Sulu qar, qar yağır .....                        Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO .....                        Tehranda heç bir səfirlik bağlanmayıb - İran XİN .....                        Karapetyan ev dustaqlığına köçürüldü .....                        Suriya ordusu strateji Fərat bəndini ələ keçirdi .....                        Avtomobil və motosiklet oğurlayan şəxslər saxlanıldılar .....                        Qar Ağsu aşırımında nəqliyyatın hərəkətini iflic etdi .....                        Sabunçuda 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı .....                        İraqın XİN başçısı İrana getdi .....                       
Tarix : 10-09-2019, 15:00
ABŞ və Türkiyə arasında 100 milyard dollarlıq sövdələşmə
Görüşdən sonra mətbuat üçün verilən konfransda türk nazir iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard dolları çatmasını hədəf seçdiklərini bildirib.
“Sektorların tutumunu artıraraq ABŞ-a məhsul tədarük etməyə hazır olduğumuzu qeyd etdik. Münasibətlərimizdəki bəzi problemlərin həllində ticarətin müsbət əksinin olduğunu düşündük. Avtomobil sənayesi ilə bağlı fəaliyyətlər haqda danışdıq. Bu çərçivədə ölkəmizin gömrük vergilərindən azad olunmasını istədik. 100 milyard dollarlıq hədəfimiz üçün bunun vacib olduğunu düşünürük. Ən çox potensiala malik sektorlardan biri də mülki nəqliyyat sektorudur” – Pekcan belə deyib.
ABŞ ticarət naziri Vilbur Ross isə iki ölkə arasındakı münasibətləri barədə bunları deyib:
“52 Türkiyə firması və Nazir Pekcan ilə məhsuldar görüş keçirdik. Keçirdiyimiz danışıqları çox gözəl şərh etdiniz. Hədəfimiz iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollara qaldırmaqdır. İndiki şəraitlə müqayisədə iki-üç dəfə artırmaq. Bu, Türkiyə tərəfindən 50 milyard dollar, ABŞ tərəfindən də 50 milyard dollarlıq ticarət deməkdir. Mal və xidmətlər çərçivəsindən baxıldıqda ABŞ üçün kiçik rəqəmlərdir. Ekstra 50 milyard dollar trilyon dolların yanında bir şey deyil.
5 günümüzü burada keçirdik. 43 ABŞ firması ilə görüşdük. 52 türk firması ilə ABŞ-da işləmək istəyən firmalarla danışıqlar keçirdik. Nələr edəcəyimiz prezidentlər tərəfindən təsdiqlənəcək”.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!