İranda SEPAH generalının oğlu öldürülüb .....                        Bu rayonlara qar yağır .....                        Türkiyədə məşhur aktyor saxlanılıb .....                        İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        Fazil Mustafa teleaparıcının müdafiəsinə qalxdı .....                        Tehranda 200-dən çox etirazçı öldürülüb - “Time” jurnalı .....                        Paşinyan II Qareginin fərmanını rədd etdi .....                        Elçibəyin qardaşı oğlu: "Ərturquta dedim ki, o kimdi axı, məhkəməyə verirsən?!" .....                        ABŞ İranın cəsur xalqını dəstəkləyir! - Marko Rubio .....                       
Tarix : 4-06-2020, 13:04
Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində son 24 saatda 164 koronavirusa yoluxma faktı qeydə alınıb.
Butov.az Gunatv-yə istinadən xəbər verir ki, Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 6 min 221 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxanlardan 3 min 836 nəfər tam sağalaraq evlərinə göndərilib. Ağazadə infeksiyadan ölənlərin sayının 233 nəfər olduğunu deyib.
Güney Azərbaycanın Ərdəbil əyalətində də koronavirus infeksiyasına yoluxanların sayı 2 min 925 nəfərə çatıb. Ərdəbil Tibb Universitetinin rəisi Şəhram Həbibzadənin verdiyi məlumata görə, əyalətdə son 24 saatda 33 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. O, Ərdəbildə son 24 saatda 1 nəfərin koronavirusdan öldüyünü deyib, lakin xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verməkdən imtina edib.
Zəncan əyalətində isə rəsmi açıqlamaya görə, koronavirus infeksiyasına yoluxanların sayı 1186 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 6 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 132 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 976 nəfərinin tam sağaldığını bildirib.
Güney Azərbaycanın Həmədan, Şərqi Azərbaycan və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!