“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 25-05-2023, 15:12
Kılıçdaroğlunun qonağı olduğu veriliş izlənmə rekordu qırdı


Kılıçdaroğlunun qonağı olduğu veriliş izlənmə rekordu qırdı

Xəbər verdiyimiz kimi, Türkiyədə prezidentliyə "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu "Babala TV" internet televiziyasında Oğuzhan Uğurun "Mevzular Açık Mikrofon" proqramının qonağı olub. Aparıcı O.Uğur verilişlə bağlı təəssüratlarını bölüşüb. O qeyd edib ki, veriliş izlənilmə rekordu qırıb. Belə ki, yutubda ilk 1 saat ərzində verilişə 4 milyondan çox istifadəçi baxıb. "Bu vaxta qədər 1 saat ərzində 1.5 milyon baxış sayı ilə rekord Məmləkət Partiyasının sədri cənab Muharrem İnceyə məxsus idi. Dünən Kılıçdaroğlunun qatıldığı proqram 1 saatda 4 milyona çatdı. İndi 20 milyona yaxındır, amma yutub sayımı ilə 11 milyona yaxın. Bu, böyük rekord idi. Kılıçdaroğlu çox sakit idi. Digər qonaqlar təbii ki, çox həyəcanlı idilər. Gözlərində həyəcan görünürdü, amma Kemal bəydə əsəb pozacaq qədər sakitlik vardı. Zalda temperament qalxıb-düşəndə bu, qonaqların bədən dilinə təsir edir, amma Kılıçdaroğlu inanılmaz dərəcədə stabil idi. Möhtəşəm idi. Klıçdaroğlu sualları sakitcə cavablandırdı. Məsələn, bir çox siyasi partiya nümayəndələri bunu edə bilməmişdi. Dedi ki, mənə çoxlu sual verəcəkləri bəllidir. İnternetdə onun haqqında çoxlu suallar dolaşır. Bunun fərqində idi, komandasını təbrik edirəm, yaxşı oxuyublar. Kemal bəy gündəmdəki mövzulardan xəbərdar idi", - Uğur söyləyib. Qeyd edək ki, Kılıçdaroğlu veriliş zamanı Azərbaycanla bağlı verilən sualı da cavablandırıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!