Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                       
15-06-2024, 14:35
Ermənistanda kütləvi həbslər başladı


Ermənistanda kütləvi həbslər başladı

Ermənistanda maddi maraq qarşılığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbəri olduğu “Vətən Uğrunda Tavuş” hərəkatının mitinqlərinə cəlb etməkdə şübhəli bilinən 11 nəfərdən ikisinə qarşı cinayət işi qaldırılıb.
Bu barədə adıçəkilən ölkənin İstintaq Komitəsi məlumat yayıb.
İlkin araşdırma zamanı onların mitinqə çağırdığı şəxslərin hər birinə 10-30 ABŞ dolları arasında pul vəsaitləri verdiyi ortaya çıxıb.
Qeyd olunub ki, hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
15-06-2024, 14:12
İran sərhədçiləri ilə silahlı qruplaşma arasında toqquşma


İran sərhədçiləri ilə silahlı qruplaşma arasında toqquşma

İranın şimal-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonu sərhəd bölgəsində İran Sərhəd Mühafizə Xidmətinin əməkdaşları terror qruplaşmasının üzvləri arasında silahlı insident baş verib.
Bunu İranın Sərhəd Mühafizə Xidmətinin komandanı, general Əhməd Əli Qudərzi deyib.
Onun sözlərinə görə, terror qruplaşmasının üzvləri ölkəyə daxil olaraq təxribat törətmək niyyətində olublar.
Qudərzi deyib ki, silahlı insident nəticəsində terror qruplaşmasının bir neçə üzvü yaralanıb və onlar geri çəkiliblər.
İranlı rəsmi qeyd edib ki, terrorçular geri çəkilərkən çoxlu miqdarda partlayıcı maddə, elektron vasitələr və sairə götürülüb.
14-06-2024, 23:15
Zelenski İsveçrəyə getdi


Zelenski İsveçrəyə getdi

Ukrayna prezidenti Volodimir Zelenski İsveçrəyə səfər edib.
Bu barədə o, özünün teleqram kanalında yazıb.
Ukrayna lideri iyunun 15-dən 16-dək keçiriləcək sülh sammitində iştirak edəcək.
Sammit çərçivəsində Ukrayna prezidentinin təklif etdiyi sülh formulası müzakirə olunacaq.
“Sülh sammiti qlobal əksəriyyətə dünyada hər kəs üçün vacib olan sahələrdə konkret addımlar atmağa imkan verəcək”, - dey Zelenski kanalında yazıb.
O əlavə edib ki, sammitdə təxminən 100 ölkə iştirak edəcək. İsveçrənin Bürgenstok şəhərində keçirilən sülh sammitinə 160 ölkədən nümayəndə heyəti dəvət olunub.
14-06-2024, 17:30
Özbəkistan və Koreya liderləri 18 sənəd imzalayıblar


Özbəkistan və Koreya liderləri 18 sənəd imzalayıblar

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Koreya Respublikasının Prezidenti Yun Seok-yeol 18 sənəd imzalayıb.
Sənədlər Daşkənddə keçirilən danışıqların yekununda imzalanıb.
Tərəflər xüsusi strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi və hərtərəfli genişləndirilməsi haqqında birgə bəyanat imzalayıblar.
Cənubi Koreya Prezidentinin dövlət səfəri çərçivəsində həmçinin 17 sənəd imzalanıb.
14-06-2024, 16:42
Ermənistan və İran qarşılıqlı olaraq ticarət evləri açacaq


