İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 4-01-2023, 15:53
Münaqişənin həllinin nə olacağı bizim qərarımız deyil - ABŞ rəsmisi


Münaqişənin həllinin nə olacağı bizim qərarımız deyil - ABŞ rəsmisi

Birləşmiş Ştatlar öz tərəfdaşları ilə birlikdə Azərbaycan və Ermənistan arasında birbaşa dialoq və Qarabağ münaqişəsi ilə bağlı məsələlərin həlli istiqamətində səylərini davam etdirir. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı deyib. Onun sözlərinə görə, ABŞ Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqdir. “Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün mövcud problemlərin həlli yollarını tapmaq üçün Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun təşviqi istiqamətində Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla, eləcə də ATƏT kimi beynəlxalq təşkilatlarla ikitərəfli əməkdaşlığı davam etdiririk”, - Prays bildirib. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycandan olan həmkarları arasında Vaşinqton və Nyu-Yorkda təşkil etdiyi görüşləri xatırladıb. “Biz, əlbəttə ki, tərəflərin özlərinin irəliləyiş əldə etmələrini istəyirik. Bu münaqişənin hərtərəfli həllinin nə olacağı bizim qərarımız deyil. Bu, tərəflərin özlərinin etməli olduğu ağır işdir”, - Dövlət Departamentinin sözçüsü bildirib. Ned Prays yekun həllə nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəklərini bir daha vurğulayıb:“Biz tərəfdaşlarımız vasitəsilə ikitərəfli və üçtərəfli səviyyələrdə münaqişə tərəflərilə yaxından işləməyə davam edəcəyik”.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!