Belarusun müdafiə naziri azərbaycanlı həmkarına zəng etdi .....                        “Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu .....                        “Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum oldu .....                        Azərbaycan-İran sərhədində yük maşınlarının hərəkətinə icazə verildi .....                        Tramp İrandan kapitulyasiya tələb etdi: "Heç bir razılaşma olmayacaq" .....                        Prezident Azərbaycan qadınlarını təbrik etdi .....                        Milli Məclisin Komissiyası Naxçıvanla bağlı bəyanat qəbul etdi .....                        Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət etdi .....                        Azərbaycanın İranla sərhədə hərbi texnika yığması dezinformasiyadır - MEDİA .....                       
Tarix : 3-05-2023, 20:30
Azərbaycanla aramızda hər hansı sənəd imzalansa, şad olaram - Paşinyan


Azərbaycanla aramızda hər hansı sənəd imzalansa, şad olaram - Paşinyan

İyunun 1-də Ermənistanla Azərbaycan arasında hər hansı sənəd imzalansa, şad olaram. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Mayın 3-də parlamentdə “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan baş nazirə ABŞ-Azərbaycan-Ermənistan, habelə Rusiya-Azərbaycan-Ermənistan rəsmiləri arasında üçtərəfli görüşlə bağlı sual verib. Paşinyan deputatın sualına cavab olaraq bildirib ki, onun parlamentə təqdim etdikləri Vaşinqtonda müzakirə olunur: "Masada Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı təkliflər sənədi var. Mən Xarici İşlər Nazirliyinə tapşırdım ki, sizi Azərbaycanın və Ermənistanın təklifləri ilə, bu sənədlə tanış etsin, siz istəmədiniz". Müxalif deputat Praqada keçirilən görüş formatında, Vaşinqtonda müzakirə olunan sənəd əsasında iyunun 1-də Kişinyovda Azərbaycan və Ermənistan arasında hər hansı sənədin imzalanmasının mümkün olub-olmadığını soruşub. "Belə olsa, çox sevinərəm. Bunlar pis xəbər deyil, yaxşı xəbərlərdir. Danışıqlar davam etdiyi üçün deyəcəyim hər hansı müsbət və ya mənfi şərh onların gedişatına təsir edəcək. Mən Vaşinqtona səfər edən rəsmilərə dedim ki, sərbəst danışıqlar aparsınlar və ictimaiyyətə açıqlanan fikirlərimiz çərçivəsində vurğuladım - siz bilməlisiniz ki, Azərbaycanla danışıqlar apardığınız sənədi mən imzalayacam”, - Paşinyan bildirib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!