Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                       
Tarix : 23-08-2021, 10:54
Yanez Yanşa: Avropa İttifaqı ölkələri arasında Əfqanıstan qaçqınlarının qəbuluna dair konsensus mövcud deyil


Avropa İttifaqı ölkələri arasında Əfqanıstan qaçqınlarının qəbuluna dair konsensus mövcud deyil.

Hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Sloveniyanın Baş naziri Yanez Yanşa bu barədə öz “Twitter“ hesabında paylaşma edib. O qeyd edib ki, Aİ Əfqanıstan üçün Avropaya miqrasiya korridoru açmayacaq: “Biz 2015-ci ildə yol verilmiş strateji səhvin təkrar olunmasına icazə verməyəcəyik. Biz yalnız NATO əməliyyatları dövründə bizə kömək etmiş şəxslərə və eləcə də Avropa İttifaqının xarici sərhədlərini qoruyan ölkələrə tam şəkildə mühafizə üçün kömək etməliyik.”

Baş nazir mətbuata verdiyi açıqlamasında həmçinin bildirib ki, Aİ ölkələri yeni miqrasiya dalğasını istəyib-istəmədiklərinə dair qərar verməlidirlər. Hazırda isə Aİ Şurasında bu barədə nəinki konsensus, heç sadə səs çoxluğu da mövcud deyil.

Sloven siyasətçinin açıqlaması Avropada mühafizəkarlar tərəfindən rəğbətlə qarşılansa da, bu fikrə qarşı çıxanlar da az deyil. Avropa Parlamentinin Sədri David Sassoli bildirib ki, Avropa İttifaqının mühüm beynəlxalq məsələlərdə hansı mövqe tutacağı hazırki Aİ Şurasının sədrinin vəzifə səlahiyyətlərinə daxil deyil. Onun sözlərinə görə, Avropa Parlamenti də daxil olmaqla bütün Avropa qurumları təkcə əməkdaşlıq etmiş əfqanlarla münasibətdə deyil, eləcə də özünü təhlükədə hiss edən bütün insanlara qarşı həmrəyliyin bütün elementlərini tətbiq etməyə çalışırlar.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!