Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                       
Tarix : 28-07-2024, 13:56
Putindən ABŞ-yə xəbərdarlıq


Putindən ABŞ-yə xəbərdarlıq

Rusiya prezidenti Vladimir Putin Vaşinqtona xəbərdarlıq edib ki, Almaniyada Amerikanın uzaqmənzilli raketlərinin peyda olacağı təqdirdə Rusiya Federasiyası orta və daha qısa mənzilli zərbə silahlarının yerləşdirilməsinə birtərəfli moratoriumun tətbiqini dayandıracaq.
Bu barədə dövlət başçısı Sankt-Peterburqda Baş Dəniz Paradını qəbul edərkən bildirib.
“Amerika administrasiyası və Almaniya hökumətinin 2026-cı ildən Almaniya Federativ Respublikası ərazisində Amerikanın uzaqmənzilli yüksək dəqiqlikli raket sistemlərinin yerləşdirilməsi planlarına dair bəyanatı diqqəti cəlb edir”, - Putin deyib.
Prezident belə silahların Rusiyanın mühüm dövlət və hərbi nəzarət obyektlərinə, inzibati və sənaye mərkəzləri və müdafiə infrastrukturuna çata biləcəyini vurğulayıb.
"Və gələcəkdə nüvə başlıqları ilə təchiz oluna biləcək bu cür raketlərin ərazimizdəki hədəflərə uçuş müddəti təxminən 10 dəqiqə olacaq", - Rusiya dövlət başçısı qeyd edib.
“Əgər Amerika Birləşmiş Ştatları belə planları həyata keçirsə, biz özümüzü orta və daha qısa mənzilli zərbə silahlarının yerləşdirilməsinə, o cümlədən Hərbi Dəniz Qüvvələrimizin sahil qüvvələrinin imkanlarının artırılmasına dair əvvəllər qəbul edilmiş birtərəfli moratoriumdan azad hesab edəcəyik”, - Putin bildirib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!