Ofelya Qafarova yazır: "Zaman..." .....                        “Üçüncü dünya müharibəsi başlayıb” .....                        Oyunçularım müəyyən qədər təzyiq altında idilər - Ayxan Abbasov .....                        Makron onu baş nazir təyin etdi .....                        "iPhone 17" gəlir: Bakıda yenə “qırğın” olacaq - FOTO .....                        Millimizdən “möcüzə” - Heçə-heçəyə sevindik .....                        İsrailin hücumunda HƏMAS liderinin oğlu ölüb .....                        Nazir mətbuat konfransında huşunu itirdi .....                        İsrail niyə Qətərə hücum edib? .....                       
Tarix : 8-12-2024, 08:39
Bəşər Əsəd Suriyadan qaçdı - Hakimiyyət təhvil verilir


Bəşər Əsəd Suriyadan qaçdı - Hakimiyyət təhvil verilir

Suriya prezidenti Bəşər Əsəd ölkədən qaçıb.
Silahlılar Suriya hakimiyyətini ələ keçirdiklərini elan ediblər.
Ordudakı mənbələr, eləcə də bir sıra digər KİV dövlət başçısının təyyarəyə minərək naməlum istiqamətə uçduğunu bəyan edib.
"Flightradar" uçuş proqramının məlumatına görə, silahlıların şəhərə daxil olması xəbərləri ilə eyni vaxtda Dəməşq hava limanından Suriya Hava Yollarına məxsus təyyarənin havaya qalxması diqqət çəkib. O, əvvəlcə sahilyanı əraziyə doğru uçsa da, sonra qəfil dönüb başqa istiqamətə gedib. Bir neçə dəqiqədən sonra təyyarə xəritədən itib. Təyyarənin Əsədə məxsus olduğu bildirilir.
Məlumata əsasən, Suriya ordusunun komandanlığı zabitlərə Bəşər Əsədin artıq hakimiyyətdə olmadığını bildirib.
Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali hakimiyyəti təhvil verməyə və müxalifətlə əməkdaşlığa hazır olduğunu açıqlayıb.
“Bu ölkə qonşuları ilə və bütün dünya ilə yaxşı münasibətlər quran normal ölkə ola bilər... Amma bu məsələ Suriya xalqının hansı rəhbərliyi seçməsindən asılıdır. Biz onlarla (müxalifət qüvvələri - Red.) əməkdaşlığa və bütün mümkün şəraiti təmin etməyə hazırıq”, - hökumət başçısı "Facebook"dakı videomüraciətində deyib.
Silahlılar Dəməşqin tutulduğunu və prezident Bəşər Əsəd rejiminin süqut etdiyini elan ediblər.
"Heyət Təhrir əl-Şam" qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culani hakimiyyətin rəsmi təhvil verilməsinə qədər qurumların baş nazirin nəzarətində qalacağını açıqlayıb.
Qruplaşma bütün dünyadakı suriyalılara “Suriya sizi gözləyir” sözləri ilə müraciət edib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!