İranın hava məkanı yenidən açılır .....                        Məşhur aktyor ürəktutmasından vəfat etdi .....                        Xankəndidəki Zəfər parkından YENİ GÖRÜNTÜLƏR .....                        Rusiya Əfqanıstanı tanıdı .....                        Yenidən Avropa çempionu oldu .....                        Yeniyetmə su anbarında boğulub öldü .....                        3 ölkənin lideri Şahbulaq qalasında - FOTO .....                        Rusiyada azərbaycanlı "qanuni oğru" tutuldu .....                        İsrail "Hizbullah" komandirini öldürdü .....                       
10-07-2024, 15:48
Ermənistanda Paşinyanın reytinqi düşüb, amma hamıdan öndədir


Ermənistanda Paşinyanın reytinqi düşüb, amma hamıdan öndədir

“Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin keçirdiyi sorğuda respondentlərin 54,8%-i baş nazir Nikol Paşinyanın işini mənfi qiymətləndirib.
Bunu iyulun 10-da jurnalistlərlə görüşdə nümayəndəliyin direktoru Aram Navasardyan bildirib.
O, əlavə edib ki, 13,4% respondent Ermənistanın baş nazirinin işini tam müsbət, 21,7% kifayət qədər müsbət, 14,5%, kifayət qədər mənfi, 40,3% tamamilə mənfi qiymətləndirib.
10,1% respondent bu suala cavab verməkdə çətinlik çəkib.
Navasardyanın sözlərinə görə, respondentlərin 16,7%-i Ermənistan hökuməti tərəfindən həyata keçirilən sərhədlərin delimitasiyasına tamamilə müsbət yanaşır. Bu prosesə respondentlərin 21,2%-i kifayət qədər müsbət, 17,5%-i kifayət qədər mənfi, 39,4%-i tamamilə mənfi rəy bildirib.
5,2% bu suala cavab verməkdə çətinlik çəkib.
Aram Navasardyan bildirib ki, keşiş Baqrat Qalsanyanın da reytinqi aşağı düşüb. Belə ki, rəyi soruşulanların 18,3 faiz keşişin rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatına tam müsbət münasibət bəslədiyini deyib. Halbuki, may ayında həmin göstərici 35,1% idi.
32,4% Baqrat Qalsanyanın fəaliyyətinə tamamilə mənfi qiymət verib. May ayında bu göstərici 23,5% idi.
Respondentlərdən soruşulub ki, “əgər gələn bazar günü parlament seçkiləri olsa, hansı partiyaya səs verəcəksiniz?”.
Bu suala cavab verənlər birinci yerdə Nikol Paşinyanın rəhbəri olduğu “Mülki müqavilə” partiyasının göstəriblər.
Belə ki, sorğunun nəticələrinə görə, “Mülki müqavilə” 14,4%, "Ermənistan Alyansı" 3,7 %, "Mənim şərəfim var” partiyası 2,3%, “Respublika" partiyası 0,6% səs toplayıb.
10-07-2024, 13:33
Pezeşkianın andiçmə mərasiminin tarixi açıqlandı


Pezeşkianın andiçmə mərasiminin tarixi açıqlandı

Məsud Pezeşkian 2024-cü il iyulun 30-da İran İslam Respublikasının 9-cu prezidenti kimi parlamentdə (and içəcək.
Bunu İran parlamentinin Rəyasət Heyətinin sözçüsü Höccətülislam Əlirza Səlimi bildirib.
Qanuna əsasən, prezidentin andiçmə mərasimi İslam İnqilabının Rəhbəri tərəfindən təsdiqlənir. Prezidentin andiçmə mərasimi İran Ali Məhkəməsinin sədri, Keşikçilər Şurasının üzvləri və digər yüksək rütbəli dövlət və hərbi rəsmilərin iştirakı ilə keçiriləcək.
Konstitusiyanın 121-ci maddəsinə əsasən, seçilmiş prezident üzərinə götürdüyü vəzifələrin yerinə yetirilməsi üçün bütün istedadını, imkanlarını və səriştəsini sərf edəcəyinə and içəcək və nəhayət, imza atacaq.
Yeni prezident andiçmə mərasimindən sonra 2 həftə ərzində proqramını və hökumətin tərkibini parlamentə təqdim etməlidir. Parlamentdə təqdim olunan nazirlərə etimad səsinin verilməsi ilə bağlı bir həftə ərzində müzakirələr aparılacaq.
İyulun 5-də keçirilən 14-cü prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkian xalq tərəfindən səs çoxluğu ilə İranın 9-cu dövlət başçısı seçilib.
10-07-2024, 13:21
Avstriya NATO-ya daxil olmağı planlaşdırmır


Avstriya NATO-ya daxil olmağı planlaşdırmır

Avstriya NATO-ya üzv olmaq niyyətində deyil, lakin alyansla tərəfdaşlıqdan da imtina etməyəcək.
Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq bu barədə ORF radiosunun efirində deyib. “Biz hərbi baxımdan neytral dövlətik və NATO-ya üzv olmağı planlaşdırmırıq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Avstriya 1995-ci ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edir və bu qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Aleksandr Şallenberq iyulun 9-11-də NATO-nun Vaşinqtonda keçirilən sammitinə dəvət alsa da, Hindistanın Baş naziri Narendra Modinin Vyanaya səfərinə görə tədbirdə iştirak etmir.
9-07-2024, 19:09
Meloni Vaşinqtona getdi


Meloni Vaşinqtona getdi

İtaliyanın Baş naziri Ciorcia Meloni NATO-nun 75-ci yubiley sammitində iştirak etmək üçün ABŞ-a səfərə gedib.
Bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.
İyulun 9-11-də keçiriləcək sammit çərçivəsində C.Meloninin müxtəlif ikitərəfli görüşlər keçirməsi gözlənilir.
8-07-2024, 21:21
Texas sahillərində qorxulu qasırğa


