Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : 28-02-2023, 13:57
İranda məktəbə getmək istəyən qızlar zəhərlənir


İranda məktəbə getmək istəyən qızlar zəhərlənir

İranda qızların məktəbə gəlməsinin qarşısını almaq üçün onları zəhərləyiblər. Bu barədə BBC-nin araşdırmasında qeyd olunub. BBC ən azı 650 qızın zəhərləndiyini aşkarlayıb. Qızlardan heç biri həyatını itirməsə də, bəziləri tənəffüs problemi, başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib. Fevralın 26-da mətbuat konfransı keçirən İranın səhiyyə nazirinin müavini Yunus Pənahi də məlumatı təsdiqləyib. "Görünür, bəziləri bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyir”, - deyə o bildirib. Nazir müavininin sözlərinə görə, zəhərdə istifadə olunan maddələr bazarda tapıla bilən məhsullardan ibarətdir. İctimai qəzəbin artmasından sonra o, çıxışının yanlış anlaşıldığını deyib. Məlumata görə, ilk zəhərlənmə faktları 30 noyabr 2022-ci ildə Qumdakı Nur Texniki Liseyində qeydə alınıb. Bu zaman 18 şagird xəstəxanaya yerləşdirilib. O vaxtdan bəri şəhərdə 10-dan çox qız məktəbi hədəfə alınıb. Fevralın ortalarında Qumda hadisə ilə əlaqədar azı 100 nəfərin iştirakı ilə etiraz aksiyası təşkil olunub.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!