29-09-2022, 15:12
Rusiyanı tərk edin! - Daha bir ölkədən çağırışLatviya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb. Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs bildirib. “Rusiyanı mümkün qədər tez tərk edin. Bu çağırış beynəlxalq vəziyyətin gərginləşməsini nəzərə alaraq edilib”, - nazir deyib. Qeyd edək ki, bundan əvvəl ABŞ və Polşa vətəndaşlarını Rusiyadan çıxmağa çağırıb.
29-09-2022, 15:09
Bosfor boğazı Rusiyaya gedən gəmiyə görə bağlandıBosfor boğazından keçən quru yük gəmisində nasazlıq yaranıb. Bu səbəbdən boğazda gəmilərin hərəkəti dayandırılıb.
Butov.az xəbər verir ki, 190 metrlik quru yük gəmisi Panama bayrağı altında üzür və Rusiyaya doğru hərəkət edirdi. Məlumata görə, İstanbulun Asiya sahillərində yük gəmisinin mühərriki sıradan çıxıb və o boğazda qalıb. Hadisə yerinə yedək gəmiləri göndərilib. Gəminin boş olduğu bildirilir.
29-09-2022, 15:06
Yeni baş nazir Zelenskiyə söz verdiBöyük Britaniyanın Baş naziri Liz Trass və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Britaniya hökuməti məlumat yayıb. Trass söhbət zamanı Britaniyanın Ukraynaya davamlı dəstəyini ifadə edib. Baş nazir açıq şəkildə bildirib ki, Britaniya Rusiyanın Ukraynanın suveren ərazilərini ilhaq etmək cəhdlərini tanımayacaq. Zelenski isə Baş naziri hazırkı hərbi vəziyyətlə bağlı məlumatlandırıb.
28-09-2022, 20:55
Rusiyaya yardım edənlər də cəzalandırılacaqAvropa İttifaqı (Aİ) Rusiya Federasiyasının Müdafiə Nazirliyinə, Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin qondarma rəhbərliyinə qarşı sanksiyalar tətbiq edəcək. Bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borell bildirib. Onun sözlərinə görə, Rusiyanın sanksiyalardan yayınmasında iştirak edən əcnəbilərə qarşı da sərt cəzalar tətbiq olunacaq.
28-09-2022, 20:43
İranda etirazçılar deputatın ofisini yandırdılarİranın Kürdüstan əyalətinin Mərivan şəhərində parlamentin iqtidaryönlü üzvü Şiva Qasemipurun ofisi etirazçılar tərəfindən yandırılıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
28-09-2022, 20:20
Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır - Peskov"Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır, banklar ikinci dərəcəli sanksiyalarla hədələnir, vəziyyət ağırdır". Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.“Banklar və təsərrüfat subyektləri ABŞ-ın güclü təzyiqi altındadır. Bu təzyiqə qarşı birgə mübarizə yollarını axtarmaq lazımdır",- Kreml sözçüsü deyib. Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin “İşbank”ı və “Dənizbank” Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırdıqlarını açıqlayıb. Bildirilib ki, müvafiq qərar ABŞ və Böyük Britaniyanın Rusiya Federasiyasına qarşı sanksiyaları ilə əlaqədar verilib.
28-09-2022, 20:19
Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır - Peskov"Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır, banklar ikinci dərəcəli sanksiyalarla hədələnir, vəziyyət ağırdır". Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.“Banklar və təsərrüfat subyektləri ABŞ-ın güclü təzyiqi altındadır. Bu təzyiqə qarşı birgə mübarizə yollarını axtarmaq lazımdır",- Kreml sözçüsü deyib. Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin “İşbank”ı və “Dənizbank” Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırdıqlarını açıqlayıb. Bildirilib ki, müvafiq qərar ABŞ və Böyük Britaniyanın Rusiya Federasiyasına qarşı sanksiyaları ilə əlaqədar verilib.
28-09-2022, 20:12
Ərdoğan Zelenski ilə danışdı, “referendum”u pislədiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, liderlər Rusiya və Ukrayna arasında davam edən müharibəni müzakirə ediblər. Ərdoğan əsir mübadiləsi prosesinin uğurla başa çatmasından məmnunluğunu ifad edib. Türkiyə Prezidenti bildirib ki, Ukraynanın Rusiyanın nəzarəti altında olan ərazilərində "referendum" keçirilməsi diplomatik səylərə mane olur. Bundan əlavə, Ərdoğan müharibənin sülh yolu bitməsi üçün hər cür töhfəni verməyə hazır olduğunu diqqətə çatdırıb.
28-09-2022, 19:55
Lukaşenkonun səfəri beynəlxalq hüquqa ziddir - ZurabişviliGürcüstan Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfərini pisləyib. Bu barədə o, özünün twitter hesabında məlumat yayıb. O, səfərin beynəlxalq hüquqa zidd olduğunu qeyd edib. Zurabişvili səfərin Gürcüstan və Belarus arasındakı ikitərəfli əlaqələrə mənfi təsir edəcəyini vurğulayıb.
28-09-2022, 19:53
Şolts Zelenski ilə danışdıAlmaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb. Bu haqda Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit açıqlama verib. Şolts və Zelenski Ukraynanın hərbi, siyasi və iqtisadi vəziyyəti, həmçinin ölkəyə dəstək imkanları, o cümlədən ölkənin yenidən qurulması ilə bağlı fikir mübadiləsi aparıblar. Şolts bəyan edib ki, Almaniya Ukraynaya onun suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün konkret dəstəyi, həmçinin silah, siyasi, maliyyə və humanitar yardımı dayandırmayacaq.