Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
Tarix : 8-05-2023, 14:11
Ermənistanı xoşməramlılıq nümayiş etdirməyə çağırırıq - XİN başçısı


Ermənistanı xoşməramlılıq nümayiş etdirməyə çağırırıq - XİN başçısı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanı xoşməramlılıq nümayiş etdirməyə və Bakı-İrəvan arasında münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrdə daha çox səy göstərməyə çağırıb. Bunu nazir mayın 8-də Vilnüsdə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşdən sonra keçirilən brifinqdə deyib. "Həmkarımı münaqişədən sonra regionda yaranmış vəziyyət barədə məlumatlandırdım, həmçinin Azərbaycanın sülh gündəliyinin təkmilləşdirilməsi istiqamətində göstərdiyi səylərdən, o cümlədən Ermənistanla sülh sazişi layihəsi üzrə danışıqların son raundundan danışdım. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, kommunikasiyaların açılması – bütün bu məsələlər də gündəmdədir”, - o bildirib. C.Bayramov əlavə edib ki, münaqişədən sonrakı dövrdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə səylərdə zəif dinamikanın müşahidə olmasına baxmayaraq, bütün sahələrdə, o cümlədən ikitərəfli münasibətlərin əsaslarını müəyyən edən sülh müqaviləsi layihəsi, dövlət sərhədlərinin delimitasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə əldə olunmuş tərəqqi hələ ümidlərimizi doğrultmayıb. "Biz Ermənistan tərəfini xoşməramlılıq nümayiş etdirməyə və ölkələr arasında münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrdə daha çox səy göstərməyə çağırırıq", - nazir bildirib. "Hesab edirik ki, iki ölkə arasında münasibətlərin normallaşdırılmasının ən yaxşı yolu ərazi bütövlüyünün qarşılıqlı tanınmasına və bir-birinin suverenliyə hörmətə əsaslanır. Azərbaycanın bu məsələdə mövqeyi aydın, prinsipial və dəyişməzdir", - C.Bayramov bildirib.


Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!