Amnistiya aktı 18 min 203 nəfərə şamil edilib - RƏSMİ .....                        Abşeronun içməli su təminatı bərpa olunur .....                        Qırğızıstanın Baş naziri Azərbaycana gəldi .....                        Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub .....                        İran sülh üçün 4 şərt açıqladı - SİYAHI .....                        Tramp Pezeşkianı təriflədi, İranı hədələdi - FOTO .....                        Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası .....                        Masallıda faciəli şəkildə ölən baba və nəvənin fotosu .....                        Mer və ailəsi rüşvətə görə saxlanıldı .....                       
Tarix : 2-01-2024, 13:20
Rusiya Kiyev və Xarkova raket zərbələri endirdi


Rusiya Kiyev və Xarkova raket zərbələri endirdi

Rusiya Silahlı Qüvvələri bu gün Kiyev və Xarkov şəhərlərinə güclü raket hücumu həyata keçirib.
Bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko hücumun nəticələri barədə danışarkən bildirib.
Popko qeyd edib ki, paytaxtda kütləvi raket hücumu nəticəsində yaşayış binalarının dağılması, infrastruktura ziyan dəyməsi, insan tələfatı var.
Hücum 6 saat davam edib.
"Nəticələr xüsusilə Solomenski rayonunda dəhşətlidir. Orada çoxmərtəbəli yaşayış binalarında yanğınlar qeydə alınıb. Yanğın zamanı insanlar mərtəbələrdə sıxışıb qalıb. Fövqəladə Hallar Dövlət Xidməti insanları təxliyə edir”.
Paytaxt meri Vitali Kliçko 27 nəfərin xəsarət aldığını, 1 nəfərin öldüyünü bildirib.
Xarkovda da onlarla yaralanan və ölənin olduğu bildirilir.
Ukrayna Prezidenti Vladimir Zelenski isə “Telegram”da yazıb ki, Rusiya ordusunun bugünkü hava hücumu nəticəsində 4 nəfər ölüb, 92 nəfər yaralanıb. Prezidentin bildirdiyinə görə, 500 nəfərdən artıq xilasedici, kommunal xidmət və polis əməkdaşları dağıntılar altından insanların xilas edilməsi üçün çalışır.
Rusiyanın bugünkü hücumu bütün müharibənin ən ağır hücumlarından biri kimi fərqlənir.
Məlumata görə, Ukraynaya ümumilikdə 110 müxtəlif tipli raket atılıb. Xarkov və Kiyev şəhərlərinə kütləvi hücum t zamanı "Kinjal" tipli raketlərdən istifadə olunub.
Xatırladaq ki, ötən gün Ukrayna aviasiyası Rusiyanın Belqorod şəhərinə reket hücumu təşkil etmişdi. Rusiya prezidenti Vladimir Putin həmin hücumu “terror aktı” adlandırmış və “heç bir cinayət cəzasız qalmayacaq” demişdi.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!