Ermənistan və İran qarşılıqlı olaraq ticarət evləri açacaq

"İran və Ermənistan yaxın vaxtlarda bir-birləri ilə ticarət evləri açacaqlar".
Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
O deyib ki, İrəvanda İran ticarət evinin açılışı İslam Respublikasının prezidenti İbrahim Rəisinin Ermənistana səfəri ilə eyni vaxta təsadüf etməli idi, lakin onun faciəvi ölümü ilə əlaqədar bu, təxirə salınıb: "Lakin tezliklə baş tutacaq".
"Ermənistan həmçinin yeni İran-Avrasiya İqtisadi İttıfaqı azad ticarət sazişinin imkanlarını təhlil etməyə hazırlaşır - hansı növ məhsulların İran bazarı üçün maraqlı olacağı və onların təşviqi istiqamətində iş aparılır", - o qeyd edib.
14-06-2024, 15:31
Ermənistanda hərbçi naməlum şəraitdə ölüb


Ermənistanda hərbçi naməlum şəraitdə ölüb

Ermənistan Müdafiə Nazirliyi müqaviləli hərbçinin ölümü ilə bağlı məlumat yayıb.
Məlumatda faktın iyunun 14-də saat 08:20 radələrində aşkar olunduğu qeyd olunub.
Hərbçi Armen Qasparyanın güllə yarası ilə meyiti qeyri-müəyyən şəraitdə aşkar edilib. Faktla bağlı araşdırmalara başlanılıb.
Detallar hələlik bəlli deyil.
14-06-2024, 14:46
İranda prezidentliyə namizəd olan yeganə din xadiminin dosyesi


İranda prezidentliyə namizəd olan yeganə din xadiminin dosyesi

İranın Konstitusiya Keşikçiləri Şurası (12 üzvü var) iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib:

Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Əlirza Zakani - Tehran meri;
Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi - parlament sədrinin keçmiş müavini.

Bu dəfə Mustafa Purməhəmmədinin kim olduğunu diqqətə çatdırırıq.
O, İranın keçmiş daxili işlər və ədliyyə naziri kimi tanınır.
Mustafa Purməhəmmədi 2005-2008-ci illərdə daxili işlər, 2013-2017-ci illərdə ədliyyə naziri vəzifələrində çalışıb.
İranın siyasi dairələrində nüfuzlu şəxs kimi tanınan Purməhəmmədi ölkə prezidentliyinə namizədliyini irəli sürən yeganə din xadimidir. Amma o, prezident seçilə biləcəkmi?
Mustafa Purməhəmmədi 1959-cu ilin dekabrında İranın Qum şəhərində anadan olub. Qumdakı Haqqani məktəbində şəriət hüququ (fiqh), hüquq prinsipləri və fəlsəfəni öyrənib. Daha sonra fiqh və İslam hüququ üzrə doktorluq dərəcəsinə bərabər dördüncü səviyyəli diplomunu tamamlayıb.
Hüccətül-islam Purməhəmmədi İslamda qanuni hüquqlar və siyasi fikrin nəzəri əsasları haqqında çoxlu kitab və məqalələr yazıb.
1979-1986-cı illərdə Xuzistan, Hormozqan və Xorasan əyalətlərində İslam İnqilabı məhkəmələrinin prokuroru vəzifəsində çalışıb.
1986-1987-ci illərdə Qərbi İran silahlı qüvvələrinin inqilabi məhkəmələrinin prokuroru olub.
1987-ci ildən Kəşfiyyat Nazirliyində (ETTELAAT) müşavir, Nazirliyin Xarici işlər idarəsinin rəisi, nazir müavini kimi müxtəlif vəzifələrdə çalışmağa başlayıb. Onun kəşfiyyat nazirinin müavini kimi səlahiyyət müddəti 1999-cu ildə başa çatıb.
Mustafa Purməhəmmədi 1981-ci ildə yaradılmış İslam İnqilabı Sənədləri Mərkəzinin qəyyumlar şurasının üzvü və prezidentidir.
2000-ci ildə Mustafa Mustafa Purməhəmmədi Tehrandakı İmam Sadiq Universitetində siyasi elmlər üzrə müəllim işləyib.
2005-ci ilin iyulunda Hüccətül-İslam Purməhəmmədi o vaxtkı prezident Mahmud Əhmədinejadın təklif etdiyi daxili işlər naziri postuna İslami Şura Məclisindən etimad səsi almağa müvəffəq olub. O, 2008-ci ildə kabinet dəyişikliyindən sonra vəzifəsini tərk edib. Daha sonra Milli Nəzarət Təşkilatının rəhbəri olan Mustafa Purməhəmmədi 2013-cü ilə qədər bu vəzifəni icra edib.
İran konstitusiyasına görə, məhkəmə sistemi ilə əlaqəli olan Milli Nəzarət Təşkilatına “hökumətin inzibati orqanları tərəfindən işlərin düzgün aparılmasına və qanunların düzgün icrasına nəzarət etmək” tapşırılıb.
2013-cü ildə keçmiş prezident Həsən Ruhaninin hakimiyyəti dövründə yenidən ölkənin daxili işlər naziri təyin edilən Mustafa Purməhəmmədi 4 il bu vəzifəni icra edib.
Bu xəbər ilə bağlı
İran prezidenti olmaq istəyən mer - Əlirza Zakani kimdir?
Mühafizəkar Mustafa Purməhəmmədi hazırda ədliyyə nazirinin müşaviri vəzifəsini icra edir və eyni zamanda 1988-ci ildə qurulan “Came-i Ruhaniyati Mübariz” siyasi partiyasının baş katibidir.
Siyasi ekspertlər iyunun 28-də keçiriləcək növbədənkənar prezident seçkilərinə qatılan Mustafa Purməhəmmədinin geniş sosial bazaya malik olmadığını bildirirlər. Bu səbəbədən də onun prezident seçilə bilmək şansı çox azdır. Mustafa Purməhəmmədi hansısa namizədin xeyrinə geri də çəkilə bilər.
İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb.
Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.
İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.
Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub. Bu səbəbdən də növbədənkənar prezident seçkiləri gündəmə gəlib.
13-06-2024, 23:13
Bayden və Zelenski 10 illik saziş imzaladı


