“Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                        Bakının mərkəzindəki bu yol BAĞLANACAQ .....                       
Tarix : 22-09-2021, 17:20
İranda peyvənd çatışmazlığı problemi tamamilə aradan qaldırılıb


İranda peyvənd çatışmazlığı problemi tamamilə aradan qaldırılıb.

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Reza Zəbib deyib. O bildirib ki, oktyabrın 2-nə kimi ölkəyə 15 milyon doza peyvənd idxal olunacaq. Ümumilikdə İran 100 milyon doza peyvənd alıb ölkəyə gətirməyi planlaşdırıb. Bu günə kimi 40 milyon doza peyvənd gətirilib və istifadə olunur.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən ölkədə koronavirusun yayılması tədricən azalır. Son sutka ərzində İranda 17 min 433 nəfər virusa yoluxub, 286 nəfər isə bu xəstəlikdən ölüb. Bununla da İranda yoluxanların ümumi sayı 5 milyon 477 min 229 nəfər, ölənlərin sayı isə 118 min 191-ə çatıb.

Müalicəsi davam edən 6 min 632 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 4 milyon 846 min 771 nəfər sağalaraq evə buraxılıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!