İlham Əliyev həmkarına təşəkkür etdi .....                        Gürcüstan müdafiə naziri Zakir Həsənova zəng etdi .....                        İran vətəndaşları Azərbaycan üzərindən qayıda bilməyəcəklər .....                        Paşinyan təcili iclas keçirdi: regiondakı vəziyyət müzakirə olundu .....                        İsrail Azərbaycanla həmrəydir - Nazir Bakıya zəng etdi .....                        Almaniya da Azərbaycana hücumu qınadı .....                        Suriya İranın Azərbaycan və Türkiyəyə hücumunu pisləyib .....                        Azərbaycan–İran sərhədində yük daşımaları dayandırıldı - Nazirlər Kabineti .....                        Əraqçi Ceyhun Bayramova ZƏNG ETDİ .....                       
Tarix : 14-01-2020, 13:10
Gürcüstanda məktəbin yerində idman meydançasının tikilməsi azərbaycanlıları narazı salıb
Gürcüstanın Marneuli rayonunun Sabirkənd kəndində yerləşən 2 saylı 9 illik ictimai məktəbin yerində idman meydançasının tikintisinə başlanılıb.
Butov.az “Report”a istinadən xəbər verir ki, bu, yerli azərbaycanlılar arasında böyük narazılıq yaradıb.
Kənd sakinləri bildiriblər ki, qəzalı və yararsız vəziyyətdə olan təhsil müəssisəsinin sökülərək yerində yeni məktəb binasının inşa olunacağı gözlənilirdi. Azərbaycandilli məktəbin yerində idman meydançasının salınması isə yerli sakinlər üçün gözlənilməz olub.
Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov məsələ ilə bağlı “Report”a açıqlamasında deyib ki, Sabirkənd 2 saylı məktəb 10 ildir fəaliyyət göstərmir: “Həmin məktəb qəzalı vəziyyətdə olduğundan 2010-cu ildə Gürcüstanın Təhsil və Elm Nazirliyinin müvafiq qərarı ilə Sabirkənd 1 saylı məktəbə birləşdirilib”.
Onun sözlərinə görə, məktəb binasının yerində stadion tikintisini yerli idarəetmə orqanı həyata keçirir və yararsız tikili demontaj olunacaq.
K.Ömərov əlavə edib ki, Sabirkənd 1 saylı məktəb də qəzalı vəziyyətdə olduğundan onun yerində yeni bina tikiləcək: “Artıq layihə təsdiqlənib və bu il ərzində tikinti işlərinə başlanılacaq. Sabirkənd məktəbinin şagirdləri iki ilə yaxındır Algeti kənd məktəbinin ikinci növbəsində təhsil alırlar”.
Gürcüstanda məktəbin yerində idman meydançasının tikilməsi azərbaycanlıları narazı salıb


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!