Bu gündən yaxın qohumlar evlənə bilməyəcək .....                        Macarıstan Ermənistana yardım ayrılmasını bloklayır .....                        “Paşinyandan xahiş etdik ki, müharibəni dayandırsın” .....                        Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılıb .....                        Azərbaycanda sammit keçiriləcək - Liderlər ölkəmizə gəlir .....                        Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi .....                        Qukasyandan yeni etiraflar .....                        Paşinyan Kallasla görüşdü .....                        Səfərov qardaşlarının nəşi Bakıya gətirildi - FOTO .....                       
Tarix : 12-10-2017, 10:56
Dünyada acların 60 faizi qadınlar və qızlardır


Dünyada acların 60 faizini qadınlar və qızlar təşkil edir. Bu mənzərənin kökləri sosial struktura gedib çıxır – qadınların təhsilə, tibbi xidmətə, resurslara çıxışının olmamasına. Eynilə, etnik azlıqlar da ayrı-seçkiliklə üzləşir və daha çox yoxsulluq və aclıq görürlər.

Modern.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, oktyabrın 12-də 2017-ci il Qlobal Aclıq İndeksi açıqlanıb. İndeksi Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutu (IFPRI), «Concern Worldwide» və «Welthungerhilfe» təşkilatları hazırlayıblar.

Hesabatda bildirilir ki, dünyada aclığın miqyasının azaldılması üzrə uzunmüddətli proqres əldə olunub. Amma hələ də milyonlarla adam xroniki aclıqdan, bəzi yerlərdə kəskin ərzaq böhranından əziyyət çəkir.
Azərbaycan 119 ölkə içində 9.6 bal toplayıb. Ötənilki bal 9.8 idi, yəni bu il irəliləyiş var.

Ölkələrin aclıq indeksi xroniki aclığın, uşaq ölümünün, uşaqlarda çəkidən qalmanın (boyuna görə) və inkişafın (yaşına görə) ləngliyinin göstəricilərinə əsasən müəyyən olunur.
Builki indeks qarışıq nəticələri ortaya qoyub: uzunmüddətli götürəndə, aclığın səviyyəsində azalma olsa da, qlobal səviyyə yüksək olaraq qalır. Fərqlər təkcə ölkələr üzrə deyil, həm də ölkələr daxilindədir.
Məsələn, Cənubi Afrika Respublikasında (CAR) durum olduqca ağırdır və son 17 ildə heç bir irəliləyiş əldə olunmayıb – 2000 və 2017-ci illərin indeksi eynidir – 50. 14 ölkə isə həmin müddətdə indekslərini 50 faizdən çox azalda biliblər. İndeksin azalması durumun yaxşılaşdığını göstərir.
Nigeriyanın şimal-şərqində 4.5 milyon nəfər aclıq içindədir, ölkənin qalan hissəsində isə ərzaq təhlükəsizliyi nisbətən təmin olunub.
Uşaqların yaş üzrə inkişafdan qalmasına görə Əfqanıstanda durum dramatik fərqlənir – ölkənin bəzi yerlərində uşaqların 24.3, bəzilərində 70.8 faizi geri qalır.
Ümumilikdə, 2000-ci ildən bəri dünyada aclıq səviyyəsi 27% azalıb. Aclıqdan səkkiz ölkə ən çox əziyyət çəkir. Yəməndən başqa onların hamısı Afrikada yerləşir: CAR, Çad, Liberiya, Madaqaskar, Syerra-Leone, Sudan və Zambiya. Bu ölkələrin çoxunda son onilliklər ərzində siyasi böhran və münaqişələr baş verib. CAR və Yəməndə isə son illər müharibələr alovlanıb.
Hesabatda ərzaq təhlükəsizliyinə hədələrin hələ də qaldığı bildirilir. Münaqişə və iqlim dəyişikliyinin yoxsulları daha çox vurduğu qeyd olunur. «Aclıq ayrıcalıq etmir» desələr də, edirmiş, aclıq onsuz da zəif və imtiyazlardan məhrumlar arasında daha amansızlıqla və davamlı hökm sürür. Müəlliflər belə deyirlər.
Bir məqam da maraqlıdır ki, dünyada yoxsulların 75%-i (3/4-ü) kənd yerlərində yaşayır.
İndeksi hazırlayanlar bildirirlər ki, hədəf dünyada 2030-cu ilədək aclığın kökünü kəsməkdir. Ancaq 20 milyon adamın hazırda aclıq riskiylə üz-üzə qalması həmin məqsədə çatmağın çox uzaqda olduğunu göstərir


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!