İlham Əliyev həmkarına təşəkkür etdi .....                        Gürcüstan müdafiə naziri Zakir Həsənova zəng etdi .....                        İran vətəndaşları Azərbaycan üzərindən qayıda bilməyəcəklər .....                        Paşinyan təcili iclas keçirdi: regiondakı vəziyyət müzakirə olundu .....                        İsrail Azərbaycanla həmrəydir - Nazir Bakıya zəng etdi .....                        Almaniya da Azərbaycana hücumu qınadı .....                        Suriya İranın Azərbaycan və Türkiyəyə hücumunu pisləyib .....                        Azərbaycan–İran sərhədində yük daşımaları dayandırıldı - Nazirlər Kabineti .....                        Əraqçi Ceyhun Bayramova ZƏNG ETDİ .....                       
Tarix : 13-02-2023, 21:28
Arutyunyan qanunsuz “seçkilərin” keçirilməsi qaydasını dəyişdirir


Arutyunyan qanunsuz “seçkilərin” keçirilməsi qaydasını dəyişdirir

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların “rəhbəri” Arayik Arutyunyan qanunsuz “seçkilərin” keçirilməsi qaydasına dəyişiklik etməyi planlaşdırır. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Bildirilir ki, Arutyunyan qondarma qurumun “rəhbərinin” Qarabağdakı ermənilər tərəfindən “seçilməsini” istəmir. Dəyişikliyə əsasən, separatçıların “rəhbərini” saxta rejimin “parlamenti” təyin edəcək. Bu dəyişiklik Arutyunyanın Moskva səfərindən sonra elan edilib. “Hraparak” qəzetinin məlumatına görə, bir neçə gün əvvəl Arayik Arutyunyan müxtəlif səviyyələrdə görüşlər keçirmək və Rusiyanın Qarabağla bağlı mövqeyini aydınlaşdırmaq üçün Moskvaya gedib. O, Rusiyada bir sıra dairələrlə gizli görüşlərdən sonra yenidən Xankəndiyə qayıdıb. Onun ardınca Ruben Vardanyan da Moskvaya çağırılıb. Güman edilir ki, tətbiqi nəzərdə tutulan dəyişiklik Rusiya tərəfindən tələb edilib. Bəzi eksertlərin fikrincə, Moskva bu yolla Arayikin yerinə “Rusiyanın adamı” hesab edilən milyarder Ruben Vardanyanı gətirəcək. Arutyunyanın aqibətinin necə olacağı sual altındadır.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!