29-04-2024, 17:38
Ərdoğan Bahçelinin evinə getdi - FOTOTürkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan iqtidardakı Cümhur İttifaqındakı siyasi ortağı, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli ilə görüşüb.
Bu barədə TRT məlumat yayıb.
Görüş Bahçelinin evində keçirilir. Bu məqsədlə Ərdoğan MHP rəhbərinin evində qonaq olub.
Tərəflərin görüşündən ilk fotolar yayılıb:
29-04-2024, 16:26
Paşinyan Putinin andiçməsinə getməyəcək - KİVMayın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçiriləcək. Rusiyada keçirilən prezident seçkilərindən sonra gündəmdə olan məsələlərdən biri də Ermənistan Baş naziri Nikol Paşinyanın həmin mərasimdə iştirak etmək üçün Rusiyaya gedib-getməyəcəyi olub.
Ermənistanın "MediaHub" nəşrinin mənbələri Paşinyanın andiçmə mərasimində iştirak etməyəcəyini bildirib.
Qeyd olunur ki, Ermənistan Rusiyadan müttəfiq kimi narazı olduğunu bir daha göstərmək istəyir.
Saytın mənbəsinin məlumatına görə, Paşinyan Avrasiya İqtisadi İttifaqının yaradılmasının 10 illiyi münasibətilə təşkil olunan yubiley sammitində iştirak etmək üçün mayın 8-də Rusiyada olacaq. Paşinyan 9 May Qələbə Günü münasibətilə təşkil olunan tədbirlərdə iştirak etməyəcək.
29-04-2024, 15:59
NATO Baş katibi gözlənilmədən Ukraynaya gedibNATO-nun baş katibi Yens Stoltenberq Kiyevdə səfərdədir.
O, gözlənilmədən Ukraynaya səfər edib.
Stoltenberq Zelenski ilə birgə mətbuat konfransı keçirəcək.
NATO Baş katibi Stoltenberq 2022-ci ilin fevralından bəri üçüncü dəfədir Ukraynaya səfər edir. Bu, həm də oktyabrın 1-də vəzifəsini tərk etdiyi üçün onun Baş katib kimi sonuncu səfəridir.
29-04-2024, 15:51
Rusiya Ukraynanın daha bir kəndini işğal etdiRusiya Ukraynanın Donetsk vilayətində yerləşən Semyonovka kəndini tutub.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.
Kənd Donetsk vilayətinin Pokrovsk rayonunda yerləşir.
29-04-2024, 15:15
Bu ölkənin baş naziri istefa verdiŞotlandiyanın Baş naziri Humza Yousaf istefa verib.
Humza Yousaf Şotlandiya Yaşılları ilə koalisiya razılaşmasını ləğv etdiyi bir həftəlik xaosdan sonra müstəqillik tərəfdarı olan Şotlandiya Milli Partiyasının (SNP) rəhbəri vəzifəsindən istefa verib.
O, Şotlandiya hökumətinə başqa birinin rəhbərlik etməsinin vaxtının çatdığını deyib.
Qeyd edək ki, Humza Yousaf Şotlandiyanın 6-cı Baş naziri olub və 2023-cü il martın 29-da vəzifəyə gəlib.
28-04-2024, 16:55
Tailandın xarici işlər naziri istefa verdiTailandın xarici işlər naziri Panpri Phitthanukon hökumətdəki dəyişikliklər fonunda istefa verib.
Phitthanukonun sözlərinə görə, onun istefa qərarı hökumətin kadr dəyişikliyi ilə bağlı deyil.
“Hesab edirəm ki, baş nazirin müavini vəzifəsindən uzaqlaşdırılmağımın heç bir nailiyyətimin olmaması ilə əlaqəsi yoxdur. Ümid edirəm ki, Nazirlər Kabinetində bu dəyişikliklər ölkənin idarəçiliyini təkmilləşdirməyə, milli maraqların qorunmasında səmərəliliyi və şəffaflığı artırmağa kömək edəcək, mənə bu hökumətlə işləmək imkanı verdiyinə görə Baş nazirə təşəkkür etmək istərdim”, - istefa ərizəsində deyilir.
O, 2023-cü il sentyabrın 2-dən Tailand Xarici İşlər Nazirliyinə rəhbərlik edib.
28-04-2024, 16:26
Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək - PeskovUkrayna Prezidenti Vladimir Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Zelenskinin prezident kimi legitimliyinin Ukraynada da şübhə altına düşəcəyini söyləyib.
“Mənə elə gəlir ki, Zelenskinin taleyi aydın şəkildə əvvəlcədən müəyyən edilib və çox yaxında elə bir məqam gələcək ki, bir çoxları, o cümlədən Ukraynada onun legitimliyini şübhə altına alacaqlar. İstənilən halda hətta hüquqi baxımdan belə bunu etmək lazım gələcək. O, özünə necəsə haqq qazandırmalı olacaq”, - deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.
28-04-2024, 14:19
Qəzzada ölənlərin sayı açıqlandıİsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 34,5 minə yaxınlaşır.
Bu rəqəmləri Qəzzanın Səhiyyə Nazirliyi teleqramda bildirib.
“İsrailin təcavüzü nəticəsində oktyabrın 7-dən bəri 34 454 nəfər şəhid olub, daha 77 575 nəfər yaralı var”, – məlumatda deyilib.
Qeyd olunub ki, son sutkada anklavda 66 nəfər ölüb, 138 nəfər yaralanıb.
28-04-2024, 13:20
Stokholmda yenə Quran yandırdılarİsveçli fəal Ceyd Sandberq Stokholmda növbəti Quran yandırma aksiyası keçirib.
Aksiya İsveç polisinin müşahidəsi altında keçirilib.
Aprelin 26-da Quran yandırma aksiyası Stokholmun rayonlarının birində olub. Ceyd Sandberq mayın 3-də Malmödə anoloji aksiya keçirəcəyini bildirib.
28-04-2024, 10:26
Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqladıÖtən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
“Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti, üçü Kursk vilayəti, ikisi Belqorod vilayəti, üçü isə Kaluqa vilayəti ərazisi üzərində”, – MN bildirib.
Xatırladaq ki, ötən gün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın ən yeni “Podlyot” radiolokasiya stansiyasına zərbə endirildiyinin görüntülərini dərc etmişdi.