Hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi .....                        Bu işçilərə ödənişsiz məzuniyyətlər veriləcək .....                        Suriya ordusu daha bir şəhəri nəzarətə aldı .....                        "VAZ" beton maneyə çırpıldı - Xəsarət alanlar var .....                        İranda ölənlərin sayı 3 mini ötüb - KİV .....                        Səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi .....                        Ermənistanda İran əleyhinə aksiya keçiririlir - FOTO .....                        Oğurluq edən 5 nəfər saxlanıldı .....                        50 yaşlı kişi su kanalında boğularaq öldü .....                       
Tarix : 20-09-2021, 09:13
Ərdoğan ABŞ-da türk və Azərbaycan icmalarının üzvləri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərində yaşayan türk və müsəlman icmalarının üzvləri ilə görüşüb.
Ordum.az xəbər verir ki, “Daha ədalətli bir dünya mümkündür” şüarı ilə, ABŞ-da fəaliyyət göstərən Türkiyə-Amerika Milli İstiqamətləndirmə Komitəsi TASC-ın təşkilatçılığı ilə baş tutan görüş Nyu-Yorkun Manhetten adasında “Manhattan Center”də baş tutub. Görüşdə Nyu-Yorkda yaşayan Azərbaycan icmasının fəalları da iştirak ediblər.
Tədbirdə çıxış edən Rəcəb Tayyib Ərdoğan COVID-19 pandemiyasının başlanğıcından indiyə kimi Amerikanın müsəlman toplumunun ehtiyacı olanlara kömək üçün apardıqları yardım kampaniyasından bəhs edib, TASC-ın müsəlman icmasının birliyi üçün fəaliyyətindən məmnunluğunu ifadə edib.
Prezident Türkiyənin vaksinə ehtiyacı olan ölkələrə verdiyi dəstəkdən bəhs edib: “Türkiyənin hazırladığı vaksini yaxın gələcəkdə bütün dünyanın xidmətinə verəcəyik. Əlimizdəki imkanları insanlıq üçün istifadə edəcəyik".
Ərdoğan Türkiyənin pandemiyadan daha ölümcül olan başqa “virus”la - İslam düşmənçiliyi ilə mübarizə apardığını bildirib. Ölkə başçısı islamofobiyanın uzun illər ərzində dünyanın qabaqcıl ölkələrində geniş vüsət aldığını deyib: "Bu “virus” sosial barışı yerlə yeksan edən xəstəliyə çevrilib. Bir çox ölkələrdə müsəlmanların cəmiyyətlərdən kənarlaşdırılması, ayrı-seçkilik artıq adi hal alıb. Biz dinimizə və müsəlman qardaşlarımıza qarşı olan bütün mənfur əməllərin qarşısındayıq. Mübarizəmizi beynəlxalq platformalarda haqq səsimizi yüksəltməklə davam etdirəyəcəyik".
ABŞ-da 300 mindən çox türkün yaşadığını deyən ölkə başçısı türk icmasının Birləşmiş Ştatlardakı fəaliyyətinin ikili münasibətlərə birbaşa təsir etdiyini bildirib: "Sizin Türkiyənin Amerikadakı elçiləri olaraq xüsusi vəzifəniz var. Türkiyə ilə ABŞ iki dost və müttəfiqdir. Bəzən fikir ayrılığı yaşasaq da, birlikdə yol aldığımız bir çox sahələr var. İyirmi milyard dollarlıq ikili ticarət dövriyyəmiz mövcuddur və hədəfimiz bunu daha da genişləndirməkdir.
Türkiyəyə qarşı qaralama kampaniyalarının aparıldığını yaxşı bilirsiniz. FETÖ-nün və digər ünsürlərin ölkəmizə qarşı apardığı çirkin əməllərini bu ölkədəki dostlarınıza danışın ki, onlar doğrunu və yalanı ayırd edə bilsinlər. Heç bir yalan həqiqət günəşinin işığında bilinməz. FETÖ-nün ölkəmizə qarşı çirkin əməllər içində olanlara birlik və bərabərliklə qalib gələ bilərik”.
Dövlət başçısı sabah açılışını reallaşdıracağı "Türk evi" binasından da bəhs edərək, bu abidənin sadəcə Türkiyənin deyil, bütün müsəlmanların evi olacağını deyib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib. O, Baş Assambleyanın 76-cı sessiyasında iştirak edəcək. Türkiyə lideri beynəlxalq təşkilatın iclasının ilk günündə çıxış edəcək.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!