Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                       
21-10-2022, 17:26
Ukrayna Rusiyanın pulları ilə bərpa olunacaq


Ukrayna Rusiyanın pulları ilə bərpa olunacaq

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə etməyi düşünməlidir. Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib.“Biz dondurulmuş aktivlərdən Ukraynaya yardım məqsədilə istifadə etməliyik. Həmçinin ölkənin bərpasında da bu aktivlərdən yararlanmaq olar",- Mişel Rusiyanı qəzəbləndirən fikirlər səsləndirib.
21-10-2022, 15:53
Səfərbərliyə çağırılan 10 min əsgər geri qaytarıldı


Səfərbərliyə çağırılan 10 min əsgər geri qaytarıldı

Rusiyada səfərbər olunan 10 minə yaxın əsgər geri qaytarılıb. Bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov deyib."Bu günə qədər ölkə üzrə 10 minə yaxın insan müxtəlif səbəblərə görə geri qaytarılıb", - Kartapolov bildirib. Qeyd edək ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.
21-10-2022, 15:51
İrandan Ukrayna ilə bağlı çağırış


İrandan Ukrayna ilə bağlı çağırış

İran Ukraynada hərbi münaqişənin şiddətlənməsi və təhlükəsizliklə əlaqədar bütün vətəndaşlarını bu ölkədən çıxmağa çağırıb. Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.“Ukraynada olan iranlılar canlarını və təhlükəsizliyini qorumaq üçün bu ölkəni tərk etməlidirlər”, - deyə İran Ukraynadakı vətəndaşlarına çağırış edib.
21-10-2022, 15:27
Ermənistan və Gürcüstan razılaşdı


Ermənistan və Gürcüstan razılaşdı

Hərbçilərin sosial müdafiəsi sahəsində əməkdaşlıq çərçivəsində Gürcüstan Müdafiə Nazirliyinin Sosial Məsələlər və Psixoloji Təminat Departamentinin nümayəndə heyəti oktyabrın 19-20-də Ermənistanda səfərdə olub. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi qulluqçuların sosial müdafiəsi ilə bağlı məsələlər müzakirə edilib. Qarşılıqlı maraq doğuran istiqamətlərdə gələcək əməkdaşlığa dair razılaşmalar əldə olunub. Gürcüstan nümayəndə heyəti Hərbi qulluqçuların Sığorta Fondunda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də görüşlər keçirib.
21-10-2022, 15:25
Rusiya Ukraynada daha 100 əsgər itirdi


Rusiya Ukraynada daha 100 əsgər itirdi

Son sutka ərzində Ukrayna hərbçiləri daha 100-ə yaxın rus hərbçini məhv edib. Butov.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, fevralın 24-dən düşmənin ümumi döyüş itkiləri təqribən 66 min 750 nəfərdir ki, onlardan 100-ü ötən sutka ərzində məhv edilib. Bundan əlavə, düşmənin digər itkiləri:
2 min 573 tank (son sutkada 6),
5 min 258 zirehli döyüş maşını (gündə 3),
1648 artilleriya sistemi (gündə 2),
372 raket sistemi,
189 hava hücumundan müdafiə sistemi,
269 ​​təyyarə,
243 helikopter,
1325 dron (gündə 14),
329 qanadlı raket,
16 gəmi və qayıq,
4006 ədəd avtomobil texnikası və tanker (gündə 1 ədəd),
47 ədəd xüsusi texnika.
21-10-2022, 14:45
Xarkovda güclü partlayışlar olub


Xarkovda güclü partlayışlar olub

Bu gün səhər saatlarında Ukraynanın Xarkov vilayətində partlayışlar olub. Bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib. Onun sözlərinə görə, Xarkovun mərkəzinə zərbələr endirilib, ardınca şəhərdə güclü partlayış səsləri eşidilib. Ölən və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
21-10-2022, 14:43
Beynəlxalq məhkəmə Ermənistanın tələbini rədd etdi


Beynəlxalq məhkəmə Ermənistanın tələbini rədd etdi

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın tələbəni rədd edib. Bu barədə Məhkəmənin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məhkəmə Ermənistanın irqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı müvəqqəti tədbirləri göstərməklə 7 dekabr 2021-ci il tarixli məhkəmə qərarında dəyişiklik edilməsi barədə tələbinə müsbət cavab verməyib. Beynəlxalq Ədalət Məhkəməsi 12 oktyabr 2022-ci il tarixli məcburi qüvvəyə malik olan qərarında belə nəticəyə gəlib ki, 2022-ci ilin sentyabrında tərəflər arasında baş vermiş döyüşlər və erməni hərbçilərin saxlanılması məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməsinə əsas verən vəziyyət yaratmır.
21-10-2022, 14:37
Conson yenidən baş nazir olmağa hazırlaşır


Conson yenidən baş nazir olmağa hazırlaşır

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Liz Trassın istefasından sonra hökumət rəhbəri postuna öz namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə "Times" nəşri yazıb. Bildirilir ki, bir həftə ərzində partiyanın yeni liderinin seçkisi keçiriləcək. Qəzetin yazdığına görə, keçmiş maliyyə naziri Rişi Sunak və Britaniya İcmalar Palatasının lideri Penni Mordaunt da namizədliyini irəli sürməyi planlaşdırır. Xatırladaq ki, Trass bu gün, baş nazirliyinin 45-ci günündə vəzifəsindən istefa verdiyini açıqlayıb.
21-10-2022, 14:35
Zelenski Lukaşenkonu da "qara siyahı"ya saldı


Zelenski Lukaşenkonu da "qara siyahı"ya saldı

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus dövlət başçısı Aleksandr Lukaşenkoya sanksiya tətbiq edib. Bu barədə Ukrayna Prezidentinin rəsmi saytında məlumat yayılıb. Bildirilir ki, Belarusun birinci xanımı Qalina Lukaşenko da "qara siyahı"ya salınıb. Xatırladaq ki, siyahıda rusiyalı və ukraynalı biznesmenlərin də adları yer alıb.
20-10-2022, 21:17
28 ölkə İsveç və Finlandiyanın NATO-ya qoşulmasına "HƏ" deyib


28 ölkə İsveç və Finlandiyanın NATO-ya qoşulmasına "HƏ" deyib

NATO-ya üzv olan 30 ölkədən 28-i İsveç və Finlandiyanın Alyansa daxil olmasını ratifikasiya edib. Bu barədə İsveçin Baş naziri Ulf Kristersson Alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bildirib. Stoltenberq İsveç və Finlandiyaya təzyiq ediləcəyi təqdirdə, NATO-nun onlara dəstək olacağına söz verib. Blokun 30 ölkəsindən yalnız ikisi, Macarıstanla Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ratifikasiya etməyib. Mətbuatda bildirilir ki, yaxın günlərdə Macarıstan parlamenti qərarı ratifikasiya edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!