Maşını əzib sürücünü döyənlər həbs olundu .....                        Ukraynada seçki nə vaxt keçiriləcək? - Zelenskidən cavab .....                        Ukraynada seçki nə vaxt keçiriləcək? - Zelenskidən cavab .....                        Türk dünyasının yeni bayrağı qaldırıldı .....                        Bayramov iranlı həmkarı ilə danışdı .....                        Heç birimiz ruslara güvənmirik - Zelenski .....                        İlham Əliyev Baş katibi qəbul edib .....                        Ərdoğandan DEM partiyaya mesaj: “...istəsələr, razılıq verərəm” .....                        Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırdır - Xüsusi elçi .....                       
Tarix : Bu gün, 15:38
Moskva Ukraynada atəşkəsə şübhə ilə yanaşır


Moskva Ukraynada atəşkəsə şübhə ilə yanaşır

Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndələri arasında görüş keçirilib. 9 saat davam edən görüşdə ciddi nəticələr əldə edilib.
Danışıqların nəticəsində Ukrayna 30 günlük tam atəşkəsə razılıq verib. Bunun əvəzində ABŞ Kiyevə kəşfiyyat məlumatlarının verilməsini bərpa edəcəyini və təhlükəsizlik sahəsində yardım göstərəcəyini vəd edib. Ekspertlər Ukraynaya silah tədarükünün yenidən başlayacağını düşünür. Bundan əlavə, tərəflər nadir torpaq metallarına dair razılaşmanın "ən qısa zamanda" bağlanmasına qərar veriblər.
Volodimir Zelenski gecə videomüraciətində deyib ki, ABŞ təkcə Qara dənizdə deyil, həm də bütün cəbhə xətti boyunca tam müvəqqəti atəşkəs əldə etməyi, raket, dron və bomba hücumlarını dayandırmağı təklif edir. "Ukrayna bu təklifi qəbul etməyə hazırdır - biz bunu müsbət addım kimi görürük və qəbul etməyə hazırıq", - deyə Zelenski bildirib.
Atəşkəs təklifinə Rusiya tərəfi hələlik heç bir reaksiya verməyib.
Kremlin sözçüsü Rusiyanın tələsmədiyini bildirib. “Bir az tələsirsiniz. Biz tələsmək istəmirik. ABŞ dövlət katibi Marko Rubio və ölkə Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bu məsələ ilə bağlı bizə məlumat verəcəklərini bildirib. Şərh verməzdən əvvəl ABŞ tərəfini dinləməliyik, onlarla görüşə ehtiyac yaranarsa, çox tez təşkil olunacaq. Amerika ilə əlaqə üçün mövcud kanallar bunu kifayət qədər qısa müddətdə etməyə imkan verir”, - deyə Peskov qeyd edib.
Qərb mətbuatında yayılan məlumata görə, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff martın 16-dək Moskvaya səfər edə bilər. Lakin Kreml bu məlumatı təsdiqləməyib.
"Reuters" agentliyinin Rusiyadakı mənbələri 30 günlük atəşkəs təklifinə ehtiyatla cavab verib və qeyd ediblər ki, Ukraynada müharibənin dayandırılması ilə bağlı istənilən razılaşma Rusiyanın uğurlarını nəzərə almalı və Moskvanın narahatlığını aradan qaldırmalıdır.
Rusiyanın yüksək vəzifəli mənbəsi agentliyə bildirib ki, Putin şərtləri müzakirə etmədən və bəzi zəmanətlər almadan atəşkəsə razılaşmaqda çətinlik çəkəcək.
Vəziyyətin həssaslığına görə adının açıqlanmasını istəməyən mənbə “Putinin indiki formada bununla razılaşması çətindir” deyib. “Putin güclü mövqedədir, çünki Rusiya irəliləyir”. Agentliyin həmsöhbəti əlavə edib ki, atəşkəsdən əlavə təminat olmadan Rusiyanın mövqeyi tez bir zamanda zəifləyə bilər və Qərb Rusiyanı müharibəni dayandıra bilməməsinə görə məsuliyyət daşıya bilər.
Digər yüksək səviyyəli rus mənbəsi bildirib ki, Moskvanın nöqteyi-nəzərindən atəşkəs təklifi tələ kimi görünür, çünki konkret zəmanət və öhdəliklər olmadan Putin üçün müharibəni dayandırmaq çətin olacaq. Üçüncü rus mənbəsi qeyd edib ki, atəşkəs təklifi ABŞ-ın hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsinin bərpası ilə müşayiət olunub.
"Bloomberg" analitikləri bildirir ki, ABŞ və Ukraynanın əldə etdiyi bu razılaşma Vladimir Putinə müəyyən öhdəliklər qoyur. Razılaşmanın uğurlu olması üçün Kremlin atəşkəsə əməl etməsi vacibdir. Lakin Putin üçün bu razılaşmanı qəbul etmək çətin ola bilər, çünki o, hələ də hərbi məqsədlərinə çatmaq niyyətindədir.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!