Texas sahillərində qorxulu qasırğa

Karib dənizində yaranmış “Beril” qasırğası yerli vaxtla bazar ertəsi səhər saatlarında ABŞ sahillərinə yaxınlaşıb.
Texas ştatının Mataqorda ərazisində küləyin sürəti saatda 138 kilometr olub. Qasırğa nəticəsində bölgədə leysan yağışı, tufan və şiddətli külək hökm sürüb. Qasırğa zamanı ağacın aşması nəticəsində bir nəfər həyatını itirib. Bölgədə iki milyondan çox insan elektrik enerjisiz qalıb.
Milli Qasırğa Mərkəzinin yaydığı məlumata görə, sahil boyu dağıdıcı zərər vuran qasırğa ştatın içərisinə doğru irəliləyir.
Xatırladaq ki, “Beril” qasırğası iyunun 29-da Atlantik okeanında formalaşıb və Saffir-Simson qasırğa şkalasına əsasən 4-cü kateqoriyaya yüksəlib. Karib dənizindəki ada dövlətlərində, Venesuelada hökm sürən qasırğa azı 11 nəfərin həyatına son qoyub. Hazırda qasırğanın sürəti 1-ci kateqoriyaya düşüb. Bu, qasırğa üçün ən aşağı kateqoriya sayılsa da, tropik fırtınadan güclü hesab olunur. “Beril” bölgədə ən erkən başlayan qasırğa kimi qeydə alınıb.
8-07-2024, 21:10
Sabiq erməni nazirin malikanəsi müsadirə olundu


Sabiq erməni nazirin malikanəsi müsadirə olundu

ABŞ məhkəməsi Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın ailəsinə məxsus Los-Ancelesdəki malikanənin müsadirə edilməsinə qərar verib.
Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Qərara əsasən, cinayət mənşəli mülkiyyət hesab edilən malikanə ən yüksək bazar qiymətinə satılacaq.
Məhkəmə malikanənin müsadirə edilməsi və satılması barədə qərarı Ermənistan Baş Prokurorluğu ilə ABŞ-nin müvafiq orqanlarının əməkdaşlığı nəticəsində qəbul edib. Hazırda erməni və amerikalı tərəflər malikanənin satışından əldə ediləcək məbləğin böyük hissəsinin Ermənistana qaytarılmasını təmin etmək üçün danışıqlar aparır.
Qeyd edək, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsi bundan əvvəl keçmiş nazirin oğulları - Qurgen və Artem Xaçatryanlara qarşı cinayət işi açıb. Ermənistan və ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşlığı nəticəsində ABŞ-də müvafiq məhkəmə prosesi başlayıb.
8-07-2024, 20:53
Ukraynada ölənlərin sayı 33-ə çatdı


Ukraynada ölənlərin sayı 33-ə çatdı

Ukraynanın xilasetmə xidməti bu gün səhər saatlarında Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi raket zərbəsi nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb.
Qurum 33 nəfərin həlak olduğunu, 140 nəfər yaralandığını təsdiqləyib.
Kiyevdə 22, Dnepropetrovsk vilayətində isə 11 nəfərin həlak olduğunu bildirir.
140 yaralıdan 74-ü Kiyevdə, ikisi Kiyev vilayətində, 64-ü Dnepropetrovsk vilayətində olub.
Dağıntılar altından 19 nəfər xilas edilib.
İyulun 8-də səhər saatlarında Rusiya Ukrayna şəhərlərinə iri raket zərbələri endirib. Ukraynanın ən böyük uşaq xəstəxanası olan Oxmatdıt qismən dağılıb. Ölkənin səlahiyyətli orqanları xəstəxanada iki nəfərin öldüyünü bildirib. Uşaqlar da daxil olmaqla daha 16 nəfər yaralanıb.
8-07-2024, 19:32
Putin Pezeşkianla telefon danışığı apardı


Putin Pezeşkianla telefon danışığı apardı

Rusiya prezidenti Vladimir Putin İranın yeni seçilən lideri Məsud Pezeşkianla telefon danışığı aparıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin Pezeşkianı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Liderlər 2024-cü ildə şəxsi təmaslar barədə razılığa gəliblər.
“Hər iki tərəf əldə olunmuş yüksək səviyyədə mehriban qonşuluq Rusiya-İran münasibətlərindən məmnunluq ifadə edib və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxından işləməyə hazır olduqlarını təsdiqləyiblər”, - Kremlin mətbuat xidmətindən bildirilib.
8-07-2024, 18:27
Ərdoğan Pezeşkianla regionu müzakirə etdi


Ərdoğan Pezeşkianla regionu müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Ərdoğan Türkiyə ilə İran arasındakı əlaqələrin yeni dövrdə də hər sahədə inkişaf etməyə davam edəcəyinə inandığını bildirib.
Ərdoğan Pezeşkianı qələbə münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.
8-07-2024, 17:51
Putin Şoyqunun köməkçilərini işdən çıxardı


Putin Şoyqunun köməkçilərini işdən çıxardı

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun köməkçiləri - Yevgeni Anoşin və Nail Muxitovu işdən azad edib.
Bu barədə rus KİV-ləri məlumat yayıb.
Məlumata görə, Anoşin və Muxitovun tutduqları vəzifələrdən uzaqlaşdırılmasının səbəbi açıqlanmır.
Təhlükəsizlik Şurası katibinin köməkçisi vəzifələrini kimin tutacağı hələlik məlum deyil.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!