Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
1-12-2023, 15:52
İran İsrailə görə konfransda iştirakdan imtina etdi


İran İsrailə görə konfransda iştirakdan imtina etdi

İranın energetika naziri Əli Əkbər Mehrabianın başçılıq etdiyi nümayəndə heyəti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) iştirakdan imtina edib.
Bu barədə İranın İRNA agentliyini xəbər verir.
Bildirilib ki, buna səbəb İsrailin həmin konfransa qatılmasıdır.
Məlumata görə, nümayəndə heyəti konfransda iştirak etmək üçün noyabrın 30-da BƏƏ-yə yollanıb. Səfər çərçivəsində iştirakçı ölkələrin liderləri və nümayəndələri ilə Qəzza zolağındakı vəziyyətin müzakirə edilməsi planlaşdırılırdı.
İran tərəfi iddia edir ki, həmin vaxt İsrail nümayəndə heyətinin konfransda iştirakdan imtina etdiyinə əmin idi. Lakin nümayəndə heyətinə COP28-in keçirildiyi BƏƏ-nin Dubay şəhərinə çatanda məlumat verilib ki, İsrail Prezidenti və onu müşayiət edən nümayəndə heyəti konfransa gəliblər. Daha sonra İslam tədbirdə iştirakdan imtina edib.
1-12-2023, 15:40
Gürcütsanın Baş naziri Mişellə görüşdü


Gürcüstanın Baş naziri Mişellə görüşdü

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutan görüşdə Gürcüstanın Avropaya inteqrasiya prosesi və bu istiqamətdə həyata keçirməli olduğu islahatlara dair müzakirələr aparılıb.
Gürcüstan hökumətinin məlumatına görə, Qaribaşvili Gürcüstanın Aİ tövsiyələrinin yerinə yetirilməsi məqsədilə başladılmış prosesin uğurla davam etdirildiyini, hökumətinin konkret baxışı, fəaliyyət planı olduğunu qeyd edib. O, Gürcüstanın bu istiqamətdə əldə etdiyi uğurun Avropa Komissiyasının qərarı ilə təsdiqləndiyini deyib.
30-11-2023, 23:04
Ermənistan yenə KTMT sammitində iştirak etməkdən imtina etdi


Ermənistan yenə KTMT sammitində iştirak etməkdən imtina etdi

KTMT-yə üzv ölkələrinin nümayəndələrinin işçi görüşü olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş Skopyedə keçirilən ATƏT iclası çərçivəsində baş tutub.
Tərəflər ATƏT-in gündəliyində duran əsas məsələlərə yanaşmalarını korreksiya edib və digər beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan ölkəsinin bu görüşdə iştirak etmədiyini bildirib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri KTMT sammitində iştirak etməkdən imtina etmişdi.
30-11-2023, 20:18
Braziliya yeni ildə “OPEC+” alyansına qoşulacaq


Braziliya yeni ildə “OPEC+” alyansına qoşulacaq

Braziliya 2024-cü ilin yanvarından “OPEC+” alyansına qoşulacaq.
Bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
Hazırda “OPEC+”-a 23 ölkə, o cümlədən dünyanın ən böyük neft istehsalçıları Rusiya və Səudiyyə Ərəbistanı daxildir.
30-11-2023, 19:17
COVID-19 infeksiyasına yoluxma halları kəskin artmaqdadır


COVID-19 infeksiyasına yoluxma halları kəskin artmaqdadır

İtaliyada COVID-19 infeksiyasına yoluxma halları kəskin artmaqdadır.
Koronavirusun “Omikron” ştamının alt variantı olan EG.5 (digər adı “Eris”) İtaliyada sürətlə yayılır. Hazırda ölkədə bu virusa yoluxma 52 faiz səviyyəsindədir. İtaliyada COVID-in BA.2.86 “Pirola” ştamı yüksəliş trendində “Eris”i izləyir.
COVID-19 mutasiyaya uğrayaraq əvvəlkilərdən daha təhlükəli “Eris” və “Pirola” kimi yeni ştamların yaranmasına səbəb olub.
Həkimlər bildirir ki, “Eris” İtaliyada ən çox yayılmış COVID variantıdır. Xəstəliyin yayılma səbəblərindən biri havaların soyumasıdır. Yoluxma hallarının artması xroniki xəstələrə ölümcül təsir göstərə bilər. Əhaliyə qoruyucu maskadan istifadə etmək tövsiyə olunur.
Qeyd edək ki, 2020-ci il dekabrından etibarən aparılan vaksinasiya kampaniyası çərçivəsində İtaliyada bu vaxtadək 145,1 milyon dozadan çox peyvənd vurulub. 2023/2024 payız-qış mövsümündə isə 857 min 931 doza peyvənd tətbiq edilib.
30-11-2023, 18:30
İspaniyanın İsraildəki səfiri nazirliyə çağırıldı


İspaniyanın İsraildəki səfiri nazirliyə çağırıldı

İspaniyanın İsraildəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb.
Bu barədə "Times of Israel" nəşri yazıb.
Səfirə İspaniyanın baş naziri Pedro Sançesin açıqlamalarına görə etiraz bildirilib.
Sançez İsrailin beynəlxalq humanitar hüquqa əməl etdiyinə “ciddi şübhə” olduğunu bildirib.
"İsrail beynəlxalq hüquqa uyğun hərəkət edir və bundan sonra da hərəkət edəcək və biz girovlar azad edilənə və Qəzzada HƏMAS məhv edilənə qədər müharibəni davam etdirəcəyik”, - deyə İsrailin xarici işlər naziri Eli Koen qeyd edib.
İsrail XİN İspaniyadakı səfirin məsləhətləşmələr üçün geri çağırıldığını açıqlayıb.
Nazir HƏMAS-ın terror təşkilatı olduğunu səfirin diqqətinə çatdırıb.
Qeyd edək ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu da Sançezin açıqlamalarını tənqid edib.
30-11-2023, 17:23
Donbasda hər şey çox çətin olacaq - Zelenski


