Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                       
Tarix : 21-10-2021, 10:30
Rumıniyada yeni hökumət qurmaq cəhdi uğursuz olub


Rumıniyada yeni hökumət qurmaq cəhdi uğursuzluqla yekunlaşıb. Hazırkı prosedura görə, ölkə prezidenti parlamentdəki siyasi partiyaların nümayəndələri ilə yeni məsləhətləşmələr keçirməli və Baş nazir vəzifəsinə yeni namizəd təyin etməlidir.

Rumıniya parlamenti Prezident Klaus Yohannis tərəfindən Baş nazir vəzifəsinə namizədliyi irəli sürülmüş, "Rumıniyanın Qurtuluş Birliyi" (SSR) sağçı partiyasının lideri Daçian Çioloşun təqdim etdiyi yeni hökumətin tərkibinə və idarəetmə proqramına qarşı səs verib. 88 millət vəkili Çioloş hökumətini dəstəklədiyini, 184-ü əleyhinə olduğunu bildirib. Yeni kabinetin təsdiqlənməsi üçün 234 səs çoxluğu tələb olunurdu.

Beləliklə, Çioloşun Rumıniyada yeni bir partiyalı azlıq hökuməti qurmaq cəhdi baş tutmayıb. Sentyabrın əvvəlində Rumıniyada baş verən siyasi böhran nəticəsində Florin Kitsu hökumətinə sağ mərkəzçi koalisiyasının təşəbbüsü və müxalifətin dəstəyi ilə oktyabrın 5-də etimadsız elan olunub. Bundan sonra Rumıniya Prezidenti Klaus Yohannis Daçian Çioloşa yeni hökumət formalaşmağı tapşırdı. Lakin bu uğursuzluqla nəticələnib. Rumıniyada siyasi böhran davam edir. Hazırkı prosedura görə, prezident parlamentdəki siyasi partiyaların nümayəndələri ilə yeni məsləhətləşmələr keçirməli və Baş nazir vəzifəsinə yeni namizəd təyin etməlidir.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!