Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                        Piyadanı maşın vurdu - Tıxac yarandı .....                       
Tarix : 12-04-2016, 12:03
Xarici mediaya işğal olunmuş ərazilərimizlə bağlı tövsiyə


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti xarici medianın işğal olunmuş ərazilərimizdə fəaliyyəti ilə əlaqədar məlumat yayıb.

Rəsmi Yerevan 2 aprel tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin təxribatçı və təhrikçi əməlləri ilə cəbhədə yaranan gərginlik, təmas xətti boyunca sıx yaşayan Azərbaycan əhalisinin artilleriya və digər ağır silahlardan atəşə tutulması və nəticədə mülki insanlar arasında ölüm və yaralanma hallarına görə daşıdığı siyasi-hüquqi məsuliyyətdən diqqəti yayındırmaq və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə işğal olunmuş Azərbaycan ərazilərinə xarici media nümayəndələrinin səfərlərini təşkil etməyə cəhd edir.

XİN xarici medianın qoşunların təmas xəttində yaranmış gərginliyə marağını və peşəkar fəaliyyətini həyata keçirmək zərurətini anlayaraq, aşağıdakı qaydalara əməl edilməli olduğunu bildirir:

- Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edərək, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində jurnalist fəaliyyətini həyata keçirmək niyyətində olan xarici media nümayəndələri əvvəlcədən Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət etməlidir. Müraciətlər XİN-in internet saytı vasitəsilə elektron akkreditasiya formasında göndərilə bilər;

- Obyektivliyi və tarazlığı təmin etmək, birtərəfli yanaşmaya yol verməmək və beynəlxalq ictimaiyyəti düzgün məlumatlandırmaq üçün Ermənistan silahlı qüvvələrinin əməlləri nəticəsində qoşunların təmas xətti boyunca mülki Azərbaycan əhalisinə və obyektlərə dəymiş zərər də işıqlandırılmalıdır;

- Xarici mediaya Ermənistan tərəfinin beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş dezinformasiya, yalan və təxribat xarakterli məlumatlarına, tərtib etdiyi qurama səhnələrə və yaydığı materialların səhihliyinə diqqətlə yanaşmağı tövsiyə edirik.


Axşam.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!