Bayden və Zelenski 10 illik saziş imzaladı

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə 10 illik təhlükəsizlik sazişi imzalayıb.
Sənəddə qeyd edilir ki, tərəflər bu sazişin Ukraynanın Şimali Atlantika Alyansına mümkün üzvlüyü üçün körpü rolunu oynadığını qəbul edirlər.
Vaşinqton və Kiyev razılaşıblar ki, “Ukraynaya qarşı hücum və ya onun təhlükəsi” olarsa, iki ölkənin yüksək vəzifəli rəsmiləri cavab tədbirləri ilə bağlı məsləhətləşmələr aparmaq və necə davam edəcəyini müəyyən etmək üçün 24 saat ərzində görüşəcəklər.
13-06-2024, 17:30
Ermənistan KTMT-nin tamhüquqlu üzvüdür - Katiblikdən Paşinyana cavab


Ermənistan KTMT-nin tamhüquqlu üzvüdür - Katiblikdən Paşinyana cavab

"Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır".
Bu, təşkilatın katibliyindən Ermənistan baş naziri Nikol Paşinyanın İrəvanın KTMT-dən çıxması barədə dediklərinə cavab olaraq bildirilib.
13-06-2024, 16:42
ABŞ Ukraynaya yeni silahlar verəcək


ABŞ Ukraynaya yeni silahlar verəcək

ABŞ Ukraynanı hava hücumundan müdafiə sistemləri və artilleriya silahları ilə təmin edəcək.
Bunu Pentaqon rəhbəri Lloyd Ostin deyib.
Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasının əvvəlində o, ABŞ prezidenti Co Baydenin elan etdiyi yeni yardım paketi çərçivəsində hərbi yardımın veriləcəyini bildirib.
“Prezident Bayden yeni yardım paketini də açıqladı və biz Ukraynaya daha çox hava hücumundan müdafiə vasitələri, zirehli maşınlar, tank əleyhinə silahlar, artilleriya sistemləri və sursatlar təqdim edəcəyik”, - Ostin vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!