEO

Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 8-i azyaşlı olmaqla ümumilikdə 42 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hazırda FHN-in qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

28-03-2026, 12:06
Sel avtomobil yolunu yararsız hala saldı


Sel avtomobil yolunu yararsız hala saldı

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Yolun açılması istiqamətində işlər görülür.
28-03-2026, 12:06
Dünyanın ən yaxşı bacısı

Yaqut Əliyeva – 75


Dünyanın ən

yaxşı bacısı


Rəhmətlik Zemfira anam dünyasını dəyişməzdən bir neçə gün əvvəl bir az kövrək, bir az da titrək səslə mənə dedi ki, oğlum, mən bu dünyadan köçüb haqq dünyasına qovuşanda sən heç də üzülmə, ən çətin günündə Yaqut bacın yanında olacaq. O, səni məndən də çox istəyir. Özün bunun şahidi olacaqsan!

Həmin an kövrəlmişdim, heç nə deyə bilmədim. Amma illər keçdi, zaman göstərdi ki, anam, həqiqətən, haqlıdır. Yaqut bacım məni anam qədər çox istəyir. Mən bacımdan o qədər cəfakeşlik və fədakarlıq görmüşəm ki, bunların yüzdə birini qələmə alsam, uzun bir dastan yaranar.
Bir dəfə yaxın qohumlarımdan biri mənə demişdi ki, tale sənin bəxtinə “Dünyanın ən yaxşı bacısının qardaşı” olmaq xoşbəxtliyi nəsib edib! Mən isə deyirəm: “Kaş dünyadakı bütün bacılar onun kimi olaydı! Yer kürəsində “Ən yaxşı bacı nominasıyası” üzrə müsabiqə keçirilsəydi, planetin bütün münsifləri bir an belə tərəddüd etmədən bu yüksək fəxri ada məhz onu layiq görərdilər!
Amma burada bir məqamı da mütləq qeyd etmək lazımdır. O da budur ki, bacım ali təhsilli filoloq, müəllimə Yaqut Əliyeva həm də dünyanın “Ən yaxşı qayınanası rəhmətlik Səriyyə xalanın ən yaxşı gəlini” olub. Bunu bacımın həyat yoldaşı Tariyelin istisnasız olaraq bütün doğmaları söyləyirlər.
Yaqut, təbii ki, həm də ən gözəl anadır. Dünyadakı bütün analar əziz və müqəddəsdir. Amma bacımın öz övladları – Fuad və Könül ilə münasibəti təkcə ana-bala sevgisi ilə bitmir. Bu, sevimli ana və onun son dərəcə sədaqətli övladları arasında olan ilahi bir sevgidir. Bu doğma, məhrəm münasibəti adi sözlə ifadə etmək mümkünsüzdür.
Düşünürəm ki, Fuad və Könülün analarına olan sevgisini yalnız dünyanın ən böyük dramaturqu (qoy ingilislər məndən inciməsin, mənim nəzərimdə o, Vilyam Şekspirdən daha qüdrətli sənətkardır) Cəfər Cabbarlının qələmi təsvir etmək iqtidarındadır:
Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.


Bəli, Fuadın və Könülün anası, Tariyelin həyat yoldaşı, Səriyyə xalanın sevimli gəlini, İkinci Dünya Müharibəsinin əlili, atam Həsən kişinin ürəyi, anam Zemfira xanımın gözünün işığı, həyat yoldaşım Elina xanımın əziz rəfiqəsi, nəhayət, “Dünyanın ən yaxşı bacısının qardaşı kimi” daha nə yaza bilərəm? Çox şey yaza bilərəm. Sadəcə, buna ehtiyac yoxdur! Bilirəm ki, Yaqut bu sözləri oxuyub mütləq deyəcək: “Mahir (evdəkilər məni uşaqlıqdan bu adla çağırırlar) niyə bu qədər əziyyət çəkibsən?”
Burada qısa da olsa, ərz etməliyəm ki, Yaqut Həsən qızı Hüseynova (ailə qurandan sonra soyadı Əliyevadır) 1951-ci ildə Qafqazın ən gözəl şəhəri –Şəkidə dünyaya göz açıb. 1958-1968-ci illərdə Şəkidəki orta məktəbi bitirərək elə həmin il Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) filologiya fakültəsinə daxil olub. BDU-da təhsil aldığı illərdə Yaqut xətrini doğma atası qədər çox istədiyi əmisi professor Şirməmməd Hüseynovun evində yaşayıb. Burada o, hörmətli Şirməmməd müəllimdən və onun həyat yoldaşı Ülkər xanımdan özünə qarşı olduqca böyük diqqət və qayğı görüb. Yaqut Ülkər xanımı doğma anası qədər çox istədiyini heç vaxt gizlətməyib. Və onun xarakterinin formalasmasında Ülkər xanimin boyük rolu olub.

Yaqut BDU-nu fərqlənmə diplomu ilə bitirib. Bir müddət Şəkidəki musiqi texnikumunda Azərbaycan dili və ədəbiyyatından dərs deyib. 1971-ci ildə ixtisasca tikinti mühəndisi olan ağdamlı gənc Tariyel Əliyevlə ailə qurub. Birlikdə çox mehriban və xoşbəxt ailə həyatı yaşayıblar.
Rəhmətlik Tariyelin xatirəsi hamımız üçün çox əzizdir. O, həqiqətən, böyük qəlb sahibi idi. İxtisasca mühəndis olsa da, ədəbiyyatı, bəlkə də peşəkar ədəbiyyatçılar, tarixi tarixçilər qədər yaxşı bilirdi.
Tariyel Şirməmməd əmimin ailəvi dostu, xalqımızın sevimli şairi Bəxtiyar Vahabzadə poeziyasının vurğunu idi. Bu qeydləri ona görə yazıram ki, “Dünyanın ən yaxşı bacısı” Yaqut Əliyeva indi ömrünün 75 illik zirvəsinə çatır. Axı bu il martın 31-də onun ad günüdür. Bu, bizim ailə üçün çox xoş və əlamətdar bir gündür.
Əziz bacımı bu münasibətlə ürəkdən təbrik edir və ona həyatın ən böyük neməti olan can sağlığı arzulayıram! Yaqut, əzizim, yaxşı ki, varsan! Mən səninlə fəxr edirəm!

