Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
Tarix : 28-03-2025, 13:56
Ərdoğanla Putin arasında telefon danışığı - Nələr müzakirə edildi?


Ərdoğanla Putin arasında telefon danışığı - Nələr müzakirə edildi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Türkiyə tərəfi məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasındakı ikitərəfli əlaqələr, regional və beynəlxalq mövzular müzakirə edilib.
Ərdoğan regional məsələlərin həllində Türkiyə-Rusiya əməkdaşlığının vacib rol oynadığını, Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün başladılan prosesi Türkiyənin yaxından izlədiyini, eləcə də davamlı sülhün əldə edilməsi üçün sülh müzakirələrinə ev sahibliyi etmək də daxil olmaqla hər cür dəstəyə hazır olduğunu bildirib.
Türkiyə Prezidenti Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyi üçün atılacaq xoş niyyətli addımların sülh prosesinə töhfə verəcəyini və Türkiyənin Qara dənizin münaqişə bölgəsinə çevrilməsinin qarşısını almaq üçün üzərinə düşəni etməyə davam etdiyini bildirib.
Liderlər Suriya məsələsində də danışıb. Türkiyə Prezidenti Suriya məsələsində ölkəsinin Rusiya ilə əməkdaşlığına əhəmiyyət verdiyini, Suriyanın ərazi bütövlüyü əsasında davamlı sabitlik və stabiliyyə qovuşması üçün Türkiyə ilə Rusiyanın birgə çalışmasının mühüm olduğunu, Suriyanın birliyini pozmağa istiqamətlənmiş etnik və məzhəb ayrılığını alovlandıran cəhdlərin, eləcə də bu ölkəyə qarşı sanksiyaların bütövlükdə qaldırılması üçün iki ölkənin birgə çalışa biləcəyini ifadə edib.
O əlavə edib ki, Suriyanın resurslarını özünün istifadə etməsi vacibdir və Türkiyə Suriya Demokratik Qüvvələrininnin mərkəzi hökumət nəzdində fəaliyyət göstərməsini dəstəkləyir. Rəcəb Tayyib Ərdoğan bundan sonra terrorçular üçün əlverişli ərazi olmaqdan tamamilə çıxarılmasının Suriya üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!