Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                       
Tarix : 19-04-2024, 14:34
Lavrov: “Rusiya Ermənistanı özünün müttəfiqi hesab edir”


Lavrov: “Rusiya Ermənistanı özünün müttəfiqi hesab edir”

“Rusiya Ermənistanı özünün müttəfiqi hesab edir”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Rusiya Ermənistanı təkcə hüquqi cəhətdən müttəfiq hesab etmir.
“Axı biz Ermənistanla müttəfiqik. Biz hələ də özümüzü müttəfiq hesab edirik. Biz hüquqi müttəfiqik. Düşünürəm ki, təkcə hüquqi cəhətdən deyil, həm də orada Rusiyanın Ermənistanın təhlükəsizliyi və iqtisadi inkişafı üçün əhəmiyyətini anlayanlar var”, - deyə Lavrov mətbuata müsahibəsində bildirib.
Lavrov Vaşinqton və Brüsselin Ermənistanı Rusiya ilə əməkdaşlıqdan ayırmaq üçün etdiyi hərəkətləri “həyasızlıq” adlandırıb.
Nazirin sözlərinə görə, Avrasiya İqtisadi İttifaqından (Aİİ) ən çox Ermənistan faydalanır.
“Proporsional baxımdan ən çox faydanı Ermənistan alır. Ermənistan iqtisadiyyatının 35 faizi Aİİ-də iştirak hesabına həyata keçirilir. Keçən ili götürsək, Ermənistanın ticarət dövriyyəsi iyirmi milyard dollar təşkil edir, bunun 37 faizi Avrasiya İqtisadi İttifaqı, 13 faizi Avropa İttifaqı, üç faizi ABŞ-ın payına düşür”.
“Ermənistan kiçik ölkə olmaqla, Aİİ-yə digərlərindən, o cümlədən maliyyə töhfələrindən qat-qat az töhfə verir, lakin qərarlar qəbul edildikdə, Avrasiya İqtisadi İttifaqının üzvləri səsvermə zamanı Rusiya Federasiyası da daxil olmaqla, hamı ilə tamamilə bərabər hüquqlara malikdir”, - Lavrov qeyd etdi.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!