Yusif HÜSEYNOV,

naşir-jurnalist
28-03-2026, 11:33
Leysan yağışlar maşınların hərəkətini çətinləşdirdi


Leysan yağışlar maşınların hərəkətini çətinləşdirdi

Dünən gecə saatlarından başlayan güclü leysan yağışları şimal-qərb bölgəsində müəyyən çətinliklər yaradıb.
Güclü leysan yağışları nəticəsində Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında yolları su basıb.
Hazırda Şamaxı rayon ərazisində güclü leysan səbəbi ilə yollarda su səviyyəsi qalxıb, avtomobillərin hərəkətində çətinliklər müşahidə olunur.
28-03-2026, 11:22
Tailand İranla razılığa gəldi


Tailand İranla razılığa gəldi

Tailand İran İslam Respublikası ilə neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz şəkildə keçməsinə icazə vermək barədə razılığa gəlib.
Bu barədə Tailandın Baş naziri Anutin Çaarnvirakul məlumat verib.
O bildirib ki, əldə olunan bu razılaşma ölkənin yanacaq idxalı ilə bağlı narahatlıqları azaldacaq.
28-03-2026, 11:13
Leysan yağışlar davam edir - Rayonlara 50 sm qar yağıb


Leysan yağışlar davam edir - Rayonlara 50 sm qar yağıb

Ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xınalıqda düşən qarın miqdarı 39 mm (aylıq normanın 104%-i), əmələ gələn qar örtüyünün hündürlüyü isə 10 sm, Şahdağda 35 (aylıq normanın 93%-i), əmələ gələn qar örtüyünün hündürlüyü isə 49 sm, Qrızda 60 (aylıq normanın 146%-i), qar örtüyünün hündürlüyü 17 sm, Kəlbəcərdə 7, Laçında 5, Qubadlı, Şuşada 1 sm-dir.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 104 mm qeydə alınıb ki, bu da aylıq normanın 440 %-idir (təxminən 4 dəfədən çox). Kürdəmirdə 69 (aylıq normanın 201%-i), Qusarda 68 (aylıq normanın 181%-i), Xızıda 67 (aylıq normanın 149%-i), Xaçmazda 61 (aylıq normanın 251%-i), Xaltanda 60 (aylıq normanın 160%-i), Qobustanda 56 (aylıq normanın 77%-i), Şamaxıda 52 (aylıq normanın 71%-i), Qubada 52 (aylıq normanın 138%-i), Şəkidə 47 (aylıq normanın 74%-i), Şabranda 44 (aylıq normanın 190%-i), Oğuzda 39 (aylıq normanın 47%-i), Qəbələdə 38 (aylıq normanın 42%-i), Bərdədə 29 (aylıq normanın 109%-i), Tərtərdə 29 (aylıq normanın 109%-i), İsmayıllıda 26, Göyçayda 25 (aylıq normanın 56%-i), Ağsuda 23, Yevlaxda 22 (aylıq normanın 91%-i), Naftalanda 22 (aylıq normanın 115%-i), Qaxda (Sarıbaş) 22, Mingəçevirdə 21 (aylıq normanın 72%-i), Daşkəsəndə 20, Ağdamda 19 (aylıq normanın 54%-i), Zərdabda 19 (aylıq normanın 66%-i), Gədəbəydə 18, Sabirabadda 17 (aylıq normanın 56%-i), Goranboyda 16 (aylıq normanın 83%-i), Şəmkirdə 15 (aylıq normanın 54%-i), Neftçalada 14 (aylıq normanın 48%-i), Zaqatalada 13, İmişlidə 12 (aylıq normanın 40%-i), Balakəndə 12, Şahbuzda 11, Tovuz, Sədərək, Şərur, Biləsuvarda 9, Astarada 8, Gəncə, Beyləqanda 7, Ordubad, Naxçıvanda 6, Göygöldə 5, Ağstafa, Culfa, Lerikdə 3, Yardımlıda 2, Lənkəran, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
Şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Daşkəsən, Şahdağ, Qubada (Qrız) 20, Şabran, Bakıda və Abşeron yarımadasında 18 m/s-yə çatıb.
28-03-2026, 10:56
Qadını öldürüb, otlaq sahəyə atanlar həbs edildi


Qadını öldürüb, otlaq sahəyə atanlar həbs edildi

Martın 23-də Ağsu rayonunda yerləşən otlaq sahədə 1983-cü il təvəllüdlü Zahirə Şükürovanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Ağsu Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla martın 22-də Ağsu rayon sakinləri 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında Zahirə Şükürovanı qəsdən öldürdükdən sonra zərərçəkmiş şəxsin meyitini rayonunun Muradlı kəndindən yerləşən otlaq sahəyə aparmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağsu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Əyyub Sahabov və Seymur Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Ağsu rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.
28-03-2026, 10:40
Azərbaycan nefti rekord bahalaşdı - 125 dollara yaxınlaşır


Azərbaycan nefti rekord bahalaşdı - 125 dollara yaxınlaşır

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,99 ABŞ dollar artıb.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,99 ABŞ dolları və ya 2,5 % artaraq 124,24 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!