Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var .....                        Paşinyana kilsədə hücum oldu, saxlanılanlar var .....                        İran İsrailin kimya zavodunu vurdu .....                        "Qarabağ" xanım azarkeşləri üçün girişi pulsuz etdi .....                        CNN: İranla bağlı dördtərəfli danışıqlar başlayıb .....                        Tudor klubdan ayrıldı .....                        Rusiyanın Baltik dənizindəki neft terminalına zərbə .....                        3 nəfərin ölümünə səbəb olan klinika rəhbəri - Həbsdə qaldı .....                        Bu ərazidə 3 gündür istilik yoxdur .....                       
2-03-2026, 15:01
Ermənistan vətəndaşlarının Rusiyaya girişi sərtləşdirilir


Ermənistan vətəndaşlarının Rusiyaya girişi sərtləşdirilir

Rusiya hökuməti 2000-ci il tarixli “Rusiya–Ermənistan vizasız səyahət haqqında” sazişə dəyişikliklərlə bağlı layihəni təsdiqləyib. Qərara əsasən, Ermənistan vətəndaşlarının Rusiyaya giriş qaydaları sərtləşdirilir.
Yeniliklərə görə Ermənistan vətəndaşları bundan sonra Rusiyaya yalnız pasportla – o cümlədən diplomatik pasportla daxil ola biləcəklər. Digər sənədlər sərhəd keçidi üçün məqbul hesab edilməyəcək.

Məlumata görə, dəyişikliklər İrəvanla razılaşdırılıb və nota mübadiləsi yolu ilə rəsmiləşdiriləcək.

Yenilənmiş siyahıya əsasən, Rusiyaya giriş üçün aşağıdakı sənədlər qüvvədə qalacaq:

- Ermənistan vətəndaşının pasportu;

- diplomatik pasport;

- Ermənistana qayıtmaq üçün şəhadətnamə (yalnız Rusiyadan çıxış zamanı, məsələn, pasportun itirilməsi halında).

Qeyd edək ki, indiyədək Ermənistan vətəndaşları Rusiyaya 16 yaşadək uşaqlar üçün doğum haqqında şəhadətnamə, hərbi və hüquq-mühafizə orqanlarının şəxsiyyət vəsiqələri, uçuş heyəti üzvünün vəsiqəsi, eləcə də dəmir yolu işçisinin vəsiqəsi ilə də səfər edə bilirdilər. Yeni dəyişikliklərlə bu sənədlər siyahıdan çıxarılıb.
2-03-2026, 14:56
Küveyt səhvən 3 ABŞ təyyarəsini vurub


Küveyt səhvən 3 ABŞ təyyarəsini vurub

Küveytin hava hücumundan müdafiə sistemləri 3 ABŞ təyyarəsini vurub.
Bu barədə Pentaqon məlumat yayıb. Ekipaj üzvlərinin sağ olduğu qeyd edilib.
Qeyd olunub ki, təyyarələr səhvən vurulub.
Gələcəkdə insidentlərin qarşısının alınması üçün tədbirlər görülür.

2-03-2026, 14:48
Hökumət xalqın yanındadır - Pezeşkian


Hökumət xalqın yanındadır - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian X sosial şəbəkə hesabında paylaşım edib.
Həmin paylaşımda deyilir:
"Məcburi müharibənin sonuna qədər bütün nazirlərə, qurum və icra strukturlarının rəhbərlərinə tam səlahiyyət və xüsusi planlama ilə xalqa fasiləsiz və əlaqələndirilmiş xidmət göstərmələri barədə göstəriş vermişəm.
Hökumət xalqın yanındadır", - deyə o qeyd edib.

2-03-2026, 14:39
Britaniya Azərbaycana yeni səfir təyin etdi


Britaniya Azərbaycana yeni səfir təyin etdi

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dunkan Norman təyin edilib.
Səfir bu barədə X hesabında paylaşım edib.
“Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram!Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm”,-deyə səfir əlavə edib.
Qeyd edək ki, yeni səfir Dunkan Norman 2026-cı ilin may ayında vəzifəsini icra etməyə başlayacaq.
1-03-2026, 15:21
Putin Pezeşkiana başsağlığı verdi


Putin Pezeşkiana başsağlığı verdi

Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkiana başsağlığı verib.
Putin İran İslam Respublikasının Ali Lideri Seyid Əli Xameneinin sui-qəsd nəticəsində öldürülməsi ilə əlaqədar dərin kədər hissi keçirdiyini deyib.
1-03-2026, 15:03
53 vətəndaşımız İrandan təxliyə edildi


53 vətəndaşımız İrandan təxliyə edildi

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının "Astara" sərhəd-keçid məntəqəsindən təxliyəsi davam edir.
fevral saat 08:00-dan 1 mart 14:00-dək Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib.
İrandan Azərbaycana 18 Səudiyyə Ərəbistanı vətəndaşı, Tacikistanın 5, İordaniyanın 4, Qətərin 3, İtaliyanın isə 1 vətəndaşının təhlükəsiz keçidi təmin olunub.
Məlumat üçün bildirək ki, İrandan Azərbaycana 10 nəfərdən çox Çin vətəndaşının da təxliyəsi gözlənilir. Onlardan üçünün keçidi artıq həyata keçirilib.
1-03-2026, 14:55
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur


Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur

Çinin üç vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.
ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam etdirilir.
Qeyd edək ki, İrandan Azərbaycana təxliyə olunacaq Çin vətəndaşlarının ümumi sayının 10 nəfərdən çox olacağı gözlənilir.
1-03-2026, 14:51
İranda minlərlə hədəfi vuracağıq - Netanyahu


İranda minlərlə hədəfi vuracağıq - Netanyahu

İsrail yaxın günlərdə İranda minlərlə hədəfə silsilə zərbələr endirməyi planlaşdırır.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu "X" sosial şəbəkəsində yazıb.
Netanyahu həmçinin İran sakinlərini hakimiyyəti devirmək üçün küçələrə çıxmağa çağırıb.
"Bu qədər müddət gözlədiyiniz yardım indi gəlib. Tarixi missiya naminə birləşməyin vaxtı çatıb", - İsrailin Baş naziri vurğulayıb.
1-03-2026, 14:36
Azərbaycan və İran XİN başçıları telefonla danışdı


Azərbaycan və İran XİN başçıları telefonla danışdı

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, telefon danışığı zamanı, İranda hərbi əməliyyarlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub.
İran İslam Respublikasının xarici işlər naziri cari vəziyyət və atılan addımlar barədə məlumat verib.
Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.
Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.
Bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1-03-2026, 14:33
Xameneinin yerinə o təyin olundu


Xameneinin yerinə o təyin olundu

Ayətullah Əli Rza Arafi İran Ali Liderinin səlahiyyətlərini müvəqqəti icra edəcək.
Bu gün Ekspertlər Şurasının iclasında Müvəqqəti Rəhbərlik Şurasının daha bir üzvü müəyyənləşib.
Ekspertlər Şurasının iclasında ayətullah Əli Rza Arafi Müvəqqəti Rəhbərlik Şurasının üzvü seçilib. Ayətullah Əli Rza Arafi müvəqqəti Ali Liderin səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, Şuranın tərkibinə prezident, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olmalı idi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!