Azərbaycanda ZƏLZƏLƏ .....                        Almaniyada qatar relsdən çıxdı - Ölənlər var .....                        63 yaşlı kişi qətlə yetirildi .....                        Qardaş ölkə alovlar içində - FOTO .....                        Bilgəhdə dənizdə batan var .....                        Meşə yanğınları Fransanı da ağuşuna aldı .....                        Sahibə Qafarova Cenevrəyə getdi .....                        Əməkdar məşqçi vəfat etdi .....                        Kamboca və Tailand arasında atışma yenidən başladı .....                       
Tarix : 7-04-2016, 15:00
Türkiyəli məşhur müğənni Demet Akalın cəbhədə baş verən hadisələrdən sonra Azərbaycana dəstəyini nümayiş etdirib.

Butov.az-ın Anspress-ə istinadən məlumatına görə, müğənni 4 milyonluq “İnsaqram” səhifəsində Azərbaycana olan sevgisini nümayiş etdirib. O, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsinə dair petisiyaya qoşulmağa səsləyib. Ağ ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama administrasiyasına petisiya ilə müraciət açılıb.

“Hər kəs işğalın fərqindədir. Ermənistanın Azərbaycandakı işğalına sən də dur de. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi və bölgədəki fəlakətinin qarşısının alınması üçün səs ver, dəstək ol" - sözləri yazılmış foto paylaşıb. Demet Akalın bu paylaşımı 5 dəqiqə ərzində minlərlə insan tərəfindən bəyənilib və şərh edib. Azərbaycanlı və türk izləyiciləri tərəfindən ifaçının Azərbaycana dəstəyi müsbət qarşılanıb.

Bi neçə gün öncə Rusiyanın məşhur şoumeni, aparıcısı Dmitri Nağıyev də Azərbaycana dəstək olub. D.Nağıyev "Facebook" səhifəsində Azərbaycan bayrağını divar şəkli edib. Aparıcının paylaşdığı şəkli minlərlə izləyici bəyənib. Bundan əlavə Rusiyanın 1-ci kanalının ulduzu cəbhədə yaşananlarla yaxından maraqlanır. O, sosial şəbəkədə Qarabağdakı döyüş xəbərlərini izləyiciləri ilə bölüşür.

Cəbhə xəttində gərginlik aprelin 2-nə keçən gecədən başlayıb. Bütün cəbhəboyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Ermənilərin onlarla texnikası, çox sayda canlı qüvvəsi məhv edilib.
Türkiyənin məşhur müğənnisindən Qarabağ mesajı - FOTO


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!