Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 16-09-2022, 17:09
Paşinyan Ermənistandakı satqınlarla bağlı tapşırıq verdi


Paşinyan Ermənistandakı satqınlarla bağlı tapşırıq verdi

Milli Təhlükəsizlik Xidməti müdafiə və milli təhlükəsizlik məsələləri ilə bağlı dezinformasiyalara nəzarəti davam etdirəcək. Bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib. O, informasiya təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qeyd edib. Paşinyan bildirib ki, şübhəli şəxslər şübhəli məlumatlarla ölkənin təhlükəsizliyinə təhdid yarada bilərlər. “Bu cür hərəkətlərlə Ermənistan Silahlı Qüvvələrinin işini pozmağa yönəlmiş istənilən cəhdin qarşısı məlumatları yayanların motivindən asılı olmayaraq ən sərt şəkildə alınmalıdır”, - o əlavə edib. Baş nazirin sözlərinə görə, 44 günlük müharibə zamanı və ondan sonra belə hallarla bağlı intensiv araşdırmalar aparılıb, bu işlərin bir qismi məhkəməyə qədər gedib çıxıb. Paşinyan əlavə edib ki, heç bir status heç kimə bu cür hərəkətlərə yol verməməlidir. "Mən Milli Təhlükəsizlik Xidmətindən aydın addım gözləyirəm, çünki agent şəbəkələri var və casusları tapmaq lazımdır", - baş nazir əlavə edib. Xatırladaq ki, Nikol Paşinyan bugünkü açıqlamasında Ermənistan tərəfdən sərhəddəki son döyüşlər zamanı 135 nəfərin öldüyünü, çoxlu yaralının olduğunu deyib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!