Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                       
Tarix : 28-02-2023, 23:34
Rusiyadan heç bir təhlükə hiss etmirik - Qazaxıstan XİN


Rusiyadan heç bir təhlükə hiss etmirik - Qazaxıstan XİN

Qazaxıstan hazırda Rusiyadan heç bir təhlükə hiss etmir və görmür. Bunu Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında deyib. O vurğulayıb ki, Qazaxıstan Rusiyaya sanksiyalardan yayınmağa kömək etmir. “Qazaxıstan Rusiya ilə həmsərhəd olan və ya bu regionda yerləşən digər dövlətlərlə birlikdə Avrasiya İqtisadi Birliyinin, KTMT-nin, MDB-nin üzvüdür, biz Rusiya ilə münasibətləri bu çoxtərəfli strukturlar çərçivəsində fəaliyyət göstərən bir ittifaq kimi qiymətləndiririk”, - deyə XİN başçısı vurğulayıb. Nazir əlavə edib ki, Qazaxıstan bütün dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq üçün çoxvektorlu xarici siyasətini davam etdirir. Tleuberdi onu da qeyd edib ki, Qazaxıstan Rusiya şirkətlərinin sanksiyalardan yayınması ehtimalından qaçmağa çalışır. O vurğulayıb ki, ölkədə ABŞ-ın ikinci dərəcəli sanksiyalarına məruz qalacaq şirkət və sektor yoxdur. Bununla belə, nazir bildirib ki, Qazaxıstan üçün vəziyyət ağırdır, çünki respublikanın iqtisadiyyatı Rusiyanın iqtisadiyyatı ilə bağlıdır. Blinken isə öz növbəsində bildirib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyaların Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri üçün nəticələrini anlayır. O, bəyan edib ki, ABŞ xüsusi lisenziyalar verir və C5+1 formatlı ölkələri (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) dəstəkləyir. Dövlət katibi, həmçinin Ukraynaya humanitar yardım göstərdiyinə, həmçinin ölkəsini tərk etmiş 200 mindən çox Rusiya vətəndaşını qəbul etdiyinə görə Qazaxıstana təşəkkür edib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!