Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 12-04-2021, 16:14
Venesuelada Kubanın “Abdala” vaksini istehsal olunacaq

Venesuela Havana hökumətinin əməkdaşlığı ilə Kubanın COVID-19 əleyhinə “Abdala” vaksinini istehsal edəcək.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, Karakasda dövlət laboratoriyasında istehsal olunan vaksin hələ kliniki sınaqların ikinci mərhələsindədir.

Ölkənin vitse-prezidenti Delsi Rodrigesin sözlərinə görə, bu həftə Venesuela təqribən 11 milyon doza vaksin almaq üçün COVAX mexanizmindən yararlana bilib. Bu da ölkə əhalisinin peyvəndlənməsi üçün zəruri olan vaksinin 20 faizini təşkil edir. Rusiyanın “Sputnik V” və Çinin “Sinopharm” vaksinlərinin tədarükü barədə razılaşmalar qüvvədə qalır.

Venesuelada koronavirus pandemiyasının ikinci dalğası səhiyyə sisteminin iflasına gətirib çıxarıb. Rəsmi məlumatlara əsasən, ölkədə 175 min nəfər COVID-19-a yoluxub, təxminən 1800 nəfər bu xəstəliyin qurbanına çevrilib. Praktik olaraq bütün mənbələr rəqəmlərin azı dörd dəfə azaldılması fikrində həmrəydirlər.

Bu günədək Venesuela yalnız 750 min vaksin alıb. Bu vaksinlərlə hökumətin hərbi-siyasi qüvvələri və tibbi heyət peyvənd olunub.

“Abdala” Kuba hökumətinin istehsal etdiyi dörd vaksindən biridir. Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı “Abdala”nı COVID-19 əleyhinə vaksinin prototipi qismində qəbul edib.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!