Donbasda hər şey çox çətin olacaq - Zelenski

Ukrayna üçün Krımı qaytarmaq daha asandır, çünki orada hərbi əməliyyatlar olmayıb, lakin Donbasda hər şey çox çətin olacaq.
Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
"Donbasın böyük hissəsi işğal olunub və maksimum dərəcədə hərbiləşdirilib”,- Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, Donbası qaytarmaq psixi cəhətdən daha çətindir, çünki orada 10 il təmas xətti olub və davamlı döyüşlər gedirdi.
29-11-2023, 22:52
Rusiyaya getmək istəyənlər sənəd imzalayıb öhdəlik götürməlidir


Rusiyaya getmək istəyənlər sənəd imzalayıb öhdəlik götürməlidir

Rusiya Daxili İşlər Nazirliyi “loyallıq müqaviləsi”
hazırlamağı və ölkəyə daxil olan əcnəbilərə bu sənədi imzalatmağı təklif edib.
Bu barədə qurum tərəfindən hazırlanan qanun layihəsindən aydın olub.
Yeni sənəddə ölkəyə daxil olan əcnəbi vətəndaşlar üçün bir sıra məhdudiyyətlər, o cümlədən Rusiyanın dövlət siyasətini gözdən salmağa, ənənəvi ailə dəyərlərini inkar etməyə və sovet xalqının faşizm üzərində qələbəyə verdiyi töhfəni təhrif etməyə qadağa qoyulur.
“Sadiqlik müqaviləsi - bir tərəfdən, Rusiyanın dövlət orqanlarının əcnəbi vətəndaşın ölkəyə daxil olması üçün icazəsidir, digər tərəfdən, Rusiyaya daxil olan əcnəbi vətəndaşın Rusiyanın milli maraqlarını qorumaq üçün müəyyən edilmiş qadağalarla razılaşmasıdır”, - deyə sənəddə bildirilir.
Qanun layihəsinə əsasən, Rusiya ərazisində olduğu (yaşadığı) müddət ərzində Rusiyaya gələn əcnəbiyə dövlət orqanlarının fəaliyyətinə müdaxilə etmək, xarici və daxili dövlət siyasətini, dövlət orqanlarını və onların vəzifəli şəxslərini hər hansı formada nüfuzdan salmaq qadağandır.
Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrantlar üçün bir sıra qadağalar və məhdudiyyətləri nəzərdə tutan nəzarətdə qalma rejimi tətbiq etməyi də təklif edir. Miqrantların həyatını çətinləşdirəcək yeni qanun layihəsinə onların avtomobil idarə etməsi, sürücülük vəsiqəsi alması, nikah qeydiyyatı və pul köçürməsinə aid qadağalar daxil edilib.
Bundan əvvəl Rusiyada miqrantlar üçün qanunların sərtləşdirildiyi barədə məlumat vermişdik. Belə ki, qaydalardan birinə görə, artıq vətəndaşlıq üçün təkcə nikah kifayət eləmir, mütləq uşaq da olmalıdır.
Həmçinin xəbər verilmişdi ki, Rusiyaya gedən miqrantlar aeroportlarda daktiloskopiyadan (barmaq izi) keçəcəklər və fotoları çəkiləcək.
29-11-2023, 21:47
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirildi


Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirildi

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda Qəzzadakı vəziyyət müzakirə olunub.
İclasın sonunda yayılan bəyanatda deyilir ki, Türkiyə Azərbaycan-Ermənistan danışıqlarının daimi sülh sazişi ilə nəticələnəcəyinə ümid edir.
“Türkiyə Ermənistan da daxil olmaqla regionun bütün ölkələrinin sülh və rifahına töhfə verəcək davamlı sülhün bərqərar olması istiqamətində bütün səmimi səyləri dəstəkləyəcək”, - bəyanatda bildirilir.
İclasda qeyri-regional aktorların məsələyə müdaxilə etmək cəhdləri də dəyərləndirilib.
29-11-2023, 18:43
Rusiya bu təşkilatın komitəsinə seçilə bilmədi


Rusiya bu təşkilatın komitəsinə seçilə bilmədi

Rusiya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) icraiyyə komitəsinə seçilə bilməyib.
Bu barədə qurum X hesabında məlumat yayıb.
TASS bildirir ki, səsvermənin nəticələrinə əsasən, Rusiya tələb olunan minimum 66 səsdən 65 səs toplayıb. Gələn il üçün şuraya 21 ölkə seçilib.
Şərqi Avropa Qrupundan Polşa, Litva və Ukrayna, Afrika ölkələrindən Qana, Əlcəzair, Nigeriya və Cənubi Afrika, Asiya qrupundan Banqladeş, Pakistan, Malayziya və İran Latın Amerikası və Karib hövzəsindən Qvatemala, El Salvador, Çili və Ekvador, Qərbi Avropa qrupunda Belçika, Yunanıstan, Danimarka, Yeni Zelandiya və İspaniya seçilib.
Qeyd edək ki, noyabrın 27-dən dekabrın 1-dək Haaqada KSQT iştirakçısı olan Dövlətlərin Konfransının 28-ci sessiyası keçirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!